• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Ulduzunu partladaraq ölmək istəyən planet tapıldı: Tamamilə yeni bir fenomendir
İtburnu haqqında bilmədikləriniz
Azərbaycanda nə qədər psixi xəstə var?
İyulda varlanacaq BÜRCLƏR
Septik artritin SİMPTOMLARI və MÜALİCƏ ÜSULLARI
ABŞ kəşfiyatçısı sirləri açdı: “İsrailin İrana hücumu zamanı…”
Tbilisi və Kiyevdən sonra növbə Bakıdadır – Kremllə “böyük hesablaşma” başlayır
Dərini 1 gecədə 5 yaş cavanlaşdıran möcüzəvi yağlar
İranla bağlı xoşagəlməz çağırış – İki ölkə qarşı çıxacaq
Şəxsiyyət vəsiqəsinə bu məlumatlar da əlavə ediləcək
Ağcaqanadlar hansı xəstəlikləri qanla yaya bilər?
Trampın yeni planı: Nə Bakıya, nə də İrəvana sərf edir
Türk dünyasına qarşı həmlə Xankəndidə dəf edildi – Əliyevdən tarixi gediş
Bu qidaları birlikdə YEMƏYİN – Ekspertdən xəbərdarlıq
Da Vinçinin 500 illik sirri açıldı - FOTO
Çoxlu su içirsiniz, susuzluq isə keçmirsə... Təhlükəli əlamət
Region qaynayır: yeni müharibə həyəcanı – Azərbaycan…
Ərdoğan və Pezeşkian Xankəndidə görüşdü
Uzunömürlülük üçün ən sadə MƏŞQ
“Rusiya buna görə Azərbaycana hücuma keçdi” – Metyu Brayza mühüm detalları açdı
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Əliyevdən Makrona SİLLƏ KİMİ CAVAB

Xəbərlər

20-10-2022, 21:17

Əliyevdən Makrona SİLLƏ KİMİ CAVAB


Praqa görüşünün Ermənistanla Azərbaycan arasında sülh yolunda önəmli hadisə olacağı gözlənilirdi. Ona görə yox ki, burada dördüncü tərəf kimi Fransa lideri Emanuel Makron da iştirak edirdi, ona görə ki, bu görüşün təşkilində yenə özünü geridə qalan dörd Brüssel görüşündə atdığı addımlarla etibarlı moderator kimi göstərməyi bacaran Avropa İttifaqının prezidenti Şarl Mişel də məhz əsas tərəflərdən biri kimi iştirak edirdi.

Hətta görüşün ardınca birgə bəyanat da yaxın gələcəkdə davamlı sülhün əldə olunacağı ümidlərini xeyli artırdı. Amma Fransa prezidenti Emanuel Makronun ölkəsinin "France 2" telekanlına müsahibəsində Ermənistanı sona qədər tək qoymayacaqlarını bəyan etməsi göstərir ki, bu ölkənin Bakı-İrəvan münasibətlərinin normallaşmasında vasitəçilik etməsi birmənalı şəkildə qəbul edilməzdir. Çünki Fransa tərəf olduğunu ən yüksək səviyyədə Makronun bu çıxışı ilə bəyan etmiş oldu.

Bu müsahibəsində anti-Azərbaycan və qatı ermənipərəst mövqeyi ilə Parisin vasitəçiliyinə zərbə vuran Fransa prezidenti əslində heç moderatorluq sevdasında olmadığını da nümayiş etdirdi. Makron açıq göstərdi ki, Parisin istəyi Azərbaycana qarşı Qərbdə güclü bir koalisiya yaradaraq Bakını bütün inkişafa hesablanmış əlaqələrdən təcrid edərək bu yolla istəklərini diqtə etmək məqsədilə təzyiqləri artırsınlar.

Müsahibədə əsas diqqətçəkən məqamlardan biri kimi Fransa prezidentinin Azərbaycanın Avropaya qaz satmasının heç bir "güzəştə" əsas vermədiyini əsaslandırmaq cəhdləri oldu ki, o bu addımla Azərbaycana qarşı sanksiyalar və təzyiqlər üçün zəmin hazırlamağa çalışdığını gizlədə bilmədi, eyni zamanda rəsmi Bakının Qərbin bir sıra aparıcı dövlətləri ilə bütün iqtisadi və siyasi əlaqələrini kəsilməsi üçün hətta Avropa liderləinə bir çağırış da ünvanladı. Amma indi Fransa səfiri mövqeyinin və iştirakı ilə keçirilən dördtərəfli görüşün uğurlu alındığına inandırmaq üçün görünür yeni ssenari hazırlayıb.

