• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?
Ən böyük körpü nə vaxt istifadəyə veriləcək? – Prezident açıqladı
Paşinyandan ermənilərə ŞOK XƏBƏRDARLIQ: Sentyabrda “dağıdıcı müharibə” başlayacaq
Yüksək xolesterolun gizli səbəbləri açıqlandı
Hörmüz bağlandı, böhran başladı: dünya yeni təhlükənin astanasında
Pezeşkiandan xəbərdarlıq: İranı yox etmək fikri...
Təzə soğan kimlərə olmaz? - Həkim açıqladı
Musiqi dinləməyin 4 faydası
Yuxu keyfiyyətini pozan əsas səhvlər
İran ABŞ və İsraildən təzminat tələb etdi
Ağız qoxusuna görə hansı həkimə getməli?
NATO lideri Hörmüz boğazı ilə bağlı Trampa müraciət etdi
Adi baş ağrısı ilə beyin şişi arasındakı fərqlər
Pezeşkiandan xəbərdarlıq: İranı yox etmək fikri...
Yaddaşı gücləndirmək üçün hansı qidalar faydalıdır?
ABŞ-nin yeni silahı İranı təşvişə saldı - Saniyələr içində...
İran müharibədə görünməmiş addım atdı – Pərdəarxası detallar üzə çıxdı
Ramazandan sonra bunu etməyin - Xəbərdarlıq
3 bürc üçün 35 günlük "xaos" dövrü başladı
Bu vərdiş narahatlıq riskini artırır
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Azərbaycan-İran strateji tərəfdaşlıq perspektivləri - Yeni mərhələyə start verildi

Xəbərlər

30-04-2025, 10:18

Azərbaycan-İran strateji tərəfdaşlıq perspektivləri - Yeni mərhələyə start verildi


Azərbaycan və İran. Tarixi qohumluq və qardaşlıq iki ölkə və iki xalq arasında dərin bağlar yaradıb. Zaman-zaman münasibətlərdə müəyyən soyuqluq, yaxud anlaşılmazlıq olsa da, tarixi bağlar yekun nəticəni müəyyənləşdirməkdə mühüm rol oynayıb. İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri də Bakı-Tehran xəttində münasibətlərin yüksək səviyyəsindən və tərəflər arasında həll edilməyəcək məsələnin olmadığından xəbər verir.

“Əziz qardaşım”. Liderlərin mətbuat konfransında bir-birinə bu ifadə ilə xitab etməsi də iki ölkənin dərin bağlarından qaynaqlanır. Səfər çərçivəsində əldə olunan razılaşmalar və prezidentlərin verdiyi mesajlar Azərbaycan-İran münasibətlərinin müsbət perspektivləri fonunda diqqət çəkdi.

Prezident İlham Əliyev və Prezident Məsud Pezeşkian Birgə Bəyanat imzaladı. Belə bir sənədin imzalanması Azərbaycan-İran münasibətlərində anlaşılmazlıqları tamamilə kənara qoymaq və düz xəttə çıxmaq baxımından önəmlidir. Bununla yanaşı, iki ölkə arasında imzalanan digər sənədlər əməkdaşlıq istiqamətlərini də müəyyənləşdirdi.

- Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılacaq;
- Nəqliyyat dəhlizləri birgə ikişaf etdiriləcək və bu, həm regionun inkişafına mühüm töhfə verəcək, həm də hər iki ölkəyə mühüm dividentlər qazandıracaq;
- Dənizçilərin hazırlanması birlikdə həyata keçiriləcək: bu, Xəzər dənizində peşəkar fəaliyyətin təşkili baxımından əhəmiyyətlidir;
- Mədəniyyət sahəsində əməkdaşlıqı inkişaf etdiriləcək;
- İki ölkənin mediası arasında əlaqələr gücləndiriləcək: bu, ikitərəfli münasibətlərə zərər vuran dezinformasiyaların qarşısının alınmasına və informasiya müharibəsində səylərin birləşdirilməsinə töhfə verəcək;

Prezident İlham Əliyev bəyan etdi ki, danışıqlar zamanı önəmli məsələlər müzakirə olunub: “Bu gün apardığımız danışıqlar və fikir mübadiləsi əsnasında bir çox önəmli məsələlər haqqında söhbət etdik, fikirlərimizi bildirdik, Azərbaycan-İran strateji münasibətlərini bir daha təsdiqlədik. Biz bütün məsələlərə səmimi şərait əsnasında öz fikirlərimizi bildirmişik. Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır və çalışır. Hörmətli Prezidentin böyük heyətlə Azərbaycana gəlməsi və bu gün bir çox önəmli sənədlərin imzalanması, o cümlədən prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha bizim xoş niyyətimizi göstərir, onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq”.

