Xəbərlər



Qadınların nəzərinə! Dərinizə belə qulluq edin – FAYDALI MƏSLƏHƏT
Qadınların nəzərinə! Dərinizə belə qulluq edin – FAYDALI MƏSLƏHƏT

Yediyimiz qidalar orqanizmimizdə özünü müxtəlif formada, ancaq mütləq əks etdirir.

Ailehekimiklinikasi.az medicina.az-a istinadən sizə dəriyə təsir göstərən qidaların siyahısını təqdim edir:

Su – suya olan ehtiyac cinsinizə, aktiv həyat tərzinizə görə dəyişməkdədir. Lazımi miqdarda su istifadə etdiyimizdə dərimiz nəm ehtiyacını qarşılayır. Az miqdarda su istifadə edənlərdə dəri nəmsiz, quru şəkil alır.

Omega-3 zəngin qidalar sızanaqları yox edir.

Omega-3-ün dərinin ləkəsiz və parlaq görünməsini təmin etdiyi, nəmləndirdiyi və qurumasının qarşısını aldığı müəyyən olunub. İltihabın qarşısını alır və yaşlanmanı gecikdirir. Quru meyvələr, soman, avakado Omega-3 ilə zəngin qidalardır.
Vitaminlər gəncləşdirir, yaşlanmanı gecikdirir.

Bəzi vitaminlərin dəri üçün əhəmiyyətli olduğu, bəzi xəstəliklərdən qoruduğu və yaşlanmanın qarşısını aldığı təstiq edilib. Dəriniz üçün ən vacib vitaminlər A, B3, C və E vitaminləridir. Kartof, yerkökü, kərəyağı, balıq yağı A vitaminindən zəngin qidalardır. Yaşlanmanı gecikdirir, dərinin qurumasının qarşısını alır, günəş ləkələrini yox edir.

Ton balığı paxlalı bitkilər B3 vitamini ilə zəngindir. Sızanaqların müalicəsində kömək olur. C vitamini cildin ən yaxşı qoruyucusudur. Müəyyən səbəblərdən baş verən yaraları sağaldır və dərinin yenilənməsinə kömək olur.

Kivi, çiyələk, fındıq, badam, zeytun yağı, cəfəri E vitamini ilə zəngin qidalardır. Hüceyrələri bərpa edir və nəmləndirir. Dəridəki çatları aradan qaldırır.
Baxış sayı: 113