Azərbaycanda diplomatik fəaliyyətinin başa çatmasına baxmayaraq Fransa hökümətinin Azərbaycana yeni səfir təyin etməməsi səbəbindən hələ də vəzifəsinin başında qalan Zakari Qros son məqaləsində diqqət çəkən ifadələr yer verib: "Aİ-nin sülh prosesinə fəal dəstəyi əvəzsizdir və Fransa prezidentinin iştirakı Praqada uğurlu nəticə əldə etmək üçün həlledici əhəmiyyətə malikdir... Yaşasın Praqa ruhu!".

Fəaliyyətinin sentyabrın ilk günlərindən bitməsinə rəğmən hələ də Fransanın Azərbaycandakı səfiri kimi işləməyə davam edən Zakari Qrosun "Praqa ruhu"nun yaşaması və Makronun danışıqlarda iştirakını və əldə olunmuş nəticələri az qala Fransanın "xüsusi xidməti" kimi təqdim etmək cəhdi təbii ki, Ermənistan-Azərbaycan liderləri arasında Aİ-nin təşkilatçılığı ilə keçiriləcək növbəti (Brüssel) görüşlərdə yenidən Fransanın tərəflərdən biri kimi iştirak hüququ qazanması məqsədilə atılmış addımdır.

Rəsmi Bakı Makronun prezidentliyi dövründə Fransanın vasitəçilik təşəbbüslərindən imtina etməlidir ki, Azərbaycan prezidenti bunu Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı açıq şəkildə bəyan etdi: Böyük ölkənin Prezidentinə küçə leksikonundan istifadə etməyin nə dərəcədə siyasi nəzakətə uyğun olmasını, qoy, Fransa ictimaiyyəti müəyyən etsin. Biz isə öz tərəfimizdən belə bəyanatları qəti surətdə pisləyirik, rədd edirik və bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük.

Bununla da Fransanın və şəxsən Makronun açıq ermənipərəst, qərəzli mövqeyinə cavab verən İlham Əliyev bildirdi ki, biz heç vaxt belə "obyektiv vasitəçiliyə" razı olmayacağıq. Çünki Makron ermənipərəst mövqeyi ilə yalnız ölkəsinin vasitəçilik imkanlarına zərbə vurmadı, Aİ-nin də fəaliyyətinə kölgə salmağa başladı. Çünki Fransa XİN-in və Makronun son bəyanatlarında Praqa yox, "Ermənistan ruhu" açıq hiss olunur. Əksinə, Fransa həqiqətən Cənubi Qafqaz regionunda sülh istəyirsə, proseslərə qarışmağa cəhd göstərməməlidir.

Əslində ABŞ və Fransanın ölkəmizdəki səfirlərinin həmsədr ölkələrin təmsilçiləri kimi digər ölkələrin səfirləri ilə birgə Şuşaya səfərə getməməyi seçmələri bu dövlətlərin mövqeyini əks etdirirdi. Çalışdığın ölkənin rəsmi qurumunun Şuşaya səfər təklifini qəbul etməmək həmin ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmətsizlikdən başqa bir şey deyildi ki, biz indi Fransa prezidentinin, hökümətinin sərgilədiyi ermənipərəst siyasət fonunda bunun əyani təsdiqini görürük.

Balıq başdan iylənər...

Fransa Prezidentinin təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli açıqlamalarının ermənipərəst siyasətin açıq təzahürü və beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdindən başqa bir şey deyil.

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması işində Avropa İttifaqının səylərini həmişə dəstəkləyən rəsmi Bakı, nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən demək olar bir həftə sonra Fransa Prezidentinin bu cür təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etməsi Parisin 30 illik erməni işğalı zamanı tutduğu mövqe kimi yalan, saxta və iftira bir mövqedir.

Beləcə, Azərbaycanın dəhşətli müharibə törətdiyini bildirərək bununla da faktları manipulyasiya etməyə çalışan E. Makron Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərdi. Amma BMT Təhlükəsizlik Şurasının 2020-ci ilə qədər Azərbaycan ordusu haq savaşçına girməyənə kimi kağız üzərində qalan 4 Qətnaməsinin qəbul olunmasında vaxtı ilə aktivlik nümayiş etdirmiş daimi üzvündən biri Fransa da zamanında təsdiqləmiş olmuşdu ki, Ermənistan Azərbaycan ərazilərini işğal edib və qeyd-şərtsiz bu əraziləri boşaltmalıdır.

İndi nə dəyişdi?

