Mən çıxıb gedirəm,sən qal,a dünya
Nəyin var,qoy yenə başına qalsın.
Cənnətə ümidim,cəhənnəm xofum,
Şeytana atılan daşına qalsın.
Sənnən baş götürüb,getdiyim yolun
Həftəsi bilinməz,ayı bilinməz.
Bilmədən etdiyim günahlarımın,
Ölçüsü bilinməz,sayı bilinməz.
Mən çıxıb gedirəm səssiz,səmirsiz
Elə gedirəm ki,bilən olmasın.
Gözüm görə-görə məni sevənin
Ürəyi yanmasın,gözü dolmasın.
Q.Abbasov[/b][b]