Xəbərlər



ABŞ səfirliyinə HÜCUM: Tramp üç gün sonra gedəcəkdi
ABŞ səfirliyinə HÜCUM: Tramp üç gün sonra gedəcəkdi

ABŞ-ın Seuldakı səfirliyinə hücum cəhdi olub.

Ailehekimiklinikasi.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya mediası məlumat yayıb.

Məlumata görə, 40 yaşlı Park Mo adlı şəxs avtomobilini səfirlik binasının qapısına vurub, daha sonra avtomobildən düşərək, özü ilə gətirdiyi butan qazını yandırmağa çalışıb. Hücum edən şəxs həbs olunub, ölən və yaralanan yoxdur.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp iyunun 29-da Cənubi Koreyaya səfər edəcək.
Baxış sayı: 52