Prezident Məsud Pezeşkian ortaq dəyərlərə ürəkdən bağlı olduqlarını bildirdi.

“Bizim bu bölgədə mədəniyyət, din, etiqad, siyasət kimi bütün bu sahələrdə həddindən artıq oxşar cəhətlərimiz var. Bununla fəxr edirik. Bunlara ürəkdən bağlıyıq. Çalışacağıq ki, bundan sonra da bu müştərək dəyərlər əsasında münasibətlərimizi davam etdirək. Biz bir çox sahələrdə əldə edilmiş təcrübə ilə bölüşə bilərik. Bu bölgədə bazarlarımızdan birgə istifadə edə bilərik. Bu gün əldə edilmiş razılaşmalara, imzalanmış sənədlərə əsasən, hörmətli Prezident İlham Əliyev müəyyən müddət çərçivəsində gələcək üçün strateji planın hazırlanması haqqında müvafiq nazirlərə, məsul şəxslərə göstəriş vermişdir. Biz də öz tərəfimizdən xarici işlər nazirinə tapşırıq verdik ki, hökumətlə razılaşdırıb, bu addımları davam etdirsin. Çalışacağıq ki, gələcək üçün geniş, əhatəli və daha yaxşı strateji planımız olsun”, - İran prezidenti vurğuladı.

Prezidentlərin çıxışından məlum oldu ki, iki ölkə arasında inkişaf etdirilməsi vacib olan istiqamətlər müəyyənləşdirilib və bununla bağlı konkret tapşırıqlar verilib.

Bütün bunlar bir vacib məqamı ön plana çıxarır: Azərbaycan-İran münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə qalxması üçün heç bir maneə yoxdur. Əksinə, hər iki tərəfdə bununla bağlı siyasi iradə və kifayət qədər potensial mövcuddur. Azərbaycan-İran əlaqələrinin tarixi də belə bir zərurəti ön plana çıxarır.

İki ölkə arasında münasibətlər ulu öndər Heydər Əliyev tərəfindən yüksək səviyyəyə qaldırılıb. 1990-cı illərin ağır şərtlərində Heydər Əliyev mehriban qonşuluq prinsipinə söykənən siyasət yürüdürdü və İranla sıx təmaslar məhz o dövrdən qurulub. İki ölkənin bir-birinin yanında olması, çətin günlərdə verilən qarşılıqlı dəstəyin təməli də həmin illərdə qurulan münasibətlərə dayanır. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev də İranla münasibətlərə daim xüsusi əhəmiyyət verib.

Prezident İlham Əliyevin İranla münasibətlərdə həyata keçirdiyi siyasəti bir neçə kontekstdə dəyərləndirmək olar.

Birincisi, bir-birinin daxili işlərinə qarışmamaq, mehriban qonşuluq prinsipinə uyğun dinc və yanaşı yaşamaq.

Rəsmi Bakının siyasəti daim bu prioritetə əsaslanıb. Bəzən İranda müəyyən dairələrin ikitərəfli münasibətlərə zərbə vurmaq məqsədi daşıyan fikirləri səslənsə də, Azərbaycan rəhbərliyi həmişə səbr nümayiş etdirib. Ən mühüm məqam isə Azərbaycanın İrana qarşı beynəlxalq müstəvidə atılan addımlara heç vaxt dəstək verməməsi, hətta təzyiqlə üzləşsə belə anti-İran sanksiyalarına qoşulmamasıdır. İki ölkənin əlaqələrinə üçüncü dövlətlərin müdaxiləsinin yolverilməzliyi də Azərbaycanın siyasi prioritetlərindən olub.

İkincisi, regional əməkdaşlıq platformalarının yaradılması və bölgədə əməkdaşlığa töhfə vermək.

Prezident İlham Əliyevin bu istiqamətdə mühüm təşəbbüsləri var.

- Azərbaycan-İran-Türkiyə üçtərəfli formatı;
- Azərbaycan-İran-Rusiya üçtərəfli formatı;

Hər iki format çərçivəsində həm liderlərin Zirvə görüşləri, həm də müxtəlif səviyyəli rəsmilərin sıx təmasları üçtərəfli əlaqələrin inkişafında və regionun gələcəyinin inşasında əhəmiyyətli rol oynayıb. Bu cür əməkdaşlıq formatlarının təşəbbüskarı olan Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsindən sonra “3+3” formatını – Azərbaycan, İran, Türkiyə, Rusiya, Gürcüstan, Ermənistan – irəli sürdü. Bu formatda əməkdaşıqlar regional sabitliyə, eləcə də region ölkələri arasında siyasi-iqtisadi əlaqələrin inkişafına xidmət edir.

