ABŞ Rusiyanı mühüm Arktika dövləti hesab edir, lakin yaxın gələcəkdə onunla regionda əməkdaşlıq imkanlarını görmür.
Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin müşaviri Derek Şolle bildirib.
"Rusiya Arktikada mühüm gücdür. Buna baxmayaraq, bizim onunla yaxın gələcəkdə regionda əməkdaşlığımız qeyri-mümkün görünür", - Şolle deyib.
O, yaxın vaxtda Rusiyanın rəftarının dəyişəcəyinə inanmadığını vurğulayıb.