• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
ABŞ-da bir ştatın adı dəyişdirilə bilər – Tramp da razılaşdı
Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?
Gizli təhlükə: Beynin bir hissəsi yatanda nə baş verir?
Çin xahiş etdi, Ukrayna bu şəhəri vurmadı
Putinin Əliyevə zəngi: Niyə indi və Moskva nə istəyir?
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir
Ərdoğan PK-nı toplayır: Müharibə və Hörmüz...
Zob xəstəliyi ilə bağlı doğru bilinən YANLIŞLAR - Endokrinoloq yazır
Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz – YENİ QAYDA
Bakıda yeni metrostansiya “20 Sentyabr” adlandırılacaq
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
Zoğal (Cornus) haqqında bilmədikləriniz
Məşhur ginekoloq vaginal qoxunu dəyişən 3 qidanı açıqladı
Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
Çin əhalisinin yarısını itirəcək - Bu, böyük fəlakətdir
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
Çörçillin Türkiyə planı gerçəkləşir? – İstanbul hücumunun pərdəarxası
Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

2022-ci ildə tibb sahəsində insanlığa verilən yeni ümidlər

Manşet / Maraqlı

2-01-2023, 20:06

2022-ci ildə tibb sahəsində insanlığa verilən yeni ümidlər


Geridə qoyduğumuz 2022-ci il elm və texnologiya sahəsində məhsuldar bir il oldu. Tibb sahəsində qazanılan uğurları isə xüsusilə ümidverici oldu. Onlardan bəzilərini sizə təqdim edirik.

İnsan onurğa beyni implantı - yenidən yerimək şansı

İsrailin Təl-Əviv Universitetinin tədqiqatçıları iflicin müalicəsi üçün dünyada ilk dəfə insan onurğa beyni implantları yaradıblar. Alimlər orqanizmi “aldadaraq”, implantın onurğa beyninin bir hissəsi olduğuna “inandırmağa” nail olublar.

Bildirilir ki, “Sagol” Regenerativ Biotexnologiya Mərkəzinin tədqiqatçıları materiallardan və insan hüceyrələrindən funksional insan onurğa beyni toxumalarını düzəldiblər. Sonra onu xroniki iflicin laboratoriya modellərinə implantasiya ediblər. Sınaqların 80%-də yerimə qabiliyyətini uğurla bərpa etmək mümkün olub.

DNT-dən yaradılan dünyanın ən kiçik antenası - daxili orqanların monitorinqi üçün

Kanadalı alimlər DNT-dən dünyanın ən kiçik antenasını yaradıblar. Monreal Universitetinin məlumatına görə, qurğu siqnalları qəbul edib, ötürə bilir. Nanoantena zülallarda struktur dəyişikliklərinin monitorinqi və onların funksiyalarının müəyyən edilməsi üçün yeni üsula çevriləcək.

Alimlərin sözlərinə görə, nanotexnologiyanın yaradılması üçün material kimi DNT seçilməsinin səbəbi onun kimyasının nisbətən sadə, proqramlaşdırılmasının isə asan olmasıdır.

“Nəticələr o qədər maraqlıdır ki, biz artıq bu nanoantenanı kommersiyalaşdırmaq, həmçinin tədqiqatçıların və əczaçılıq sənayesinin əksəriyyətinə çatdırmaq üçün startap qurmaq üzərində işləyirik”, - deyə universitetdən bildirilib.

İflic insanlar düşüncə gücü ilə qadcetlərdən istifadə edə biləcəklər

İlon Maska məxsus “Neuralink” şirkəti iflic insanlar üçün yeni ümid üzərində işləyib. Belə ki, hərəkət imkanları məhdud insanların kompüter və telefonlardan əlin köməyi olmadan, sadəcə düşüncə gücü ilə istifadə etmələri üçün çip hazırlanıb.

“Düşünürük ki, ola bilsin, təxminən altı aydan sonra biz insana ilk çipi yerləşdirə biləcəyik”, - deyə Mask mətbuat konfransı zamanı bildirib.

Qeyd edək ki, heyvanlar üzərində sınaqlar uğurla nəticələnib.

Bununla bağlı yayımlanan kadrda beyninə xüsusi çip yerləşdirilmiş meymun əks olunub. O, əvvəlcə coystik, sonra isə beynindəki çip vasitəsilə (telepatik şəkildə) kompüterdə oyun oynayır (Bu zaman meymun kompüteri heç bir əlaqələndirici vasitə olmadan, öz fikirlərilə idarə edir.

