• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Gecələr çığırmaq və əl-qol atmaq təhlükəli xəstəliyin əlaməti ola bilər
“Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi
Miqrant qalmaqalının pərdəarxası: Niyə İspaniyanın Afrikada torpaqları var?
Hansı idman növləri bel üçün zərərlidir? - Ortoped açıqladı
8 ölkə İsraillə bağlı birgə bəyanat yaydı
İrandan Fars körfəzi ölkələrinə xəbərdarlıq: ABŞ hücum etsə, enerji obyektləriniz vurulacaq
Şişkinlikdən çənə ağrısına qədər: Ürək problemlərinin 6 ilkin əlaməti
Pezeşkianın istefası ilə bağlı açıqlama: Dərhal Xameneidən üzr istənilməlidir
Azərbaycan da mövqeyini dəyişəcək - Çepa
Dişlərinizi yeməkdən dərhal sonra fırçalamayın
ABŞ və İran danışıqlarında həlledici mərhələ: Razılaşma yaxındır
Rusiyaya pul köçürmələri niyə dayandırıldı? - Rəsmi
Qaragilənin az bilinən faydaları
Diqqəti maqnit kimi özünə çəkən 3 bürc
Gənclər arasında artan böyrək xərçənginin yeni simptomları
Zelenski Azərbaycana təşəkkür etdi
İspanlar Mərakeşi ittiham edir: Miqrantlarla hökumətə təzyiq göstərir
Dırnaqlardakı bu xətlər ürək problemlərini göstərə bilər
Rusiya qalib gələrsə, Putin xalqa görün nə paylayacaq
Bakıdan tarixi müdaxilə: Netanyahu son anda dayandı – Prosesin gizlinləri
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Moskvadan İrəvana zəng: Putinin Zəngəzur dəhlizi təklifinə Paşinyanın cavabı

Xəbərlər

26-08-2024, 13:02

Moskvadan İrəvana zəng: Putinin Zəngəzur dəhlizi təklifinə Paşinyanın cavabı


Xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Seyid Abbas Əraqçiyə zəng edib. Məqsəd İranın yeni təyin olunan xarici işlər naziri ilə ilk təmasın yaradılmasıdır. İki gün öncə İrəvandan Tehrana eyni məqsədlə zəng edilmişdi, hərçənd, Ararat Mirzoyanın zəngi Putinin Paşinyanla telefon danışığı fonunda xüsusilə diqqət çəkdi. Və istisna deyil ki, Mirzoyan Əraqçini təbrik etməklə yanaşı, Rusiyanın təzyiqi qarşısında regional dəstəyin davam etdirilməsini də istəyib.

Putin Bakıda verdiyi vədə uyğun olaraq, Moskvaya qayıdan kimi Paşinyana zəng etdi və Əliyevlə danışıqlarla bağlı onu məlumatlandırdı. Bakı-Moskva-İrəvan diplomatik trafikində Rusiyanın hədəfi bəllidir: həm sülh danışıqlarında, həm də bu danışıqların alt bəndlərində – sərhədin delimitasiyası, kommunikasiyanın açılması – arxa plana keçmiş iştirakçılığını aktuallaşdırmaq;

Kremlin rəsmi məlumatında da qeyd olunur ki, Putin Paşinyana Rusiyanın Ermənistan və Azərbaycana sülh müqaviləsinin hazırlanmasında, sərhədlərin demarkasiyası və delimitasiyasında, həmçinin, nəqliyyat və logistika əlaqələrinin açılmasında yardım etməyə hazır olduğunu deyib.

Əsas diqqətçəkən məqam telefon danışığı ilə bağlı İrəvanın rəsmi məlumatının fərqli olmasıdır. Rəsmi məlumatdan aydın olur ki:

– Paşinyan Putinin sülh danışıqlarının Moskvada davam etdirilməsi istəyini qəbul etməyib;

– Nəqliyyat və logistika əlaqələrinin Rusiyanın iştirakı ilə (Zəngəzur dəhlizində FTX-nin dayanması) açılması məsələsinə qayıdışı qəbul etməyib;

