Yunanıstana hərbi qüvvə göndərən ABŞ Yaxın Şərqdə də Türkiyəyə qarşı PKK/YPG terrorçuları ilə əməkdaşlığı genişləndirir.
Publika.az xəbər verir ki, ABŞ-ın xüsusi təyinatlı qüvvələri Suriyanın Haseke bölgəsində, Türkiyə sərhədinə yaxın ərazidə PKK/YPG terrorçularına təlim keçib.
Təlimdə 240 terrorçunun iştirak etdiyi deyilir.
Qeyd edək ki, ABŞ PKK-nın Suriya qanadı olan YPG terrorçularını bölgədə əsas “müttəfiqi” adlandırır. 2015-ci ildən etibarən Vaşinqton bu terrorçulara böyük miqdarda silah yardımı edib.