Donuz ürəyi insana transplantasiya edildi

Tarixdə ilk dəfə olaraq həkimlər geni dəyişdirilmiş donuz ürəyini insana transplantasiya ediblər. Tibdə bu sıçrayış genomu redaktə etmək üçün yeni texnologiyalar sayəsində mümkün olub. CRISPR texnikası donuz orqanizmində insan immun sistemi tərəfindən yad kimi qəbul edilməyən orqanların yetişdirilməsinə imkan verdi.

Təcrübəyə razılıq verən 57 yaşlı Devid Bennetin vəziyyəti adi ürək transplantasiyası üçün çox ağır olub (bu, orqanın rədd edilməsinə səbəb ola bilərdi), buna görə də, o, son çarə kimi eksperimental müalicə yolunu seçdi.

Ancaq təəssüf ki, iki ay sonra pasiyent ağırlaşmalar səbəbindən dünyasını dəyişdi. Bununla belə, elm adamları, həmçinin Bennetin ailəsi yeni texnologiya ilə bağlı nikbinliklərini bildiriblər.

“Ümidvarıq ki, bu hekayə ümidin sonu deyil, başlanğıcı olar”, - deyə Devidin oğlu bildirib.

Donor çatışmazlığına son - İlk dəfə insana süni qan hüceyrələri köçürüldü

Kembricdə RESTORE tədqiqatının bir hissəsi olaraq ilk dəfə insanlara süni şəkildə yetişdirilmiş qan köçürülüb. Sınaqlar uğurlu olarsa, bu, nadir qan qrupları və spesifik xəstəlikləri olan insanların daha effektiv müalicəsinə imkan verəcək.

Bundan əlavə, əgər süni hüceyrələr bədəndə daha uzun yaşaya bilərsə, o zaman mütəmadi olaraq yeni qana ehtiyacı olan xəstələrə tez-tez qan köçürülməsinə ehtiyac olmaya bilər. Bu isə həm də tez-tez köçürmələrə görə orqanizmdə artan dəmir yükü (hansı ki, ciddi fəsadlara səbəb olur) azaldacaq.

Yüksək texnologiyalı süni ürək

Avstraliya istehsalı olan birinci versiya artıq mövcuddur və “BiVACOR TAH” adlanır. O, xəstənin öz ürəyini tamamilə əvəz edə biləcək uzunmüddətli cihaz kimi hazırlanıb.

“BiVACOR TAH”ın xidmət müddəti 10 ildir, sonra onu dəyişmək lazımdır. Kiçik ölçüsü onu həm uşaqlara, həm də qadınlara implantasiya etməyə imkan verir.

Eyni zamanda, cihazın gücü idman zalına gedən gənc güclü oğlan üçün kifayətdir. Bundan əlavə, cihaz kifayət qədər avtonomdur, enerji doldurmadan 10 saat işləyə bilir.

Hazırda texnologiyanın invazivliyi və naqillərdən imtina barədə işlər gedir (Hazırda o, portativ avadanlıq kimi işləyir).

Bu ixtira xəstələrə azadlıq verəcək, onların xəstəliklə məhdudlaşan həyatları normala dönəcək. Bu pasiyentlər həm də ilk həqiqi kiborqlar sayılacaqlar.

Donuz dərisindən buynuz qişası – tam korluqdan əziyyət çəkənlər artıq görə biləcəklər

Donuz dərisinin kollagen zülalından insanın buynuz qişasını əvəz edə bilən implant hazırlanıb. Pilot tədqiqat zamanı implant qoyulmazdan əvvəl əksəriyyəti tamamilə kor olan 20 nəfərdə görmə bərpa edilib.

Nəticələr qismən və tam korluqdan əziyyət çəkənlərə ümid verir. Biomühəndislik üsulu ilə hazırlanmış implant, transplantasiya ehtiyacının ən çox olduğu ölkələrdə donor çatışmazlığında insan buynuz qişasının transplantasiyasına alternativ ola bilər.

