Rəsmi Tiflis indiki kursunu davam etdirsə, Avropa Birliyi (AB) Gürcüstana qapılarını bağlayacaq.
Teleqraf.com xəbər verir ki, bunu AB-nin xarici siyasət xidmətinin rəhbəri Jozef Borrel deyib.
“Hələlik Avropa Birliyinin qapıları Gürcüstanın üzünə açıqdır. Amma hökumət indiki kursunu davam etdirsə, o qapılar bağlanacaq”, - avropalı diplomat vurğulayıb.