• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Bütün ailəsi o xəstəlikdən vəfat etdi, özü sağ qaldı - Alimlər onu araşdırır
Qara zirə və kəsmik – Bədəni təmizləyən möcüzəvi qarışım
Rza Pəhləvi TƏKLİFLƏR ALDI - “İrana qayıtmağa hazıram”
Maduro həbsxanadan mesaj verdi: Biz döyüşçüyük...
Ayağa turş maya sürtməyin FAYDALARI
ABŞ hücum etsə, İsraili vuracağıq - Qalibaf
ABŞ-ın 20-dən çox qırıcısı Suriyada 35 hədəfi vurdu
Ayaqda yaranan qəfil ağrı ciddi xəstəliyin xəbərçisi ola bilər
İranlılar dəyişiklik tələb edir – ABŞ
Buzlaqlar uğrunda savaş: Məqsəd nədir?
Daim öskürürsünüz? - Professor altda yatan səbəbi açıqladı
Yəmənin Cənubi Keçid Şurası özünü buraxıb?
Vinnikovdan ilginc Bakı açıqlaması: NATO Cənubi Qafqazdan bu xəbəri gözləyir
Sarıköklü südün möcüzəvi faydaları
Xərçəngi 2 dəqiqəyə müəyyənləşdirən test hazırlanır
Axşam tez yatmağın beyin üçün 4 mühüm faydası
212 il sonra dünyanı heyrətə gətirən elan – İki ölkə Trampa görə birləşir
Sənədsiz evlərin sahiblərinə mühüm xəbər – “kupça”nı bu qiymətə ala biləcəklər
Bağırsaq xərçəngi özünü necə göstərir — Onkoloq XƏBƏRDARLIQ EDİR
Evlənmək istəyənlərə yeni tələb: elçilikdə bu da ola bilər
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Süd vəzinin xərçəngi

Manşet / Gündəm / Səhiyyə

9-11-2018, 03:01

Süd vəzinin xərçəngi

Süd vəzinin xərçəngi


Süd vəzinin xərçəngi — xərçəng xəstəliyinin bir növüdür, əsas etibarı ilə qadınlarda təsadüf edilir. Bədənimizdə hər hüceyrənin müəyyən uzunluqda ömrü var. Hüceyrələrin yaşama müddəti, nüvələrindəki genetik informasiyadan asılıdır. Yaşlanan hüceyrə, toxumadakı işini tamamladıqdan sonra ölür. Bu prosesin son hissəsinə “planlı hüceyrə ölümü” deyilir. Xərçəng hüceyrələrinin digər hüceyrələrdən fərqi, “planlı hüceyrə ölümü” proqramından xaricə çıxıb, idarə edilməz şəkildə sürətlə çoxalmasıdır.

Sağlam hüceyrənin neçə dəfə bölünəcəyi və nə vaxt öləcəyi genetik olaraq kodlaşdırılmışdır. Xərçəng hüceyrələri isə tamamilə fərqli informasiyaya və xüsusiyyətə malikdirlər. Çünki passiv şəkildə bölünən xərçəng hüceyrələri birdən-birə sürətlə bölünməyə başlayır və bu formada şişlər əmələ gəlir. Həmçinin xərçəng hüceyrələri ümumi kütlədən ayrılıb qan ya da limfa dövranı vasitəsilə ilə bədənin digər bölgələrinə miqrasiya edə bilirlər. Münasib mühit olan yerlərdə şiş koloniyaları əmələ gətirir və böyüməyə davam edərlər. Xərçəngin bu formada bədənin digər bölgələrinə yayılması hadisəsinə metastaz deyilir.

Süd vəzisi xərçəngi digər orqanların xərçənginə nisbətən çox yavaş inkişaf edirlər, yəni nisbi passivlik olur. Bir hüceyrənin bölünməsi 1 sm3 böyüklüyündə bir kütlə yaratması üçün 5-10 il vaxt lazımdır. Hər il müayinə olunmaq və erkən diaqnozun qoyulması faktoru müalicənin bir hissəsidir, yəni həyatınızı qurtara bilən vacib məqamdır.

