• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Qış ayları ilə bağlı əhaliyə vacib xəbərdarlıq
Zibilə atılan bu meyvə qabığı qırmızı ətdən 100 dəfə daha faydalıdır
Rusiya Cənubi Qafqazı da işğal edəcək? - Merzdən sensasiya
Türkiyəyə “yox” desə, müharibə başlayacaq: Orduya tapşırıq verildi – Detallar
Soyuqdəymə üçün təbii həll - Diabet xəstələrinə faydalı meyvə
Şüşə su çubuqlarındakı təhlükə
İki nəhəng üz-üzə: 50 illik gizli sənədlər üzə çıxdı – İnanılmaz ssenari
Almaniyada təyyarə küçəyə düşdü: yaralılar var
Müharibədən 7 gün öncə Kreml ABŞ-a hansı ultimatumu vermişdi?
ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir
Hava ilə bağlı xəbərdarlıq: Leysan olacaq
Çox saqqız çeynəmək dişlərdəki plombları boşaldır
Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?
Zelenski: Qərb NATO məsələsində Ukraynanı dəstəkləmədi
Qarın ağrısı və nəfəs darlığı yaşayanlara xəbərdarlıq
Ərdoğan: Türkiyə ordusunun Qəzzaya göndərilməsi...
Tayland–Kamboca sərhədində döyüşlər şiddətləndi
İnsan beyninin gizli təqvimi: Hansı yaşda necə dəyişirik?
Diabetin erkən əlamətləri - Dəridə belə izlər yaranır
Rusiyanı çökdürmək planı işə düşdü: 300 milyardlıq həmlə – Putin çətin durumda
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

"Elə bil fahişəliyi Azərbaycanda qəsdən yayırlar" - Fazil Mustafa

Xəbərlər

13-04-2019, 13:32

"Elə bil fahişəliyi Azərbaycanda qəsdən yayırlar" - Fazil Mustafa

“Azərbaycanda fahişəxanalar baş alıb gedir. Otellərdə və digər obyektlərdə əxlaqsızlıqlıq hökm sürür. Hərənin bir himayəçisi var. Burada rus bölməsi neyləsin?”.
Bu sözləri millət vəkili Fazil Mustafa deyib. Onun sözlərinə görə, cəmiyyətdə baş verən bütün problemləri rus dili ilə bağlamaq düzgün deyil.
“Əxlaqsızlıq, narkomaniya yayılırsa, bu rus dili bölməsinin günahı deyil. Bölgələrdə tutulan azərbaycanlılar rus bölməsini bitirənlər deyil. Ümumiyyətlə bölgələrdə rus bölməsi yoxdur. Təbii ki, gecə barlarına baş çəkənlər arasında hər bölmədə təhsil alan uşaqlar ola bilər”, – deyə millət vəkili bildirib.
F.Mustafa deyir ki, rus bölməsində təhsil alan insanlar üçün müsbət amillər çoxdur:
“Rus bölməsində təhsil alan uşaqların mütaliə etməsi artıq olur. Çünki onlar fərqli dil bilgisi əldə edirlər. Bunun da müəyyən avantajı var. Rus və Azərbaycan bölməsində təhsil alan uşaqlar arasında uğurlu təhsil alanları da var”.
F.Mustafa deyir ki, ölkədə təhsilin səviyyəsini qaldırmaq üçün ilk növbədə müəllimin nüfuzunu qaldırmaq lazımdır:
“Müəllimin nüfuzunu da onun aldığı maaşla qaldırmaq lazımdır. Müəllim o vaxt işinə bağlanacaq ki, o, məktəbdə yaxşı məvacib alacaq. Xüsusilə diqqət etmək lazımdır ki, məktəbdə ən yaxşı müəllim direktor vəzifələrinə gətirilsinlər. Belə olan halda həmin şəxs işinə can yandıracaq. Bunlar olmayandan sonra uşaların tərbiyə olunması çətin olur”.
Deputat həmçinin vurğulayıb ki, uşaqların təlim-tərbiyəsilə valideynlər də ciddi məşğul olmalıdırlar:
“Cəmiyyət məktəbə kömək etməyəcəksə, valideyn öz günahını məktəbdə axtaracaqsa, özündən istəmədiyini müəllimdən tələb edəcəksə, onda məsələlər itəcək. Müəllimlər həm də tələbdən başqa, məktəbə nəzarət etməlidir. Valideyn məktəbdə olan neqativləri vaxtında çətdırmalıdır. Hamı evində oturub, məktəbdə baş verənləri izləməməlidir. Valideyn komitələrinin fəaliyyətini gücləndirmək lazımdır. İclaslar keçirilməlidir, uşaqlar barədə müəllimlərin fikirləri müzakirələrə çıxarılmalıdır. Bunlar olmayanda, müəllimlə şagirlər arasında körpülər dağılır, münasibətlər korlanır. Problemin kökü budur”.
Əxlaqsızlığa gəlincə, F.Mustafa deyir ki, bu gün Bakıda və bölgələrdə geniş yayılıb:
“Fahişəlik bir sosial problemə çevrilib. Hərdən mənə elə gəlir ki, kimlərsə bilərəkdən narkomaniyanı yaydıqları kimi fahişəliyi də elə yayırlar. Çünki burada gəlir var. Eyni zamanda uşaqların bu pis vərdişlərə alışmasına şərait yaradılır.
Bundan başqa, cinsi tərbiyə sıfır vəziyyətindədir. Bu da əxlaqsızlığa açılan yoldur. Uşaqlar bilgisiz olanda, daha çox həmin istiqamətə meyl göstərir. Hansı sahəyə qadağa olursa, uşaq daha çox ora maraq edir”.

