• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
BMT: 2025-ci ildə qanunsuz miqrasiya zamanı təxminən 8 min insan həlak olub
Sülh danışıqlarında ABŞ-ı o təmsil edəcək
Səhər oyananda 10 dəqiqə pəncərə qarşısında dayanın
Alimlərdən inqilabi kəşf: İnsan bu qabiliyyətlə doğulur
Təzyiq, şəkər, insult xəstələri üçün – İdarəedici qidalar
İki ölkədən Zelenskiyə sensasion təklif: Status dəyişəcək, amma icazə verilməyəcək
ABŞ-dan İrana qarşı “İraq gedişi” - Nağd dollar axını dayandırıldı
Qırmızı sifət – Ürəyin xəstə olduğunu göstərir
17 min hərbçi meydanda: 5 ölkə prosesə qoşuldu – İranla bağlı yeni vəziyyət
Ukrayna sərhədə qoşun yığır: Belarusa hücum başlayır?
Qaraciyər yağlanmasını necə tərsinə çevirmək olar?
İrandakı müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsiri…
Paşinyanın Qarabağ planının detalları: Hədəf müəyyənləşdi, “kart” işləməyəcək
Bu çay xərçəng xəstələrində ölümü sürətləndirə bilər
Əlilliyin təyini ilə bağlı imtina alan şəxslərə xəbər var
ABŞ-ın blokadası nə vaxta qədər davam edəcək?
Ürək tutması, yoxsa panik atak? - Oxşar əlamətlər, təhlükəli nəticələr
Bu yuxu pozası bel və ürəyə zərər verir
Revmatizm hansı xəstəliklərlə qarışdırılır? Həkimdən vacib izah
Trampın "yaxşı ideya"sı İŞƏ YARADI - ABŞ atəşkəs dövründə...
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Hərbi xidmətə çağırışda YENİLİK - Yararsızlar üçün PİS XƏBƏR

Xəbərlər

12-09-2023, 10:51

Hərbi xidmətə çağırışda YENİLİK - Yararsızlar üçün PİS XƏBƏR


Ötən həftə Prezident İlham Əliyev hərbi xidmətə çağırışla bağlı olduqca vacib fərman imzalayıb. Yeni qaydalara əsasən, çağırışçıların yekun tibbi müayinəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılacaq.

Ölkə qanunvericiliyinə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər. İndiyədək bu vəzifəni Səfərbərlik Xidmətinin nəzdində olan hərbi həkim komissiyası həyata keçirirdi. Vətəndaşın həqiqi hərbi xidmətə yararlı olub-olmamasını bu qurum aydınlaşdırırdı.

Fərmanda nəzərdə tutulan müddəalar 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək. Həmin yekun tibbi müayinə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hərbi həkim komissiyalarının tibbi müayinə nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparılacaq. Nazirlər Kabinetinə və Nazirliyə qeyd olunanlarla əlaqədar bir sıra tapşırıqlar verilib.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi Pərviz Sədrəddinov mətbuata verdiyi açıqlamada bildirib ki, 6 ay ərzində fərmanın icrasını təmin etmək məqsədilə işçi qrup yaradılacaq və texniki məsələlər həll ediləcək. "Nəticədə, həm müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yararlılığının müəyyən edilməsi prosesi daha rahat həyata keçiriləcək, həmçinin bu sahədə şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması əldə ediləcək", - o deyib.

Qeyd edək ki, əvvəllər yekun tibbi müayinə zamanı bir çox korrupsiya və rüşvətin olması barədə iddialar səsləndirilirdi. Qeyd olunurdu ki, çağırışçılar müxtəlif yollarla "neqodnı" (yararsız) hərbi bilet əldə edirdi. Yeni fərmanın bu kimi halları aradan qaldıracağı gözlənilir.

Fərman daha hansı yeniliklərə səbəb olacaq?

Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib ki, çağırışçıların tibbi müayinəsinin bir mərkəzdən edilməsi çox yerində qərardır:

"Hesab edirəm ki, bu dövrlər ərzində gedən bütün dəyişikliklər, islahatlar zərurətdən irəli gələn məsələləri ortaya çıxarır. O cümlədən, bundan qabaq demişdim ki, əlilliyin müəyyənləşdirilməsi ilə bağlı tibbi müayinə də birləşdirilməlidir. Əlilliklə bağlı bir təşkilatın verdiyi rəylə, digər bir təşkilatın verdiyi rəy fərqlənirdi. Bunların arasında yaşanan məsələlərdə əziyyət çəkən vətəndaş olur. O baxımdan yoxlama və əlilliyin müəyyənləşməsi bir qurumda olmalıdır. Bu baxımdan cənab Prezident çox düzgün olaraq bu sərəncamı verdi. Əgər əlilliyin müəyyən edilməsi ƏƏSMN-in səlahiyyətindədirsə, yoxlamanı da onlar keçirməlidir. Dərhal çağırışçıyla bağlı qərar veriləcək. Yararsızdırsa, dərhal ona əlillik dərəcəsi müəyyən olunmalıdır. Burada çəki, boy kimi müxtəlif məsələlər var. Gələcəkdə, əlillik dərəcələrinin verilməsi də bir yerə yığılmalıdır ki, vətəndaşlarımız əziyyət çəkməsin. Bir idarəyə gedən vətəndaş sənədlərini təqdim etdikdə, dərhal barəsində verilən qərarla bağlı sənədi alıb getməlidir. Bu idarə, o idarə gəzmək olmur. İnsanların sağlam şəkildə orduda xidmət etməsi üçün çox böyük addımlar atılacaq".

Deputat vurğulayıb ki, bundan sonra korrupsiya və rüşvət hallarına rast gəlinməyəcək:

"Mən 10 il hərbi səfərbərliklə əlaqədar olaraq, dövlət komissiyasının üzvü olmuşam. Onda mən Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvüydüm. Parlamenti komissiyada təmsil edirdik. Bizə daxil olan ərizə və şikayətlərə yoxlayırdıq. Yerindəcə məsələlər həll olunurdu. O cümlədən çağırışçıların yararlılığı, yararsızlığı protokollaşdırılırdı. Sonradan o struktur ləğv olundu. Bütün nazirliklərin nümayəndələri burada iştirak edirdi. Ondan sonra qərar verildi ki, bu ancaq regional çağırış idarələrinin səlahiyyətinə daxil olsun. Onlardan da şikayətlər var idi. Neqativ olmayan şikayətlər də vardı. Onlarla şəxs hərbi xidmətə getmək istədiyini lakin buna icazə verilməməsi ilə bağlı müraciət edirdi. Bizim o qədər gənclərimiz var ki, hərbi xidmətə getməyə görə şikayət edirdi. Çəkisi artıq olmasına baxmayaraq bunu istəyirdi. Elə olurdu ki, 200 şikayət alırdıq. Bu məsələnin bir mərkləzdən dəqiqləşdirilməsi Azərbaycan əsgərinə dəstəkdi".

Hərbi ekspert Ədalət Verdiyev isə vurğulayıb ki, çağırışçıların ƏƏMSN tərəfindən yoxlanılması olduqca müsbət qərardır:

"Azərbaycanda uzun 10 illiklər boyu əvvəlcə hərbi komissarlıqda, sonra Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti adlanan qurumun bölmələrində bir sıra neqativ hallar vardı. Bu, heç kəsə sirr deyil. Yəni valideyn Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli əməkdaşı və hansısa həkim arasında üçbucaq yaradılmışdı. Burada bəlli bir vəsait qarşılığında sağlam olduqları halda çağırışçılar xidmətdən yayındırıla bilirdi. Adətən elə bir xəstəlik təyin olunurdu ki, daha sonra sağalma olsun. Bunu da çağırışçını başqa qurum yoxladıqda onlara cavab verə bilsinlər deyə edirdilər. Yəni onlara niyə yararsız yazdıqları soruşulduqda müalicə alıb sağalıb deyə bilirlər. Bəzən də sağlamlığı yerində olmayan əsgərlər xidmətə göndərilirdi. Belə hallara da rastlaşırdıq və şikayətlər də kifayət qədər çox idi. Görünür, cənab Prezident İlham Əliyev də bu məsələlərdən xəbərdar oldu. Şükürlər olsun ki, bunun da bir əncamı tapıldı. Burada 4 kateqoriya var: yararlı, məhdud yararlı, sülh dövründə və müharibə dövründə yararlı. Bütün bu yararlılıq dərəcələrini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təyin edəcək.

Bu qurumla ən azı 3 ildir ki, yaxın təmasdayam. Qurumdan şikayətlər kifayət qədər çoxdur. Bu da əvvəlki kimi rüşvət olmadığına görə, bir də süründürməçiliklə əlaqədardır. Bu şikayətlər əsasən rüşvətlə yox, süründürməçiliklə bağlıdır. Məsələn, yaralanıb əlillik dərəcəsi alan insan növbəti komissiyanın vaxtını qaçırır. Vətəndaşa 3-5 ay sonra əlilliyin vaxtının bitəcəyi ilə bağlı məlumat verilmir. Bu neqativ hal da aradan qaldırılıb. 3 ildə bir dəfə də olsun korrupsiya və rüşvətlə bağlı bir fakta rast gəlmədim. Əvvəlki nazirin vaxtında heç kəs narazı deyildi. Çünki rüşvət verəndə, alanda narazı deyildi. İndi müəyyən səbəblərdən müvafiq şəxslərin əllilik dərəcəsinin ləğv edilməsi şikayətlərin əsas səbəbidir. Onların içərisində saxta olanları da var. Eyni zamanda həqiqətən yaralanan, lakin bugünkü meyarlara görə əlilliyə uyğun gəlməyənlər də var. Həmin şəxsləri məhkəməyə getməyə çağırıram. Bəzilərinin buna vaxtı, bəzilərinin isə maddi imkanı çatmır. Çünki bu da bəlli vəsaitlər tələb edir".

Hərbi ekspert ƏƏMSN-dən böyük ümidlərin olduğunu söyləyib:

"İndi ən azından ümidlərimiz var ki, ƏƏMSN Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi daha da obyektiv olacaq. Ən azından rüşvət və korrupsiya ilə bağlı şikayətləri eşitməyəcəyik. Bir də əvvəlki illərdə yararsız hesab olunan, lakin hələ 35 yaşına qədər komissiyadan keçənlər olacaq. Həmin şəxslərin yoxlanışlar başlayandan sonra hərbi xidmətə göndərilməsini səbirsizliklə gözləyirəm".

Oxunub: 716
Paylaş:
Digər xəbərlər

Xəbərlər

1-10-2022, 20:13

Prezident sərəncam imzaladı: Bu şəxslər orduya çağırıldı

Xəbərlər

19-03-2022, 18:25

SON DƏQİQƏ! Səfərbərlik Xidməti məlumat YAYDI: “Mobil nömrələrinizi AKTİV SAXLAYIN”