Üçüncüsü, beynəlxalq platformalarda əməkdaşlıq.

Azərbaycan və İran beynəlxalq təşkilatlarda ortaq mövqe sərgiləyir. Eyni zamanda, müxtəlif təşkilatlarda sıx əməkdaşlıq mövcuddur. İslam Əməkdaşlıq Təşkilatı, D8, Şanxay Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) , ECO çərçivəsində əməkdaşlıq belə nümunələrdəndir.

Bu istiqamətləri kifayət qədər genişləndirmək olar, hərçənd, nəticə eynidir: Azərbaycan İranla münasibətlərin inkişafında və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində maraqlıdır.

Azərbaycan-İran xəttində münasibətlərin səviyyəsi və qarşılıqlı dostluq, qohumluq əlaqələri də strateji tərəfdaşlığın qurulması zərurətini aktuallaşdırır.

Təhlükəsiz sərhəd: 44 günlük müharibəyə qədər Azərbaycan-İran sərhədinin böyük bir hissəsi işğal altında idi və bu, sərhəd təhlükəsizliyinin təmin edilməsində çətinliklər yaranırdı. Vətən müharibəsində işğala son qoyulması Azərbaycan-İran sərhədinin də azad edilməsi ilə nəticələndi. Vətən müharibəsinin başa çatmasından dərhal sonra – 16 noyabr 2020-ci ildə Prezident İlham Əliyev azad olunmuş ərazilərdə məhz Xudafərin körpüsünü ziyarət etdi və onu “Dostluq körpüsü” adlandırdı. Bu, İranla sərhədin bərpa edildiyini və yalnız dostluğa xidmət edəcəyinin mesajı idi. Həqiqətən də belə oldu. Təsadüfi deyil ki, 12 dövlətlər quru sərhədinə malik olan İranın ən etibarlı sərhəd xətti məhz Azərbaycanladır.

Nəqliyyat şəbəkəsi: Azərbaycan və İranın tranzit imkanları iki ölkəyə potensiallarını birləşdirmək imkanı verir. “Şimal-Cənub” nəqliyyat dəhlizi Rusiya-Azərbaycan-İran-Hindistan marşrutu üzrə nəhəng tranzit şəbəkəsini yaradır. Araz çayının üzərindən keçən və “Araz dəhlizi” adlanan Kəlalə-Ağbənd layihəsi - Kəlalə-Ağbənd-Cəbrayıl-Füzuli-Ağdam-Yevlax-Gəncə-Tbilisi-Batumi marşrutu Far Körfəzi-Qara dəniz layihəsinin mühüm komponentlərindən biri ola bilər. Rəşt-Astara dəmiryolunun tikintisi, Azərbaycanın dəmiryolu infrastrukturunu yeniləməsi də regional nəqliyyat şəbəkəsində əhəmiyyətli yerə malikdir.

Enerji bazarı: Azərbaycan-İran xəttində ən mühüm potensialdan biri də energetika sahəsində əməkdaşlıqdır. Bu əməkdaşlıq həm də İran, Azərbaycan və Rusiyanın regional enerji bazarı yaratmasına, bu yolla enerji mübadiləsini həyata keçirməsinə imkanlar yaradır.

Bütün bunlar Azərbaycan-İran strateji tərəfdaşlığının mühüm istiqamətləridir. Bununla yanaşı, iki ölkə arasındakı ticarət dövriyyəsinin artırılması da prioritet olmalıdır. Çünki Azərbaycan-İran ticarət dövriyyəsi Azərbaycan-Türkiyə və Azərbaycan – Rusiya ticarət dövriyyəsindən geri qalır. Ticarət dövriyyəsi 2022-ci ildə 426 milyon dollar, 2023-cü ildə 402 milyon dollar, 2024-cü ildə isə 647 milyon dollar olub. İki ölkənin potensialı bu həcmin artırılmasına imkanının geniş olduğunu təsdiq edir.

Pezeşkianın Bakı səfəri və verilən müsbət mesajlar iki ölkə arasında yeni mərhələnin başlandığını göstərdi. Bu mərhələdə ticarət dövriyyəsinin artırılması da daxil olmaqla, müxtəlif sahələrdə əməkdaşlığın ən yüksək səviyyəyə çatdırılacağı gözləntiləri böyükdür.

Oxunub: 163
Paylaş:
Digər xəbərlər

Xəbərlər

29-04-2025, 16:19

Pezeşkianın tarixi Bakı səfərinin şifrələri – Nələr yaşanır?

Xəbərlər

12-02-2025, 10:25

Əliyevdən Xameneiyə xüsusi mesaj – Pezeşkian Bakıda buna cəhd edə bilər

Xəbərlər

20-12-2024, 16:05

Əliyevdən İran prezidentinə: Bu tarixi qərar...

Xəbərlər

30-11-2024, 17:42

Pezeşkian Azərbaycan və Türkiyə ilə oyun oynadı – Yanlış addımın cəzası…

Xəbərlər

16-06-2019, 13:23

Azərbaycan, Rusiya və İran prezidentlərinin növbəti görüşünün tarixi açıqlandı

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?
Ən böyük körpü nə vaxt istifadəyə veriləcək? – Prezident açıqladı
Paşinyandan ermənilərə ŞOK XƏBƏRDARLIQ: Sentyabrda “dağıdıcı müharibə” başlayacaq
Yüksək xolesterolun gizli səbəbləri açıqlandı
Hörmüz bağlandı, böhran başladı: dünya yeni təhlükənin astanasında
Pezeşkiandan xəbərdarlıq: İranı yox etmək fikri...
Son xəbərlər
  • Bu gün, 15:00
    Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?
  • Bu gün, 14:48
    Ən böyük körpü nə vaxt istifadəyə veriləcək? – Prezident açıqladı
  • Bu gün, 13:08
    Paşinyandan ermənilərə ŞOK XƏBƏRDARLIQ: Sentyabrda “dağıdıcı müharibə” başlayacaq
  • Bu gün, 12:04
    Yüksək xolesterolun gizli səbəbləri açıqlandı
  • Bu gün, 11:08
    Hörmüz bağlandı, böhran başladı: dünya yeni təhlükənin astanasında
  • Bu gün, 10:46
    Pezeşkiandan xəbərdarlıq: İranı yox etmək fikri...
  • Bu gün, 09:02
    Təzə soğan kimlərə olmaz? - Həkim açıqladı
  • Dünən, 22:45
    Musiqi dinləməyin 4 faydası
  • Dünən, 21:26
    Yuxu keyfiyyətini pozan əsas səhvlər
  • Dünən, 20:11
    İran ABŞ və İsraildən təzminat tələb etdi
  • Dünən, 18:49
    Ağız qoxusuna görə hansı həkimə getməli?
  • Dünən, 17:33
    NATO lideri Hörmüz boğazı ilə bağlı Trampa müraciət etdi
  • Dünən, 15:18
    Adi baş ağrısı ilə beyin şişi arasındakı fərqlər
  • Dünən, 14:20
    Pezeşkiandan xəbərdarlıq: İranı yox etmək fikri...
  • Dünən, 12:55
    Yaddaşı gücləndirmək üçün hansı qidalar faydalıdır?
  • Dünən, 11:32
    ABŞ-nin yeni silahı İranı təşvişə saldı - Saniyələr içində...
  • Dünən, 10:24
    İran müharibədə görünməmiş addım atdı – Pərdəarxası detallar üzə çıxdı
  • Dünən, 09:08
    Ramazandan sonra bunu etməyin - Xəbərdarlıq
  • 21-03-2026, 22:21
    3 bürc üçün 35 günlük "xaos" dövrü başladı
  • 21-03-2026, 21:08
    Bu vərdiş narahatlıq riskini artırır
  • 21-03-2026, 20:44
    ABŞ F-35-ni kim vurdu: İran, İsrail, Çin, Rusiya, yoxsa özü?
  • 21-03-2026, 19:22
    Türkiyədən Suriya açıqlaması: Şiddətlə qınayırıq!
  • 21-03-2026, 18:41
    Başgicəllənmə bu xəstəliyin əlamətidir
  • 21-03-2026, 17:34
    Ukrayna nümayəndə heyəti ABŞ-a gəldi – Səbəb
  • 21-03-2026, 16:16
    Mükafatın ləğvi və vahid maaş modeli: Yeni sistemin hansı üstünlükləri var?
  • 21-03-2026, 15:27
    Ən zərərli çörək növü açıqlandı: Almazdan əvvəl iki dəfə düşünün
  • 21-03-2026, 14:49
    Uşaqların başlatdığı davaya ailələr də qoşuldu: 3 ölü, 22 yaralı
  • 21-03-2026, 13:00
    Erməni arxiyepiskop KQB agenti olub - Şok iddia
  • 21-03-2026, 12:37
    Nahardan sonra yuxu gəlirsə, bunları edin
  • 21-03-2026, 11:57
    Türkiyə 23 il əvvəl ABŞ-ın təklifini niyə rədd etdi? – Metyu Brayza detalları açır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə