Xəbərlər



Viktoriya Bekhemin arıq qalmasının sirri
Viktoriya Bekhemin arıq qalmasının sirri

Viktoriya Bekhemin qüsursuz zahiri sual doğurur: O, buna necə nail olur? Axı dörd uşaq anası olmaq, böyük evi və şəxsi moda biznesini idarə etmək hər qadının öhdəsindən gələ biləcəyui iş deyil. Ümumiyyətlə, Vikinin bədəni o qədər incə və miniatür formasındadır ki, ona baxanda yemək yediyini söyləmək çətindir. Sən demə, yeyir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, modelyer məşhur aşpaz Qordon Ramzi ilə dostluq edir və belə görünür ki, onun bəzi mətbəx sirlərini ələ keçirib. “Spice Girl” qrupunun keçmiş solisti öz instaqram hesabında ev çörəyindən hazırlanan sevimli dostunun reseptini paylaşıb.

Çörək üçün:

Bir balqabaq ləti

Qarabaşaq unu

Yer alması

Duz

Bir çimdik soda

Kətan toxumu

Limon şirəsi

Günəbaxan tumu

Balqabaq tumu

Küncüt tumu

Püre üçün:

Yumşaq avokado

Limon şirəsi

Qara istiot

Viktoriya qidalanmasına ciddi şəkildə fikir verir, odur ki, çörək qlutensizdir.

Yer alması xəmir xörəklərinə, desertlərə və souslara qatılaşdırıcı kimi əlavə olunur. Bu bitki maddələr mübadiləsini normallaşdırır, damarlarda qan laxtalarını yaranmasına mane olur və allergiya doğurmur. Sellülozanın və kraxmal maddələrin yüksək tərkibinə görə yer almasından tibbdə anoreksiya müalicəsi üçün istifadə olunur. Onun tərkibində yağlar yoxdur, odur ki, insan orqanizmində tamamilə sovrulur. Heç bir yağ ehtiva etməsə də, bədənə maksimum enerji verir.
Baxış sayı: 21