ABŞ-ın Kaliforniya ştatının cənubunda 6,9 bal gücündə zəlzələ baş verib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avropa Aralıq Seysmologiya Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Los-Ancelesin 193 km şimalında, ocağı isə 10 kilometr dərinlikdə olub.
ABŞ Geoloji Xidməti xəbər verir ki, zəlzələnin maqnitudası 7,1 olub.