...Və bonus

Dünyada altıncı kütləvi məhv olmanın qarşısını atmaq üçün kövrək addımlar

Dünyada ilk klonlaşdırılmış vəhşi qütb canavarı doğulub. Məlumatda bildirilir ki, donor hüceyrələr Kanadadan gətirilən vəhşi dişi qütb canavarının dəri nümunəsindən əldə edilib. Klonlama təxminən iki il çəkib. Mütəxəssislər hesab edirlər ki, dünyada bu addım biomüxtəlifliyin, həmçinin nadir və nəsli kəsilməkdə olan heyvanların qorunması üçün böyük əhəmiyyət kəsb edən klonlaşdırma texnologiyasının tətbiqində mühüm mərhələdir. Qeyd edək ki, alimlər 2050-ci ilə qədər Yer kürəsində canlıların altıncı kütləvi yoxa çıxmasının baş verə biləcəyi, hətta bəzi növlərin, demək olar ki, 40%-nin məhv olacağı barədə xəbərdarlıq ediblər.

Oxunub: 1 188
Paylaş:
Digər xəbərlər

Maraqlı

22-10-2022, 09:12

İnsan və meymununun hibrid beyni yaradıldı

Səhiyyə

12-04-2022, 12:32

Alimlər hüceyrələri cavanlaşdırmağın yolunu tapıblar

Səhiyyə

24-01-2022, 17:17

İmmunitet mərkəzi bədənin hansı hissəsindədir?

Səhiyyə

18-08-2021, 08:13

Onurğa beynin damar xəstəlikləri

Araşdırma

10-02-2020, 09:58

Yuxu zamanı beynimiz onurğa mayesi ilə yuyulur

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
ABŞ-da bir ştatın adı dəyişdirilə bilər – Tramp da razılaşdı
Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?
Gizli təhlükə: Beynin bir hissəsi yatanda nə baş verir?
Çin xahiş etdi, Ukrayna bu şəhəri vurmadı
Putinin Əliyevə zəngi: Niyə indi və Moskva nə istəyir?
Son xəbərlər
  • Bu gün, 21:41
    Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
  • Bu gün, 20:31
    ABŞ-da bir ştatın adı dəyişdirilə bilər – Tramp da razılaşdı
  • Bu gün, 19:05
    Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?
  • Bu gün, 18:32
    Gizli təhlükə: Beynin bir hissəsi yatanda nə baş verir?
  • Bu gün, 17:24
    Çin xahiş etdi, Ukrayna bu şəhəri vurmadı
  • Bu gün, 16:11
    Putinin Əliyevə zəngi: Niyə indi və Moskva nə istəyir?
  • Bu gün, 15:49
    Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
  • Bu gün, 14:59
    Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir
  • Bu gün, 13:13
    Ərdoğan PK-nı toplayır: Müharibə və Hörmüz...
  • Bu gün, 12:17
    Zob xəstəliyi ilə bağlı doğru bilinən YANLIŞLAR - Endokrinoloq yazır
  • Bu gün, 11:20
    Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz – YENİ QAYDA
  • Bu gün, 10:57
    Bakıda yeni metrostansiya “20 Sentyabr” adlandırılacaq
  • Bu gün, 09:06
    Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
  • Bu gün, 09:04
    Zoğal (Cornus) haqqında bilmədikləriniz
  • Dünən, 21:26
    Məşhur ginekoloq vaginal qoxunu dəyişən 3 qidanı açıqladı
  • Dünən, 20:01
    Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
  • Dünən, 19:05
    Çin əhalisinin yarısını itirəcək - Bu, böyük fəlakətdir
  • Dünən, 18:45
    Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
  • Dünən, 17:28
    Çörçillin Türkiyə planı gerçəkləşir? – İstanbul hücumunun pərdəarxası
  • Dünən, 15:47
    Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • Dünən, 13:11
    Meksikada güclü partlayış: 9 nəfər öldü
  • Dünən, 11:43
    İran uzun illər sonra bu qadağanı ləğv etdi
  • Dünən, 10:19
    Şiddətli döyüşlər başladı: Bu ərazi ələ keçirildi
  • 5-09-2026, 19:20
    Türkiyə iki ölkə ilə yeni dəhliz qurur - Böyük plan açıqlandı
  • 5-09-2026, 17:50
    Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?
  • 5-09-2026, 16:08
    SEPAH zabitləri mühasirədədir: İsrail belə məhv edir
  • 5-09-2026, 14:52
    3-4 gündə pambıq kimi edir - Çatlamış dabanlara təbii həll
  • 5-09-2026, 13:28
    Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
  • 5-09-2026, 12:31
    Düyü, kartof və makaronu soyuq yeyin - İZAH
  • 5-09-2026, 11:51
    Pay torpaqları vətəndaşlardan alınacaq?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə