“Böyük Britaniya unikal ölkədir. Amma Riçard Murun kim olduğunu bilmək son dərəcə vacibdir, Onun “Böyük Turan” proqramının memarlarından biri, Ərdoğanın yaxın dostu olduğu dəfələrlə qeyd edilib. Bir neçə il Türkiyədə səfir olub”.
KONKRET.az xəbər verir ki, bu fikirləri erməni media eksperti Tiqran Köçəryan erməni mətbuatına müsahibəsində səsləndirib.
O, bildirib ki, əgər Böyük Britaniya həqiqətən də dəhlizi açmaq istəsəydi bunu edə bilərdi:
“Bu halda həm Armen Qriqoryan, həm də Nikol Paşinyanla görüşdən sonra Gizli Kəşfiyyat Xidmətinin (Mİ6) rəhbəri “ekoloqlar”ı dəhlizi açmağa vadar edərdi” – deyə Tiqran Köçəryan bildirib.
Onun fikrincə, burada başqa bir proses də var:
“Bu, Rusiya ilə Qərbin sülh müqaviləsi ilə bağlı mübarizəsidir. Qərb Ermənistanı ilin sonuna qədər bunu etməyə məcbur edir, Rusiya faktiki olaraq müqavilənin ilin sonuna qədər bağlanmasını istəmir və ya onun rus variantına uyğun bağlanmasını tələb edir” – deyə erməni ekspert fikrini tamamlayıb.