Çünki Fransa düşündü ki, Azərbaycan ömür boyu onların hansı qərar qəbul edəcəklərini oturub gözləməkıə məşşğul olacaq və Qarabağ, ətraf rayonlar da erməni torpağı kimi unudulub qalacaq. Amma Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə apardı. Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Biz özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyümüzü güc hesabına bərpa etdik. Ancaq görünür Azərbaycanın bu qərarı - dünya birliyinin haqsız mövqeyi və erməniləri yeni işğallara rəvac yaradacaq boş-boş bəyanatlarını daha gözləmək səbrinin tükənməsi Makron başda olmaqla bir neçə simalı erməni sevdalısı siyasətçilər üçün tərs sillə oldu.

44 günlük müharibədən əvvəl və ondan sonrakı proseslərdə Fransanın istər yuxarı palatası olan Senat, istərsə də aşağı palatası tərəfindən Azərbaycana qarşı qərəzli və heç bir əsası olmayan qətnamələr qəbul olunduğu hər kəsə bəllidir. Azərbaycan tərəfinin Fransa hökümətinə bununla bağlı müraciətlərinə baxmayaraq Ermənistana açıq dəstəyini gizlətməyən rəsmi Parisin bu mövqeyini Makron müsahibəsi zamanı "Fransa heç vaxt Ermənistanı atmayacaq" açıqlaması ilə Bakının onlardan olan zərrə qədər də olsa ədalətli mövqe ilə bağlı gözləntilərinin üstündən qalın bir xətt çəkmiş oldu.



Fransa bu gün açıq şəkildə işğalçının yanında olmaqla öz kimliyini də bir daha xatırlatmaq üçün füsrət vermiş olur. Bu mənada Fransanın kolonial keçmişi və hazırkı neokolonial siyasətinin ağır nəticələri hər kəsə bəllidir.

Fransanın hər yerdə destabilizasiya faktoru kimi çıxış etməsi, Əlcəzair və Tunisdə soyqırımlar, Vyetnamda törədilmiş hərbi cinayətlərin, hazırda Malidə yaşanan siyasi kataklizmlərdəki əsas moderator olması bu ölkənin Ermənistanı niyə bu qədər "qorumağa" çalışdığının ən böyük cavablarından biridir.

Əlcəzairdə və Afrikanın bu gün "frankofon" adlandırılan ölkələrində Fransa müstəmləkə siyasəti tarixinin soyqırım xarakterli hadisələrlə zəngin olduğu bütün dünya ictimaiyyəti üçün məlum bir faktdır. Amma XXI əsrin ikinci onilliyində demokratiya, ədalət, əxlaq, rasionallıq və praqmatizm kimi dəyərlərin qlobal siyasətdə möhkəmlənməyə başladığı bir vaxtda Fransa Senatının siyasi əxlaqa zidd addımlarına dünya siyasət elmində haqq qazandıra biləcək bir arqumentin mövcud olmadığına əminəm.

ATƏT-in Minsk Qrupunun keçmiş Dağlıq Qarabağ "münaqişəsinin" həlli üzrə üç həmsədr ölkəsindən biri kimi Fransa bu problemin həllində nə dərəcədə obyektiv və səmimi ola bildi ki, indi Bakı ona etibar etsin?! Bəlkə rəsmi Paris onilliklər boyu Fransada yaşayan erməni vətəndaşlarının "mənəvi əziyyətləri"nə nəhayət son qoymaq və Prezident seçkilərinə qatılan hər bir namizədin başı üstündən "Domokl qılıncı" kimi asılan erməni məsələsini birdəfəlik qopardaraq Fransa dövlətinin "milli problemi"ni həll etməyə çalışsa, bu gün daha ədalətli mövqedə dayanmaq imkanı olar. Amma özümüzü aldatmayaq, çünki hər birimiz yaxşı bilirik ki, bu ən yaxşı halda yaxın gələcəkdə mümkün olacaq məsələ deyil.

Oxunub: 500
Paylaş:
Digər xəbərlər

Xəbərlər

18-10-2022, 16:40

TƏCİLİ! Sərhəddə GƏRGİNLİK ARTIR – Fransa kəşfiyyatçılarını Zəngəzura GƏTİRDİ

Xəbərlər

17-10-2022, 23:42

Azərbaycana qarşı MÜHARİBƏ ANONSU - Ermənistan kliniki ölümdən ayılır?

Xəbərlər

14-10-2022, 18:17

ŞOK GƏLİŞMƏ! İlham Əliyevdən Makronun bu bəyanatına sərt REAKSİYA

Xəbərlər

7-10-2022, 18:15

“İlham Əliyev buna razılaşmayıb…” – Praqa görüşündə Makron nəyə israr edirmiş?

