Xəbərlər



Şəkər, təzyiq, qan azlığından əziyyət çəkənlər DİQQƏT - Ucuz və təbii MÜALİCƏ
Şəkər, təzyiq, qan azlığından əziyyət çəkənlər DİQQƏT - Ucuz və təbii MÜALİCƏ


Kolorektal xərçəngdən qoruyur, anemiyadan xilas edir! Qarabaşağın faydaları.

Qarabaşaq zülal baxımından zəngin qida vasitəsidir. Yüksək lifli bitki genetik dəyişikliyə məruz qalmadığından ekoloji təmiz qida vasitəsidir. "Qreçka" kimi tanıdığımız qidanın orqanizmə saysız-hesabsız faydası var.

Milli.Az medicina.az-a istinadən qarabaşağın insan orqanizminə faydaları ilə bağlı maraqlı məlumatları təqdim edir.

Qarabaşağın tərkibi dəmir, kalsium kobalt, kükürd, fosfor, xlor, sink, nikel, ftor, maqnezium, mis, yod, natrium, titan, dəmir kimi mikroelementlərlə, A, E, PP, B qrup vitaminlərlə zəngindir. Bu qiymətli məhsul insanda xoş əhval yaratmaqla yanaşı, yorğunluğu götürür, yuxusuzluğu aradan qaldırır. Orqanizmi xərçəngdən qoruyur.

ZƏNGİN ZÜLAL MƏNBƏYİ

Qarabaşağın zülal dəyəri olduqca yüksəkdir. Tərkibində böyük miqdarda zülal olduğundan qarabaşağı ətlə müqayisə etmək olar. Lif səviyyəsi yüksək olduğu üçün həzmi asanlaşdırır.

TƏRKİBİNDƏ QLÜTEN YOXDUR

Əgər qlüten həssaslığınız varsa, tərkibində qlüten olmadığı üçün qarabaşağı rahatlıqla istifadə edə bilərsiniz. Seliakiya, yəni həzm sistemi ilə əlaqədar irsi xəstəlik daşıyıcısısınızsa, xüsusi ilə üstünlük verməli olduğunuz dənli bitkilərdən olmalıdır.

XOLESTEROL SƏVİYYƏSİNİ AŞAĞI ENDİRİR

Qarabaşağın xolesterolu endirmə xüsusiyyəti var. Ürəyin dostu olan bu dənli bitki davamlı istifadə edildikdə hipertoniya riskini azaldır. Təzyiq yaranma ehtimalını minimuma endirir.

QAN ŞƏKƏRİNİ NİZAMDA SAXLAYIR

Daimi piylənmənin qarşısını almaq üçün qan şəkərini hər zaman eyni səviyyədə saxlamaq əhəmiyyət daşıyır. Bunun yolu da ac qalmaqdan yox, doğru qidaları istehlak etməkdən keçir. Bunun üçün qarabaşaq ideal seçimdir.

MƏDƏ-BAĞIRSAQ PROBLEMİNİN HƏLLİ

Qarabaşağın tərkibi sellüloz ilə zəngin olduğundan mədə-bağırsaq xəstəliklərinin müalicəsində də xeyirlidir. Müntəzəm olaraq qarabaşaqdan istifadə etməklə orqanizmdə olan şlakları və digər zəhərli maddələri xaric etmək mümkündür.
Baxış sayı: 376