İspaniyanın "Real Madrid" komandasında çıxış edən Toni Kroos tarixi rekorda imza atıb.
"Report"un "MisterChip"ə istinadən məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi buna klublararası dünya çempionatının finalında Səudiyyə Ərəbistanı təmsilçisi "Əl Hilal"a 5:3 hesabı ilə qalib gəldikləri matçda nail olub.
O, futbol tarixində yeddi dəfə dünya çempionu (6 klub, 1 milli) olan yeganə oyunçudur.
Kroos "Real Madrid"lə 5, "Bavariya" ilə 1 dəfə klublararası dünya çempionatında qızıl medal qazanıb. Təcrübəli futbolçu 2014-cü ildə Almaniya yığması ilə mundialın qalibi olub.