Xəbərlər

29-03-2021, 19:26

Azərbaycanda bu şəxslər ORDUYA TOPLANIR - SMS göndərilməyə BAŞLANDI

Xəbərlər

2-03-2021, 19:20

Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

Xəbərlər

25-09-2020, 17:46

SON DƏQİQƏ: Səfərbərlik Xidməti məlumat yaydı

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
BMT: 2025-ci ildə qanunsuz miqrasiya zamanı təxminən 8 min insan həlak olub
Sülh danışıqlarında ABŞ-ı o təmsil edəcək
Səhər oyananda 10 dəqiqə pəncərə qarşısında dayanın
Alimlərdən inqilabi kəşf: İnsan bu qabiliyyətlə doğulur
Təzyiq, şəkər, insult xəstələri üçün – İdarəedici qidalar
İki ölkədən Zelenskiyə sensasion təklif: Status dəyişəcək, amma icazə verilməyəcək
Son xəbərlər
  • Bu gün, 11:26
    BMT: 2025-ci ildə qanunsuz miqrasiya zamanı təxminən 8 min insan həlak olub
  • Bu gün, 10:18
    Sülh danışıqlarında ABŞ-ı o təmsil edəcək
  • Bu gün, 09:01
    Səhər oyananda 10 dəqiqə pəncərə qarşısında dayanın
  • Dünən, 22:45
    Alimlərdən inqilabi kəşf: İnsan bu qabiliyyətlə doğulur
  • Dünən, 21:31
    Təzyiq, şəkər, insult xəstələri üçün – İdarəedici qidalar
  • Dünən, 20:34
    İki ölkədən Zelenskiyə sensasion təklif: Status dəyişəcək, amma icazə verilməyəcək
  • Dünən, 19:24
    ABŞ-dan İrana qarşı “İraq gedişi” - Nağd dollar axını dayandırıldı
  • Dünən, 18:43
    Qırmızı sifət – Ürəyin xəstə olduğunu göstərir
  • Dünən, 17:09
    17 min hərbçi meydanda: 5 ölkə prosesə qoşuldu – İranla bağlı yeni vəziyyət
  • Dünən, 16:45
    Ukrayna sərhədə qoşun yığır: Belarusa hücum başlayır?
  • Dünən, 15:45
    Qaraciyər yağlanmasını necə tərsinə çevirmək olar?
  • Dünən, 14:52
    İrandakı müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsiri…
  • Dünən, 13:35
    Paşinyanın Qarabağ planının detalları: Hədəf müəyyənləşdi, “kart” işləməyəcək
  • Dünən, 12:37
    Bu çay xərçəng xəstələrində ölümü sürətləndirə bilər
  • Dünən, 11:54
    Əlilliyin təyini ilə bağlı imtina alan şəxslərə xəbər var
  • Dünən, 10:23
    ABŞ-ın blokadası nə vaxta qədər davam edəcək?
  • Dünən, 09:09
    Ürək tutması, yoxsa panik atak? - Oxşar əlamətlər, təhlükəli nəticələr
  • 21-04-2026, 22:40
    Bu yuxu pozası bel və ürəyə zərər verir
  • 21-04-2026, 21:48
    Revmatizm hansı xəstəliklərlə qarışdırılır? Həkimdən vacib izah
  • 21-04-2026, 20:44
    Trampın "yaxşı ideya"sı İŞƏ YARADI - ABŞ atəşkəs dövründə...
  • 21-04-2026, 19:30
    İki ölkədən Bakıya qarşı arzuolunmaz addım – Planın arxasında kim dayanır?
  • 21-04-2026, 18:51
    Yatanda ayağınızı örtməyin - həkim məsləhəti
  • 21-04-2026, 17:47
    Bazarda rekord ARTIM - Neft bahalaşdı
  • 21-04-2026, 16:04
    Bakı və İrəvan arasında sülh hansı ölkədə imzalanacaq? – Sürpriz versiya
  • 21-04-2026, 15:45
    Döş qəfəsində ağrı, nəfəs darlığı, ürəkdöyünmə simptonu olanlara ciddi XƏBƏRDARLIQ
  • 21-04-2026, 14:52
    Makron: Fransa Hörmüz boğazında hədəfə alınmayıb
  • 21-04-2026, 13:43
    Vergi borcunu ödəməyənləri hansı cəza gözləyir? - AÇIQLANDI
  • 21-04-2026, 12:58
    Trixoloq mövsümi saç tökülməsinin bərpa müddətini açıqladı
  • 21-04-2026, 11:42
    Milli Məclis Avropaya açıq mesaj göndərdi: “Bu, sülh prosesinə təxribatdır”
  • 21-04-2026, 10:44
    İsrail Livanla bərabər, daha bir ölkədə işğalı genişləndirdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə