“Ölü və ya diri heç bir vətəndaşımızı dağıntı altında qoymayacağıq”.
APA xəbər verir ki, bunu Diyarbəkirdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, ən qısa zamanda bərpa işlərinə başlanılacaq: “Yenidənqurma üçün planları qururuq. 1-2 həftə ərzində sürətlə yenidənqurmaya başlayacağıq”.