Millət vəkili deyir ki, bütün bunların hamısı kompleks olaraq islahat tələb edən məsələdir:
“Əvvəllər Azərbaycanda başqa millətin nümayəndələri, yahudilər, ruslar, ermənilər çox idi. Bu mühitin içində insanlar daha kosmopolit olurdular. İndi belə bir mühit yoxdur. Hər tərəf azərbaycanlıdır. Ona görə də, bu məsələ əsaslandırılmış məsələ deyil. Bu səbəbdən də, yaranmış problemləri özümüzdə axtarmalıyıq. Çünki yaranmış neqativliklər cəmiyyətlə bağlıdır”.
F.Mustafa düşünür ki, bizim vətəni sevmə problemi deyilən məsələ təhsilin problemi olmamalıdır:
“Bizim işimiz ağıllı və savadlı şəxslər yetişdirmək məsələsi olmalıdır. Cahilin vətən sevgisi də sonradan böyük təhlükə törədə bilər. Bu faydasız bir şey olur. Ona görə də, rus bölməsinə uşaqların qoyulması Azərbaycanda bir modadır.
Necə ki, bir müğənnini dinləmək modadır, yaxud, uşağın savadı olmaya-olmaya onu universitetə qoyub, 5 il oxutdurmaq modadır. Peşə təhsilinin olmaması, onun istəmədiyi sahəyə qoyulması modadır.
Nə mod düşürsə, biz onun dalınca qaçırıq. Hamı necə, biz də elə. Rus bölməsi də elədir. Rus bölməsində dərs deyən müəllimlər əvvəlki kimi pedaqoqlar deyillər.
Onların uşaqlara öyrətdiyi rus dili də, ədəbi dil deyil. Bu dildə uşaqlara mütaliə etməyə imkan vermir.
Mən rus dilininin ciddi təhlükəsini görmürəm. Mən insanların moda xatirinə rus dili öyrənməsinin ciddi təhlükəsini görürəm”.
Millət vəkili bildirir ki, insanların dil bilgisinin olması xoşdur:
“Kimin imkanı var, rus dilini, ingilis dilini öyrənsin. Bu çox vacibdir. Lakin birinci növbədə insanın öz milli dilində təfəkkürünün formalaşması lazımdır.
Çünki uşaq ana dilində mənimsədiyini heç bir dildə mənimsəmir. İkincisi də, evdə rus dilini bilən yoxdursa, artıq uşağın rus məktəbində oxumasının böyük fəsadları ortaya çıxır.
Uşaq nə öz dilində təfəkkür edə bilir, nə də rus dilində bilgisini təkmilləşdirə bilir. Buna görə də, çox uşaq əziyyət çəkir. Bakıda əvvəllər rus bölməsində oxuyanlar, çöldə də başqa millətin uşaqları ilə münasibət qururdu və dili mükəmməl bilirdi”. (baku.ws)

Oxunub: 799
Paylaş:
Digər xəbərlər

Xəbərlər

17-04-2019, 13:32

"Elə bil fahişəliyi Azərbaycanda qəsdən yayırlar" - Fazil Mustafa

Xəbərlər

11-03-2019, 13:02

"Bakını hamılıqla boşaltmaq lazımdır" - Fazil Mustafa

Xəbərlər

15-12-2018, 21:09

MILLƏT VƏKİLİ “psixoloq” Nərmin Şahmarzadənin DƏRSİNİ VERDİ - Nadan və cahillər...