Xəbərlər

16-12-2021, 13:54

Makronun hiyləgər Brüssel gedişi – O, Əliyevlə Paşinyanı görüşdürməklə nəyə nail olmaq istəyir?

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Ulduzunu partladaraq ölmək istəyən planet tapıldı: Tamamilə yeni bir fenomendir
İtburnu haqqında bilmədikləriniz
Azərbaycanda nə qədər psixi xəstə var?
İyulda varlanacaq BÜRCLƏR
Septik artritin SİMPTOMLARI və MÜALİCƏ ÜSULLARI
ABŞ kəşfiyatçısı sirləri açdı: “İsrailin İrana hücumu zamanı…”
Son xəbərlər
  • Dünən, 22:13
    Ulduzunu partladaraq ölmək istəyən planet tapıldı: Tamamilə yeni bir fenomendir
  • Dünən, 21:45
    İtburnu haqqında bilmədikləriniz
  • Dünən, 20:46
    Azərbaycanda nə qədər psixi xəstə var?
  • Dünən, 19:32
    İyulda varlanacaq BÜRCLƏR
  • Dünən, 18:32
    Septik artritin SİMPTOMLARI və MÜALİCƏ ÜSULLARI
  • Dünən, 17:11
    ABŞ kəşfiyatçısı sirləri açdı: “İsrailin İrana hücumu zamanı…”
  • Dünən, 16:51
    Tbilisi və Kiyevdən sonra növbə Bakıdadır – Kremllə “böyük hesablaşma” başlayır
  • Dünən, 15:03
    Dərini 1 gecədə 5 yaş cavanlaşdıran möcüzəvi yağlar
  • Dünən, 13:27
    İranla bağlı xoşagəlməz çağırış – İki ölkə qarşı çıxacaq
  • Dünən, 13:24
    Şəxsiyyət vəsiqəsinə bu məlumatlar da əlavə ediləcək
  • Dünən, 12:33
    Ağcaqanadlar hansı xəstəlikləri qanla yaya bilər?
  • Dünən, 11:48
    Trampın yeni planı: Nə Bakıya, nə də İrəvana sərf edir
  • Dünən, 10:25
    Türk dünyasına qarşı həmlə Xankəndidə dəf edildi – Əliyevdən tarixi gediş
  • Dünən, 09:08
    Bu qidaları birlikdə YEMƏYİN – Ekspertdən xəbərdarlıq
  • 4-07-2025, 22:17
    Da Vinçinin 500 illik sirri açıldı - FOTO
  • 4-07-2025, 21:25
    Çoxlu su içirsiniz, susuzluq isə keçmirsə... Təhlükəli əlamət
  • 4-07-2025, 20:22
    Region qaynayır: yeni müharibə həyəcanı – Azərbaycan…
  • 4-07-2025, 19:17
    Ərdoğan və Pezeşkian Xankəndidə görüşdü
  • 4-07-2025, 18:17
    Uzunömürlülük üçün ən sadə MƏŞQ
  • 4-07-2025, 17:08
    “Rusiya buna görə Azərbaycana hücuma keçdi” – Metyu Brayza mühüm detalları açdı
  • 4-07-2025, 16:33
    Xankəndidə Zirvə görüşü: Prezident çıxış etdi
  • 4-07-2025, 15:52
    Dünyanın ən faydalı qidaları
  • 4-07-2025, 14:23
    Azərbaycanla Naxçıvanı birləşdirəcək “Tramp dəhlizi” – İrəvandan reaksiya gəldi
  • 4-07-2025, 13:42
    İsrail Beyrutda əməliyyat keçirdi: Hizbullah komandiri öldürüldü
  • 4-07-2025, 12:30
    Piylənmə, bağırsaq xərçəngi, diabet və insultdan qoruyan MADDƏ
  • 4-07-2025, 11:19
    İranın planı regionu qarışdırdı: Rusiya razılaşmadı – 4 ölkə üçün təhlükə
  • 4-07-2025, 10:24
    Bu, ABŞ-sız mümkün deyil – Zelenskidən ETİRAF
  • 4-07-2025, 09:09
    Albalı, gilas adamı kökəldir?
  • 3-07-2025, 22:02
    Ən toksik 5 bürc: Onları gördüyünüz an qaçın
  • 3-07-2025, 21:29
    Dişlərdə ərpi aparır, dərini gözəlləşdirir... - Yaşıl lobyanın 20 FAYDASI
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə