Azərbaycana idxal olunan reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq və digərləri 2023-cü il dekabrın 31-dək 15 faizlik gömrük rüsumundan azad edilib.
Sfera.az xəbər verir ki, Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” ilə bağlı qərarında dəişiklik edib.