Mədəniyyət

8-09-2018, 15:35

“BAŞIMIZI QATMIŞIQ, QARABAĞ ƏLDƏN GEDİB!” - “Çal-çağır, dingiş-dingiş oynamaq…”

Manşet / Gündəm / Xəbərlər

22-04-2018, 10:00

DİM imtahan keçirir

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Qış ayları ilə bağlı əhaliyə vacib xəbərdarlıq
Zibilə atılan bu meyvə qabığı qırmızı ətdən 100 dəfə daha faydalıdır
Rusiya Cənubi Qafqazı da işğal edəcək? - Merzdən sensasiya
Türkiyəyə “yox” desə, müharibə başlayacaq: Orduya tapşırıq verildi – Detallar
Soyuqdəymə üçün təbii həll - Diabet xəstələrinə faydalı meyvə
Şüşə su çubuqlarındakı təhlükə
Son xəbərlər
  • Bu gün, 13:06
    Qış ayları ilə bağlı əhaliyə vacib xəbərdarlıq
  • Bu gün, 12:43
    Zibilə atılan bu meyvə qabığı qırmızı ətdən 100 dəfə daha faydalıdır
  • Bu gün, 11:07
    Rusiya Cənubi Qafqazı da işğal edəcək? - Merzdən sensasiya
  • Bu gün, 10:33
    Türkiyəyə “yox” desə, müharibə başlayacaq: Orduya tapşırıq verildi – Detallar
  • Bu gün, 09:15
    Soyuqdəymə üçün təbii həll - Diabet xəstələrinə faydalı meyvə
  • Dünən, 21:42
    Şüşə su çubuqlarındakı təhlükə
  • Dünən, 20:11
    İki nəhəng üz-üzə: 50 illik gizli sənədlər üzə çıxdı – İnanılmaz ssenari
  • Dünən, 19:24
    Almaniyada təyyarə küçəyə düşdü: yaralılar var
  • Dünən, 18:39
    Müharibədən 7 gün öncə Kreml ABŞ-a hansı ultimatumu vermişdi?
  • Dünən, 17:40
    ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir
  • Dünən, 16:25
    Hava ilə bağlı xəbərdarlıq: Leysan olacaq
  • Dünən, 15:46
    Çox saqqız çeynəmək dişlərdəki plombları boşaldır
  • Dünən, 14:08
    Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?
  • Dünən, 13:06
    Zelenski: Qərb NATO məsələsində Ukraynanı dəstəkləmədi
  • Dünən, 12:44
    Qarın ağrısı və nəfəs darlığı yaşayanlara xəbərdarlıq
  • Dünən, 11:39
    Ərdoğan: Türkiyə ordusunun Qəzzaya göndərilməsi...
  • Dünən, 10:24
    Tayland–Kamboca sərhədində döyüşlər şiddətləndi
  • Dünən, 09:11
    İnsan beyninin gizli təqvimi: Hansı yaşda necə dəyişirik?
  • 13-12-2025, 21:31
    Diabetin erkən əlamətləri - Dəridə belə izlər yaranır
  • 13-12-2025, 20:37
    Rusiyanı çökdürmək planı işə düşdü: 300 milyardlıq həmlə – Putin çətin durumda
  • 13-12-2025, 19:09
    Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri nə qədər artıb?
  • 13-12-2025, 18:48
    Yeməkdən sonra şirniyyat istəyi normaldır?
  • 13-12-2025, 17:13
    İndoneziyada ölənlərin sayı 1000-ə çatdı
  • 13-12-2025, 16:34
    Ərdoğanla görüşdə sensasiya: Putin ya Ankaradan üzr istəyəcək, ya da…
  • 13-12-2025, 15:56
    Şəkərdən imtina etməklə bədəndə 6 müsbət dəyişiklik
  • 13-12-2025, 14:16
    Sabah Bakıya qar yağacaq - Xəbərdarlıq
  • 13-12-2025, 13:54
    Rusiya Türkiyə gəmisinə zərbə endirdi
  • 13-12-2025, 12:27
    Uçuq kimi görünsə də, ciddi xəstəliklərin əlaməti ola bilər
  • 13-12-2025, 11:10
    Estoniya Rusiya ilə sərhəddə bunkerlər tikir
  • 13-12-2025, 10:27
    İsrail ordusu HƏMAS-ın komandirlərindən birini öldürdü
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə