ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Ron Rokuel Hansen Çinin xeyrinə casusluq etdiyini etiraf edib.
Ailehekimiklinikasi.az axar.az-a istinad'n xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
Nazirlik Hansenin 2006-ci ildən adı çəkilən idarədə çalışdığını və “tam məxfi” qrifli sənədlərə birbaşa giriş imkanı olduğunu bildirib. Onun 2014-cü ildə Çin kəşfiyyatı tərəfindən təsir dairəsinə salındığı vurğulanıb. Üstəlik, Hansenin Çin kəşfiyyatının əməkdaşları ilə tez-tez Çində görüşdüyü və təqdim etdiyi informasiyalara görə, yüz minlərlə dollar əldə etdiyi qeyd edilib.
Hansen yalnız 2018-ci yaxalana bilib. O, dünya regionlarından birində yerləşən ABŞ ordusunun döyüş səviyyəsi barədə məlumatlar əldə etmək istərkən saxlanılıb.