Süd vəzi xərçənginin əlamətləri
Süd vəzisi xərçənginin müalicəsində müvəffəqiyyət şansı və bu xəstəliyin sağalmasının əsas şərti erkən diaqnozun qoyulmasıdır. Xərçəng şişinin çox kiçiç həcmdə olduğu zaman mammoqrafiya vasitəsilə aşkarlamaq mümkündür. Bu vəziyyətdə müalicənin effektivliyi son dərəcə yüksək olur. Buna görə də süd vəzisi müayinəsindən tez-tez keçən qadınlarda xərçəngin ağırlaşması halları olmur. Çünki xərçəng əlamətləri ortaya çıxdığı zaman şişin həcmi 1 cm və daha böyük həcmdə olur. Buna baxmayaraq, xəstəliyin tamamən sağalma ehtimalı hələ də vardır.

Süd vəzisinin vəziyyətini bilmək üçün mütəmadi müayinədən keçmək vacib sayılır. Qadınlar özlərini müayinə edərkən aşağıdakılara diqqət etməlidirlər:

Ələ gələn kütlə: Süd vəzisi xərçəngində ən tez-tez rast gəlinən əlamət ələ gələn kütlədir. Əllə hiss edilən kütlə simptomu ilə xəstəxanaya gəldikdə, ilk olaraq bu kütlənin kista, yoxsa şiş olduğu ayırd edilməlidir. İçi maye ilə dolu olan kistalar xərçəng deyil və təhlükəli deyillər. Amma iki təbəqəli solid kütlələr şiş kütlələridir ki, bu şişlər tez müayinə edilməli və ya biopsiya vasitəsilə dəqiq diaqnoz qoyulmalıdır.

Süd vəzisi ucu axıntısı: Süd vəzisi ucu axıntısı süd vəzisi xərçənginin erkən simptomu ola bilər. Belə vəziyyətlərdə həkimə getmək lazımdır. Axıntı özü-özünə axmalıdır, süd vəzisinin sıxılması nəticəsində axıntı gəlməsi bir xəstəlik simptomu deyil. Axıntının olub-olmadığını yoxlamaq üçün süd vəzilərinin sıxılması doğru deyil. Süd vəzisi ucu axıntısı başqa xəstəliklərdə, məsələn hormonal xəstəliklərdə, əmizdirmədən sonrakı vaxtlarda ilk zamanlarda və süd kanallarının xəstəliklərində də rast gəlinir.

Süd vəzisi ucunun içəri çəkilməsi və simmetriyanın pozulması: Bir çox qadında süd vəziləri arasında kiçik fərqlər ola bilər: birinin digərindən daha böyük olması və ya süd vəzisi uclarında simmetriya fərqi kimi. Bunlar əsasən uşaqlıq vaxtından elə olur və hər hansı bir xəstəliyin əlaməti deyil. Amma bəzən də çox nadir hallarda süd vəzisi ucunun arxasında çıxan şişlər erkən dövrdə süd vəzisi ucunun içəriyə doğru girməsinə səbəb olur. Daha əvvəllər hər iki süd vəzisi ucu simmetrik və normal olduğu halda ani olaraq süd vəzisi uclarında asimmetriya və ya birinin içinə doğru girməsi – süd vəzisi xərçəngi baxımından çox vacib əlamət sayılır.

Dəridəki əlamətlər: Bəzən süd vəzisi xərçəngi zamanı dəridə bəzi əlamətlər peyda olur. Xüsusilə də kütlənin süd vəzisinin dərisinə yaxın olduğu zaman həm kütlə daha tez əllə hiss edilir, həm də dəri əlamətləri ortaya çıxar. Süd vəzisinin üzərində uzun müddət yox olmayan qızarma, yara, süd vəzisi dərisinin portağal qabığına bənzər bir görünüş alması, dərinin bir nöqtədə içəriyə doğru çəkilməsi kimi hallarda mütləq həkimə gedilməlidir. Bəzən də süd vəzisi üzərindəki bənövşəyi-mavi rəngli venaların gözə çarpması bəzi süd vəzisi şişlərində erkən diaqnoz üçün vacib əlamətlərdəndir.

Süd vəzisi xərçəngində ideal olanı yuxarıdakı əlamətlər ortaya çıxmazdan əvvəl xəstəliyin diaqnozunun qoyulması və müalicəsinin başlanmasıdır.

Süd vəzisinin müayinəsi və diaqnostikası
Süd vəzisi xərçənginin erkən diaqnostikası üçün istifadə olunan əsas metodlar ultrasəs müayinəsi və mammoqrafiyadır. Mammoqrafiyada şübhəli kütlə və ya sahə (mikrokalsifikasiya) tapıldığı zaman kütlənin vəziyyətinə görə iynə biopsiyası və ya cərrahi biopsiya həyata keçirilir. Kütlənin forması və ya halı müəyyən edilə bilmədiyi hallarda biopsiyadan əvvəl və ya yerinə MR da aparıla bilər.

Xərçəngin diaqnostikası üçün istifadə edilən metodlardan ən vacib olanı öz-özünü müayinə metodlarıdır. Yəni qadınların özlərini müayinə etməsi və ya xəstəlik riskinə qarşı tez-tez həkim müayinəsinə gəlməsidir. Radioloji metodlarla biopsiyalara əlavə olaraq insanların özlərini müayinə etmələri və periodik olaraq həkim müayinəsindən keçmələri də sayıla bilər.

Mammoqrafiya və erkən diaqnostika
Mammoqrafiya süd vəzisi xərçənginin erkən diaqnostikası üçün qızıl qədər qiymətli bir metoddur. Xəstənin heç bir şikayəti olmadığı halda profilaktik məqsədlə aparıla bilər, süd vəzisində kütlə, süd vəzisi ucu axıntısı və ya başqa bir şikayəti olanlara isə diaqnostik məqsədlə tətbiq edilir.

Mammoqrafiya barmaq izi kimidir, hər qadında fərqli olur və heç bir mammoqrafiya digərinə oxşamır. Buna görə də müayinəyə gedərkən daha əvvəl çəkilən mammoqrafiyanın nəticələrini də yanınızda gətirməlisiniz. Əvvəl çəkilmiş mammoqrafiya ilə yenisi arasındakı fərq diaqnoza kömək edə bilər. Mammoqrafiya uyğun zamanda və formada həyata keçirildiyi zaman ağrısız bir metoddur. Menstrual sikldən sonrakı dövrdə süd vəzilərindəki ödem, gərginlik və həssaslıq daha az olduğuna görə sikldən sonrakı həftə mammoqrafiya müayinəsinə gəlmək daha uyğundur.

Mammoqrafiya cihazları: Analoq, tam digital və ya digital əsaslı olur.Analoq sistem şüanın filmin üstündə buraxdığı izlərin şərhidir. Yuyulub qurudulan film incələnərək qiymətləndirilir. Bunun əksinə, tam digital və ya digital əsaslı sistemlərdə görünüşlər digital şəraitdə qiymətləndirilərək oxunur. Daha sonra xəstəyə vermək üçün filmə çəkilir. Analoq sistemlər yavaş-yavaş yerini digital əsaslı və ya tam digital sistemlərə buraxmaqdadır.

Mammoqrafiya müayinəsi, süd vəzisi xərçəngi baxımından heç bir risk faktoru və şikayəti olmayan, hər il süd vəzisi müayinəsinin nəticəsi normal olan qadınlara nizamlı olaraq aparılmalıdır. Nizamlı olaraq aparılan mammoqrafiya müayinəsi xəstənin həyatını qurtarır və cəmiyyətdəki süd vəzisi xərçəngi səbəbiylə yaranan ölüm səviyyəsini aşağı salır və mammoqrafiya müayinəsi zamanı alınan radiasiya şüası ağciyərin rentgenoloji müayinəsindəkindən daha az dozadadır.

Biopsiya

Süd vəzisi toxumasından nümunə alınıb, uyğun şəraitdə dondurulub, kəsilib, boyanıb, mikroskop altında incələnməsidir. Bu yolla əldə edilən diaqnoz histopatoloji diaqnozdur və süd vəzisi xərçənginin dəqiq diaqnozunun tək yoludur.

Biopsiya iki yolla alına bilər: iynə biopsiyası və cərrahi biopsiya. İynə biopsiyası şübhəli sahə və ya kütlədən iynə köməkliyi ilə toxuma nümunəsinin alınmasıdır. Cərrahi biopsiya isə əməliyyatxana şəraitində şübhəli sahə və ya kütlənin tamamilə çıxarılmasıdır.

Oxunub: 1 254
Paylaş:
Digər xəbərlər

Manşet / Səhiyyə

12-11-2022, 15:47

Xərçəng bu orqanda yarana bilmir. Niyə?

Manşet / Maraqlı

24-09-2018, 18:26

Yumurta hüceyrə özünü “görüş yerinə” çatdırır!

