Bu gündən Azərbaycan vətəndaşları Serbiyaya vizasız gedə biləcəklər.
Bu barədə məlumat Serbiya Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilib.
Müvafiq qərar Serbiya hökuməti tərəfindən mayın 24-də qəbul edilib və iyunun 2-də qüvvəyə minib.
Azərbaycan vətəndaşları Serbiya ərazisində 90 günə qədər vizasız qala bilərlər.