Xəbərlər



SAĞLAM ARIQLAMAQ ÜÇÜN QİDALAR
SAĞLAM ARIQLAMAQ ÜÇÜN QİDALAR

Quru paxla növləri (noxud, mərcimək, lobya, maş), lifli qidalar (kəpəkli taxıl məhsulları, yarma plovu, kəpəkli düyü):

Vitamin və zülal baxımından son dərəcə zəngin bir qida olan paxlanın dənələri təzəykən yaşıl, quruyanda qəhvəyidir. Quru paxla təzə paxla ilə müqayisədə daha qidalıdır. Paxla həzmi asanlaşdırır, sidik yollarını təmizləyir. Böyrəklər üçün olduqca faydalıdır. Paxlada nişasta nisbəti yüksək olduğu üçün qandakı şəkər miqdarını artırdığından, şəkərli diabet xəstələrinə tövsiyə edilmir.

Quru paxlalıların tərkibində liflər olduğuna görə, özünüzü tox hiss etmənizi təmin edir. 1,5 stəkan quru maş lobyada təxminən 8 qram lif, 7 qram zülal və təxminən 110 kalori var. Paxlalıları yemək kimi qaynadıb, salat və şorbaların içinə də əlavə etmək olar.
Baxış sayı: 252