Manşet / Səhiyyə

12-08-2018, 11:20

Xərçəng

Manşet / Səhiyyə

11-08-2018, 12:32

Xərçəng xəstəliyi

Manşet / Səhiyyə

26-04-2018, 19:06

Qadınlarda xərçəng xəstəliyinin 20 əlaməti

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Bütün ailəsi o xəstəlikdən vəfat etdi, özü sağ qaldı - Alimlər onu araşdırır
Qara zirə və kəsmik – Bədəni təmizləyən möcüzəvi qarışım
Rza Pəhləvi TƏKLİFLƏR ALDI - “İrana qayıtmağa hazıram”
Maduro həbsxanadan mesaj verdi: Biz döyüşçüyük...
Ayağa turş maya sürtməyin FAYDALARI
ABŞ hücum etsə, İsraili vuracağıq - Qalibaf
Son xəbərlər
  • Dünən, 22:20
    Bütün ailəsi o xəstəlikdən vəfat etdi, özü sağ qaldı - Alimlər onu araşdırır
  • Dünən, 21:29
    Qara zirə və kəsmik – Bədəni təmizləyən möcüzəvi qarışım
  • Dünən, 20:30
    Rza Pəhləvi TƏKLİFLƏR ALDI - “İrana qayıtmağa hazıram”
  • Dünən, 19:06
    Maduro həbsxanadan mesaj verdi: Biz döyüşçüyük...
  • Dünən, 18:34
    Ayağa turş maya sürtməyin FAYDALARI
  • Dünən, 17:25
    ABŞ hücum etsə, İsraili vuracağıq - Qalibaf
  • Dünən, 16:53
    ABŞ-ın 20-dən çox qırıcısı Suriyada 35 hədəfi vurdu
  • Dünən, 15:40
    Ayaqda yaranan qəfil ağrı ciddi xəstəliyin xəbərçisi ola bilər
  • Dünən, 14:20
    İranlılar dəyişiklik tələb edir – ABŞ
  • Dünən, 13:38
    Buzlaqlar uğrunda savaş: Məqsəd nədir?
  • Dünən, 12:16
    Daim öskürürsünüz? - Professor altda yatan səbəbi açıqladı
  • Dünən, 11:50
    Yəmənin Cənubi Keçid Şurası özünü buraxıb?
  • Dünən, 10:24
    Vinnikovdan ilginc Bakı açıqlaması: NATO Cənubi Qafqazdan bu xəbəri gözləyir
  • Dünən, 09:11
    Sarıköklü südün möcüzəvi faydaları
  • 10-01-2026, 22:24
    Xərçəngi 2 dəqiqəyə müəyyənləşdirən test hazırlanır
  • 10-01-2026, 21:55
    Axşam tez yatmağın beyin üçün 4 mühüm faydası
  • 10-01-2026, 20:48
    212 il sonra dünyanı heyrətə gətirən elan – İki ölkə Trampa görə birləşir
  • 10-01-2026, 19:22
    Sənədsiz evlərin sahiblərinə mühüm xəbər – “kupça”nı bu qiymətə ala biləcəklər
  • 10-01-2026, 18:21
    Bağırsaq xərçəngi özünü necə göstərir — Onkoloq XƏBƏRDARLIQ EDİR
  • 10-01-2026, 17:05
    Evlənmək istəyənlərə yeni tələb: elçilikdə bu da ola bilər
  • 10-01-2026, 16:42
    Rza Pəhləvi inqilaba çağırdı, “qayıdıram” dedi...
  • 10-01-2026, 15:37
    Dilin Topuq Vurmasının Səbəbləri və Müalicə Yolları
  • 10-01-2026, 14:00
    Pəhləvidən Trampa GÖZLƏNİLMƏZ ÇAĞIRIŞ: İrana müdaxiləyə hazır ol!
  • 10-01-2026, 13:08
    Şiddətli döyüşlər gedir: Rus ordusu daha bir ərazini ələ keçirdi
  • 10-01-2026, 12:28
    Saç uzadan qidalar hansılardır?
  • 10-01-2026, 11:37
    Müharibə əlilləri və şəhid ailələri ilə bağlı vacib sərəncam - Bu rüsumdan azad edildilər
  • 10-01-2026, 10:15
    Fransa ABŞ-a görə NATO-nu tərk edir? - Vitse-spiker
  • 10-01-2026, 09:07
    Qan qrupu pəhrizlərinin elmi əsası varmı? - Həkim açıqladı
  • 9-01-2026, 22:47
    Oğlan uşağı böyüdən valideynlər daha tez qocalır
  • 9-01-2026, 21:15
    İnfarktın ciddi siqnalıdır - Görməzdən gəlmək olmaz
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə