Bu gün Cənubi Koreyada keçirilən hərbi təlimlər zamanı ABŞ-nin strateji bombardmançı təyyarələrindən istifadə olunacaq.
Şimali Koreyanın müttəfiqlərin təlimlərinə etiraz olaraq son günlər bir çox silah sınaqları keçirməsindən sonra ABŞ Hərbi Hava Qüvvələri ABŞ-Koreya hərbi təlimlərinə “B-1B” strateji bombardmançı təyyarələrini də salıb.
Qeyd olunur ki, birgə hava təlimləri bazar ertəsindən davam edir və KXDR-in təxribatlarına cavab olaraq bir gün də - şənbə gününə uzadılıb.
“B-1B” 2017-ci ildən sonra ilk dəfə ABŞ-Koreya təlimlərində istifadə olunacaq.
Mənbə: Reuters