Bu, regionda, xüsusilə Zəngəzur dəhlizi ətrafında intirqaları kəskinləşdirir. Putinin Bakı səfəri ərəfəsində Rusiya Xarici İşlər Nazirliyinin verdiyi açıqlamalar da bundan qaynaqlanırdı. Sergey Lavrov kommunikasiyanın açılmamasına görə Ermənistanı ittiham etdi, onun sözçüsü Zaxarova isə bir qədər də irəli gedərək, regionda kommunikasiyanın açılması üzrə Üçtərəfli İşçi Qrupunun danışıqlarındakı detalları açıqladı:

– 2023-cü ilin 2 iyununda əldə olunan razılaşmaya görə, kommunikasiyanın açılmasında İrəvanın istədiyi “suverenlik prinsipi” qorunur, Azərbaycandan Naxçıvana gedən yüklər və sərnişinlər FTX tərəfindən müşaiyət olunur;

– bu, “Kalininqrad dəmir yolu” modelinin rus variantı üzrə tətbiqi deməkdir; bu model ilk dəfə Brüssel danışıqlarında gündəmə gəlib, kommunikasiyanın açılmasında Rusiyanın iştirakını bloklamaq istəyən Qərb Bakının da maraqlarının təmin edilməsi üçün Naxçıvana çıxışda “Azərbaycandan Azərbaycana prinsipi”nin müzakirə masasına daxil edilməsinə razılaşıb;

– görünür, dəhlizin 10 noyabr razılaşmasının 9-cu bəndinə uyğun açılmasının çətin olduğunu, xüsusilə Qərbin önə çıxdığını anlayan Moskva da eyni prinsipin FTX-nın iştirakı ilə reallaşmasını irəli sürüb və Zaxarovanın açıqlamasına görə, razılaşdırılıb da, hərçənd, İrəvan razılaşmanın praktiki müstəvidə işə düşməsinə imkan verməyib, çünki bunu təkcə Paşinyan yox, onun Qərb tərəfdaşları da istəmir;

Putinin Paşinyandan istəyi budur, həm Bakının, həm İrəvanın maraqlarına uyğun ortaq mövqeyin tapılması – Naxçıvana maneəsiz keçidin “Azərbaycandan Azərbaycana prinsipi” üzrə açmaq və rusların dəhlizdə mövcudluğunu təmin etmək, nəticədə regiondankənar oyunçuları oyundan çıxarmaq. İrəvanın telefon danışığı ilə bağlı açıqlaması Putinə diplomatik dillə “yox” cavabının verildiyini deməyə əsas verir.

Bu məqam Bakının maraqları fonunda Rusiya təzyiqinin İrəvana yönəlməsi baxımından sərfəlidir. Azərbaycan Moskvada danışıqların davam etdirilməsinə hazır olduğunu bəyan etdi, eyni zamanda, kommunikasiyanın FTX-nin iştirakı ilə açılması Bakının Naxçıvana çıxış əldə etmək planına zidd deyil. Bakı diplomatik manevrlə məsələni Moskva-İrəvan xəttinə yönəldir və Rusiyanın Ermənistana təzyiqinə zəmin yaradır. Mövcud vəziyyətdə nəqliyyat dəhlizlərinin Rusiya üçün həyati əhəmiyyətini nəzərə alanda İrəvana təzyiqin güclənəcəyi görünür. Putin-Paşinyan danışığından bir neçə saat sonra Mirzoyanın Tehrana zəngi də yaranmış vəziyyəti İrana izah etmək və regional müstəvidə dəstək əldə etmək məqsədi daşıyırdı.

Ermənistan Rusiya təzyiqinə qarşı İranla yanaşı, Qərb qüvvələrinin bölgədə möhkəmləndirilməsi işini də sürətləndirəcək. Bu məqsədlə Azərbaycanla sərhəddə təxribat hücumlarının genişlənəcəyi istisna edilməməlidir.

Oxunub: 275
Paylaş:
Digər xəbərlər

Xəbərlər

20-08-2024, 19:32

Putin Əliyevlə Paşinyanı Moskva masasına qaytara biləcək? - Bakının həmləsi

Xəbərlər

27-12-2023, 15:28

Abdullahian Bayramovla danışandan sonra İrəvana nə aparıb?

Xəbərlər

28-08-2021, 10:09

Putindən Paşinyana gecəyarısı zəng: ruslar niyə NARAHATDIR?

Xəbərlər

20-05-2021, 09:23

Putin Əliyevə və Paşinyana niyə zəng etdi, Rusiya Qarabağda nə istəyir? - DETALLAR ÜZƏ ÇIXDI

Xəbərlər

3-04-2021, 22:19

Azərbaycanın addımı Rusiyanı HƏRƏKƏTƏ KEÇİRDİ

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Gecələr çığırmaq və əl-qol atmaq təhlükəli xəstəliyin əlaməti ola bilər
“Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi
Miqrant qalmaqalının pərdəarxası: Niyə İspaniyanın Afrikada torpaqları var?
Hansı idman növləri bel üçün zərərlidir? - Ortoped açıqladı
8 ölkə İsraillə bağlı birgə bəyanat yaydı
İrandan Fars körfəzi ölkələrinə xəbərdarlıq: ABŞ hücum etsə, enerji obyektləriniz vurulacaq
Son xəbərlər
  • Dünən, 21:10
    Gecələr çığırmaq və əl-qol atmaq təhlükəli xəstəliyin əlaməti ola bilər
  • Dünən, 20:25
    “Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi
  • Dünən, 19:32
    Miqrant qalmaqalının pərdəarxası: Niyə İspaniyanın Afrikada torpaqları var?
  • Dünən, 18:46
    Hansı idman növləri bel üçün zərərlidir? - Ortoped açıqladı
  • Dünən, 17:26
    8 ölkə İsraillə bağlı birgə bəyanat yaydı
  • Dünən, 16:10
    İrandan Fars körfəzi ölkələrinə xəbərdarlıq: ABŞ hücum etsə, enerji obyektləriniz vurulacaq
  • Dünən, 15:37
    Şişkinlikdən çənə ağrısına qədər: Ürək problemlərinin 6 ilkin əlaməti
  • Dünən, 14:44
    Pezeşkianın istefası ilə bağlı açıqlama: Dərhal Xameneidən üzr istənilməlidir
  • Dünən, 13:19
    Azərbaycan da mövqeyini dəyişəcək - Çepa
  • Dünən, 12:21
    Dişlərinizi yeməkdən dərhal sonra fırçalamayın
  • Dünən, 11:33
    ABŞ və İran danışıqlarında həlledici mərhələ: Razılaşma yaxındır
  • Dünən, 10:22
    Rusiyaya pul köçürmələri niyə dayandırıldı? - Rəsmi
  • Dünən, 09:00
    Qaragilənin az bilinən faydaları
  • 6-08-2026, 22:22
    Diqqəti maqnit kimi özünə çəkən 3 bürc
  • 6-08-2026, 21:34
    Gənclər arasında artan böyrək xərçənginin yeni simptomları
  • 6-08-2026, 20:57
    Zelenski Azərbaycana təşəkkür etdi
  • 6-08-2026, 19:35
    İspanlar Mərakeşi ittiham edir: Miqrantlarla hökumətə təzyiq göstərir
  • 6-08-2026, 18:17
    Dırnaqlardakı bu xətlər ürək problemlərini göstərə bilər
  • 6-08-2026, 17:10
    Rusiya qalib gələrsə, Putin xalqa görün nə paylayacaq
  • 6-08-2026, 16:03
    Bakıdan tarixi müdaxilə: Netanyahu son anda dayandı – Prosesin gizlinləri
  • 6-08-2026, 15:44
    Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
  • 6-08-2026, 14:26
    NATO-dan iki postsovet ölkəsinə pis xəbər – Gözlənilən olmadı
  • 6-08-2026, 13:48
    Paşinyan bu 6 nəfəri öz tərəfinə çəkir – Bakı hansı qərarı verəcək?
  • 6-08-2026, 12:33
    Sümükləri möhkəmləndirən qidalar
  • 6-08-2026, 11:39
    Bakıda yağış yağacaq - Bu tarixdə
  • 6-08-2026, 10:41
    Şimali Koreya Rusiyaya 120 ballistik raket yerləşdirib - Ukraynanı vuracaq
  • 6-08-2026, 09:08
    Bu 3 içki bədəndə suyu daha uzun saxlayır
  • 5-08-2026, 22:14
    Ölü qalaktikadan gələn sirli siqnal: Yerdən 2 milyard işıq ili uzaqlıqda yerləşir
  • 5-08-2026, 21:30
    Bu menopauza əlamətlərini ağırlaşdıra bilər
  • 5-08-2026, 20:51
    45 ölkə, milyonlarla insan risk altında – BMT xəbərdarlıq etdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə