Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlundan qazandığı 65 min lirəlik mənəvi təzminatı Qəzzada kimsəsiz uşaqlara xərclənməsi üçün Türk Qızıl Aypara Cəmiyyətinə bağışlayıb.
Publika.az xəbər verir ki, Ərdoğan 26 yanvar 2021-ci ildə Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısındakı çıxışında şəxsi hüquqlarını pozduğunu əsas gətirərək, Kılıçdaroğlunu vəkili Hüseyn Aydın vasitəsilə mənəvi ziyana görə məhkəməyə vermişdi. Məhkəmə Kılıçdaroğluna 65 min lirə mənəvi təzminat cəzası verib.
Yerli məhkəmənin qərarını araşdıran Ankara Regional Ədliyyə Məhkəməsinin 25-ci Mülki İşlər Palatası qərarı qanuni bilib.
Vəkil Hüseyn Aydın bildirib ki, qərar yekunlaşdıqdan sonra prezident Ərdoğan Kılıçdaroğlundan qazandığı 65 min lirəlik mənəvi təzminatı Qəzzalı yetimlərə xərclənmək üçün Türk Qızıl Ayparasına bağışlayıb.
Nəzrin