• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
İnfarkt niyə daha çox səhərlər baş verir? - Səbəbi budur
Pul xərcləyəndə qazananlar - Maliyyə baxımından ən zəkalı 3 BÜRC
Qan qrupu insult riskinə təsir edə bilər – Alimlərdən açıqlama
Tramp Aİ-ni hədələdi - Cərimələri ləğv etməsəniz...
Türkiyə bizdən 8 dəfə böyükdür, nəzərə almalıyıq
İlan sancması zamanı zəhərin özündən daha təhlükəli olan 5 SƏHV
Xəstə bağırsaqların 6 əlaməti
Netanyahu bu ölkəyə girərsə, həbs olunacaq – Rəsmən açıqlandı
İsraillə Türkiyə arasında müharibə başlayır? – Bu ölkə uğrunda toqquşma…
Əllərinizdə bu əlamətlər varsa, diqqətli olun
7 ölkə İranla savaşa girir? - Ekspert
Yunanıstanın Türkiyəyə qarşı 3,5 milyardlıq planı: 2030-cu ildə hazır olacaq
Yaddaşı gücləndirən meyvələr
İlin ikinci yarısı onlara uğur gətirəcək - 4 bürcü xoş günlər gözləyir
Uşağınız gecə yatağı isladır? - Səbəbi hər zaman tənbəllik və ya psixoloji problem deyil!
Qlobal neft tədarükü azalır - “Qara qızıl” bu qiymətə olacaq
İran ABŞ-a qarşı yeni planı işə saldı – İki ölkəyə hücumun pərdəarxası
Stomatoloq açıqladı: Bu diş problemləri irsi ola bilər
Avropa İttifaqı Rusiya idmanının əsas rəsmilərinə sanksiya tətbiq etdi
"Şimal Axını"nın partladılmasını kimin sifariş etdiyi bəlli oldu
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Rusiya-Ukrayna müharibəsi ilə bağlı DƏHŞƏTLİ PROQNOZ

Xəbərlər

25-02-2023, 14:31

Rusiya-Ukrayna müharibəsi ilə bağlı DƏHŞƏTLİ PROQNOZ


Ötən gün Rusiya-Ukrayna müharibəsinin 1 ili tamam oldu. Amma proqnozların əksi olaraq savaş hələ də davam edir, daha sərt və daha amansız...

Tərəflər bir-birinə güzəşt etməyəcək. Bunu həm Rusiya, həm də Ukrayna dövlət başçısının səsləndirdiyi bəyanatlar belə deyir. Rusiya anlayır ki, savaşı dayandırıb geri çəkilmək məğlubiyyətə bərabər olmaqla yanaşı, qarşı tərəfin kapitulyasiya aktını imzalamaq üçün irəli sürdüyü tələblərin icrası məsələsini qaçılmaz edə bilər.

Ukraynanın isə müharibəni davam etdirmək üçün bir çox səbəbləri var:

1. Əraziləri işğal edilir

2. Qərb və ABŞ hər ötən gün daha çox hərbi və maliyyə yardımları edir

3. Müharibəni dayandırmaq qərarı Vladimir Zelenskinin də sonunu tezləşdirə, aqibətini acınacaqlı edə bilər.

ABŞ və Avropadan edilən dəstəklər də Zelenskiyə "müharibəni davam etdirməlisən" mesajından başqa bir şey deyil.

Bununla bağlı 3 gün öncə ABŞ lideri Co Baydenin bir açıqlaması xüsusilə diqqət çəkdi. O, açıq şəkildə bildirdi ki, "Bilirik ki, qarşıda bizi çox çətin günlər, həftələr və illər gözləyir. Rusiya isə qarşıya məqsəd qoyub ki, Ukraynanı dünya xəritəsindən silsin".

ABŞ prezidentinin bu açıqlamada "çətin günlər" məsələsində davam edən savaşı nəzərdə tutduğunu bilsək də, "illər" sözünü niyə qeyd etməsi ilə bağlı bir dənə də olsun açıqlamaya rast gəlmədim. Co Bayden "bizi çətin İLLƏR gözləyir" deməklə Kiyevə və müttəfiqlərinə, dünya ictimaiyyətinə mesaj vermiş oldu ki, bu müharibə gözlədiyiniz kimi tez bitməyəcək.

Görünən odur ki, Amerika müttəfiqləri ilə birgə qarşısına məqsəd qoyub ki, bu savaşı gələcək illərə daşımaqla Rusiyanı tamamilə haldan salsın. Yəni müharibə tezlikdə bitməyəcək. Konkret desək müharibə hələ təzə başlayır. Baydenin açıqlamasından o nəticəyə gələ bilərik ki, ABŞ savaşın Rusiyanın çöküşü reallaşana kimi davam etməsini qarşıya məqsəd qoyub. Hətta müharibənin dayanması artıq Zelenskinin iradəsindən də asılı məsələ deyil.

Təəssüf ki, hazırda dünya yeni düzənə keçid üçün artıq çox ağır mərhələnin içərisindədir. Necə ki, 22 il əvvəl belə bir qlobal hadisə ilə dünya silkələndi. Söhbət 24 fevral 2022-ci il 11 sentyabr hadisələrindən gedir. Qloballıq etibarilə 2001-ci illə birlikdə Rusiya-Ukrayna müharibəsi də XXI əsrin ən vacib iki hadisəsindən biridir. 11 sentyabr kimi 24 fevral da qlobal nizamı modifikasiya etmək potensialındadır və demək olar ki, təsirləri bütün regionlarda hiss edilir.

Heç nə əvvəlki kimi olmayacaq

Tərəddüd etmədən deyə bilərəm ki, 1 il əvvəl rus qoşunları Kiyevə doğru irəliləyəndə heç kim bir il sonrakı mənzərənin indiki kimi olacağını təxmin etmirdi. Bu gedişlə böyük ehtimalla üzümüzə gələn növbəti il də münaqişədə heç kimin gözləmədiyi mənzərənin formalaşacağına şahidlik edə bilərik. Yenə qeyd edirəm, təbii ki, bu proses məsələyə ABŞ prizmasından yanaşsaq, Rusiyanın çöküşü reallaşacağı tarixə kimi belə qalacaq.

Nəzərə alsaq ki, hazırda ən çox səsləndirilən ssenari münaqişənin regional miqyasa yayılacağı, savaşın digər coğrafiyalara sıçraması ehtimallarıdır ki, bura da Belarusun müharibəyə qoşulması və Moldovada yeni bir cəbhə açılması kimi proseslər daxil edilir, demək ki, hələ tələsməyə dəyməz.

ABŞ-dan Rusiya-Ukrayna müharibəsinin dayandırılması, sülh sazişinin imzalanması ilə bağlı Çinin ünvanına son iki gündə səsləndirilən sərt bəyanatlar da bir daha deməyə əsas yaradır ki, Moskvadan sonra növbəti hədəf Pekin ola bilər.

Çində anlayırlar ki, Rusiya problemi həll olunduqdan sonra ABŞ bütün diqqətini onun "vurulmasına" cəmləşdirəcək. Ona görə, hesab etmək olar ki, Çinin ilk növbədə əsas məqsədi Rusiya probleminin həll olunmaması və ya açıq qalmasıdır. Rusiyanın nə tam qalib gəlməsi, nə də tam məğlub olması Çinə sərf etmir. Çin sərhədlərində güclü Rusiya görmək istəməz, eyni zamanda Pekin təklənməmək üçün Rusiyanı oyunda saxlamalı olduğunu da başa düşür.

Amma Rusiya da Ukrayna savaşı ilə digər güclər tərəfindən belə asan xərclənmək niyyətində deyil.

Vladimir Putinin 4 gün əvvəl Federal Məclisə müraciətində Qərbdəki bəzi dəyərlər haqqındakı tənqidi fikirləri Avropada və okeanın o tayında da həyəcan yaratdı desək yerinə düşər. Rusiya lideri bu qədər sanksiya qarşısında və onun tətikdə gözləyən güclərin olduğunu bilə-bilə yenə meydan oxumaqdan geri addım atmaq niyyətində olmadığını bir daha göstərdi. Putin bildirdi ki, Rusiyanı döyüş meydanında məğlub etmək mümkün olmayacaq.

Aydındır ki, Putinin təhdidləri, Qərbə ünvanlanan bu tənqidləri müəyyən siyasi məqsədlər daşıyırdı. Birincisi, Rusiya prezidenti Ukrayna münaqişəsinə mədəni, dini və ideoloji mənalar yükləməklə, hərbi kampaniyasının legitimliyini artırmaq niyyətini gizlətmədi, ikincisi də Kreml rəhbəri Qərbin proqressiv cinahını hədəfə gətirməklə, müsəlman dünyasına və Qərbdə Rusiyaya rəğbət bəsləyən mühafizəkar və dindar qruplara mesaj ötürərək Kremlin müdafiəsində, Rusiyanın mövqeyinin dəstəklənməsində müəyyən güc toplasın.

Artıq Rusiya və ABŞ bir-birinə qarşı açıq oyuna keçib. Baydenin Ukraynaya səfəri və Rusiya əleyhinə son çıxışı bunun növbəti bariz nümunəsidir. Bu amil də bir daha "Savaş ABŞ bitməyini istəməyənə kimi davam edəcək" iddialarını qüvvətləndirir.

Təhməz Əsədov
Milli.Az

Oxunub: 406
Paylaş:
Digər xəbərlər

Xəbərlər

17-02-2023, 10:18

Rusiya-Ukrayna müharibəsinin SONU YAXINLAŞIR? - Putindən VACİB AÇIQLAMA

Xəbərlər

30-01-2023, 10:05

Rusiya qalib gələ bilər - Qərb HƏRƏKƏTƏ KEÇDİ

Xəbərlər

3-12-2022, 12:16

Rusiyanın SINAQ MÜDDƏTİ bitir - Dəhşətli savaş hələ İNDİ BAŞLAYIR

Xəbərlər

27-08-2022, 00:05

Zelenski bu tarixdə istefa verəcəyini AÇIQLADI: "Müharibəni dayandırıb gedirəm"

Xəbərlər

28-02-2022, 20:04

Putin müharibəni dayandırmaq üçün ÜÇ ŞƏRTİNİ AÇIQLADI

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
İnfarkt niyə daha çox səhərlər baş verir? - Səbəbi budur
Pul xərcləyəndə qazananlar - Maliyyə baxımından ən zəkalı 3 BÜRC
Qan qrupu insult riskinə təsir edə bilər – Alimlərdən açıqlama
Tramp Aİ-ni hədələdi - Cərimələri ləğv etməsəniz...
Türkiyə bizdən 8 dəfə böyükdür, nəzərə almalıyıq
İlan sancması zamanı zəhərin özündən daha təhlükəli olan 5 SƏHV
Son xəbərlər
  • Bu gün, 09:06
    İnfarkt niyə daha çox səhərlər baş verir? - Səbəbi budur
  • Dünən, 22:07
    Pul xərcləyəndə qazananlar - Maliyyə baxımından ən zəkalı 3 BÜRC
  • Dünən, 21:30
    Qan qrupu insult riskinə təsir edə bilər – Alimlərdən açıqlama
  • Dünən, 20:46
    Tramp Aİ-ni hədələdi - Cərimələri ləğv etməsəniz...
  • Dünən, 19:19
    Türkiyə bizdən 8 dəfə böyükdür, nəzərə almalıyıq
  • Dünən, 18:17
    İlan sancması zamanı zəhərin özündən daha təhlükəli olan 5 SƏHV
  • Dünən, 15:23
    Xəstə bağırsaqların 6 əlaməti
  • Dünən, 14:45
    Netanyahu bu ölkəyə girərsə, həbs olunacaq – Rəsmən açıqlandı
  • Dünən, 13:13
    İsraillə Türkiyə arasında müharibə başlayır? – Bu ölkə uğrunda toqquşma…
  • Dünən, 12:44
    Əllərinizdə bu əlamətlər varsa, diqqətli olun
  • Dünən, 11:23
    7 ölkə İranla savaşa girir? - Ekspert
  • Dünən, 11:21
    Yunanıstanın Türkiyəyə qarşı 3,5 milyardlıq planı: 2030-cu ildə hazır olacaq
  • Dünən, 09:02
    Yaddaşı gücləndirən meyvələr
  • 24-07-2026, 22:27
    İlin ikinci yarısı onlara uğur gətirəcək - 4 bürcü xoş günlər gözləyir
  • 24-07-2026, 21:49
    Uşağınız gecə yatağı isladır? - Səbəbi hər zaman tənbəllik və ya psixoloji problem deyil!
  • 24-07-2026, 20:11
    Qlobal neft tədarükü azalır - “Qara qızıl” bu qiymətə olacaq
  • 24-07-2026, 19:31
    İran ABŞ-a qarşı yeni planı işə saldı – İki ölkəyə hücumun pərdəarxası
  • 24-07-2026, 18:38
    Stomatoloq açıqladı: Bu diş problemləri irsi ola bilər
  • 24-07-2026, 17:16
    Avropa İttifaqı Rusiya idmanının əsas rəsmilərinə sanksiya tətbiq etdi
  • 24-07-2026, 16:05
    "Şimal Axını"nın partladılmasını kimin sifariş etdiyi bəlli oldu
  • 24-07-2026, 15:22
    Arıqlamaq istəyənlərə şad xəbər: Bu məhsullar çəki atmağa kömək edir
  • 24-07-2026, 14:33
    Lavrov Rubioya Trampla bağlı nə verib?
  • 24-07-2026, 13:05
    Gözlənilən qərar verildi – Netanyahu bu tarixdə ABŞ-a gedəcək
  • 24-07-2026, 12:10
    Hepatoloq: Hepatit C 3 aya tam müalicə olunur
  • 24-07-2026, 11:26
    91 millət vəkili istefa verdi - CHP-də nə baş verir?
  • 24-07-2026, 10:42
    ABŞ-ın "S-400" "QIRMIZI XƏTTİ" - Dövlət Departamenti Trampın sözünü yerə salır
  • 24-07-2026, 09:09
    Bu qidalar kalsiumla daha ZƏNGİNDİR
  • 23-07-2026, 21:41
    10 dəqiqə içində yuxuya gedirsinizsə, sağlamsınız
  • 23-07-2026, 18:02
    Dalağı müalicə etməyin ən sadə TƏBİİ YOLLARI
  • 23-07-2026, 15:04
    Sidikdə epitel nədir? Yüksəldikdə nə baş verir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə