• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Bədəndə zülal çatışmazlığını göstərən 5 əlamət
ABŞ-la 7,5 milyardlıq saziş: Azərbaycan nələr alacaq?
Az yuxu yatanlar daha çox infarkt və insult keçirir?
Gecələr çığırmaq və əl-qol atmaq təhlükəli xəstəliyin əlaməti ola bilər
“Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi
Miqrant qalmaqalının pərdəarxası: Niyə İspaniyanın Afrikada torpaqları var?
Hansı idman növləri bel üçün zərərlidir? - Ortoped açıqladı
8 ölkə İsraillə bağlı birgə bəyanat yaydı
İrandan Fars körfəzi ölkələrinə xəbərdarlıq: ABŞ hücum etsə, enerji obyektləriniz vurulacaq
Şişkinlikdən çənə ağrısına qədər: Ürək problemlərinin 6 ilkin əlaməti
Pezeşkianın istefası ilə bağlı açıqlama: Dərhal Xameneidən üzr istənilməlidir
Azərbaycan da mövqeyini dəyişəcək - Çepa
Dişlərinizi yeməkdən dərhal sonra fırçalamayın
ABŞ və İran danışıqlarında həlledici mərhələ: Razılaşma yaxındır
Rusiyaya pul köçürmələri niyə dayandırıldı? - Rəsmi
Qaragilənin az bilinən faydaları
Diqqəti maqnit kimi özünə çəkən 3 bürc
Gənclər arasında artan böyrək xərçənginin yeni simptomları
Zelenski Azərbaycana təşəkkür etdi
İspanlar Mərakeşi ittiham edir: Miqrantlarla hökumətə təzyiq göstərir
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Lavrovun İrəvan qovluğunda nə var? - Ankaranın sərt MESAJI

Xəbərlər

9-06-2022, 15:19

Lavrovun İrəvan qovluğunda nə var? - Ankaranın sərt MESAJI


“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyədən Ermənistana getməsi təsadüfi deyil. Görünən odur ki, Sergey Lavrov Ankaranın son ismarışını İrəvana çatdıracaq”.

Bunu Publika.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvan səfərini şərh edərkən deyib.

Politoloq bildirib ki, hazırda Rusiyanın NATO blokundan yeganə ortağı Türkiyədir: “Ankara öz üzərinə çox böyük məsuliyyət götürərək, NATO-nun digər üzvlərinin qərarlarını birmənalı şəkildə qəbul etmək istəmir. Üstəlik, Türkiyə Rusiya ilə çoxtərəfli əməkdaşlıq münasibətlərini də saxlamaqdadır. Ankaranın Kremllə münasibətlərini qorumasının əsas səbəbi əlbəttə Azərbaycandır. Söhbət Azərbaycanın regiondakı əsas problemi olan Qarabağla bağlı məsələlərdir. Çünki bu münaqişə hələ tam şəkildə həll olunmayıb. Ona görə də Türkiyə Azərbaycana görə Rusiyaya müəyyən güzəştlər etməkdədir”.

Politoloqun fikrincə, Ankara beynəlxalq aləmdə də Rusiyanın maraqlarını təmin edir:

“Qısa müddət ərzində Rusiya ilə Türkiyə arasındakı ticarət dövriyyəsi 16 milyard dollara çatıb. Bu, çox böyük rəqəmdir. Söhbət 4 ayın ticarət dövriyyəsindən gedir. Ehtimal olunur ki, bu göstərici ilin sonuna qədər 50 milyard dolların üzərində olacaq. Rusiya Türkiyə, Türkiyə də Rusiya üçün böyük bazardır. Bundan başqa, Türkiyə xidmət sahəsində çox mühüm rol oynayan dövlətlərdəndir. Artıq Türkiyə Rusiyaya güzəştə getdi. Digər ölkələr Rusiyada verilən kartları qəbul etmir. Amma bu halda “MİR” köçürmə sistemi Türkiyədə aktiv işləyəcək. Bunun isə Rusiya rublunun möhkəmlənməsinə böyük təsiri olacaq. Nəzərə alaq ki, yay aylarında Türkiyənin turizmdən götürdüyü milyardlarla vəsait Rusiyanın milli valyutasını möhkəmləndirməyə kömək edəcək. Yəni Lavrov bütün bunları çox gözəl başa düşür. Ona görə də İrəvanda Azərbaycanla gərginliyə təcili şəkildə son qoyulmasını gündəmə gətirib. Mən belə düşünürəm. Ermənilərin ərazi, saxta soyqırımı iddialarından əl çəkməsini tələb edəcək. Ümumiyyətlə, Lavrovun İrəvan qovluğunda əsasən bu məsələlərin olduğunu düşünürəm. Məncə, danışıqlar masasına bu məsələlər mütləq şəkildə qoyulub və ya qoyulacaq”.

Cümşüd Nuriyevin sözlərinə görə, Sergey Lavrov Türkiyənin istəklərini mesaj şəklində Ermənistana çatdıracaq:

“Burada digər məsələ də ola bilər. Bu da Azərbaycanla Ermənistan arasındakı sərhədlərin təcili şəkildə tanınması məsələsidir. Hələlik sülh müqaviləsinin tezliklə razılaşdırılacağına inanmıram. Amma delimitasiya və demarkasiya, eləcə də dəhlizin açılması ilə bağlı Rusiyanın təkidi ortadadır. Kreml istəmir ki, regiondakı təşəbbüsü Şarl Mişel və ya Avropa İttifaqı öz üzərinə götürsün. Moskvadakı görüşdən sonra artıq Avropa İttifaqında, Brüsseldə üçüncü görüş nəzərdə tutulub. Bu o deməkdir ki, əgər Azərbaycanla Ermənistan arasındakı sadalanan məsələlər Brüssel görüşünədək həll olunmasa, Kreml Cənubi Qafqazdakı təşəbbüsü yenidən Avropa İttifaqına vermiş olacaq. Bu da Rusiyanın indiki durumuna uyğun gəlmir. Mənə elə gəlir ki, İrəvanda bu məsələlərin hamısı müzakirə olunacaq”.

Oxunub: 620
Paylaş:
Digər xəbərlər

Xəbərlər

3-05-2022, 23:01

Lavrovun Hitler açıqlamasında GƏRGİNLİK ARTIR - İZAHAT TƏLƏB OLUNDU

Xəbərlər

30-04-2022, 21:44

Lavrov nüvə müharibəsinin başladığını ELAN ETDİ – NATO ilə GƏRGİNLİK

Xəbərlər

3-12-2021, 02:36

Çavuşoğlu Lavrovun üzünə BƏYAN ETDİ: Rusiyanın addımını qəbul etməyəcəyik

Xəbərlər

22-10-2021, 19:17

Rusiya və İran xarici işlər nazirləri AZƏRBAYCANA QARŞI - "Lavrov Putini aldadıb..."

Maraqlı

19-09-2021, 12:39

Lavrovun gizli eşqi üzə çıxdı - FOTOLAR

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Bədəndə zülal çatışmazlığını göstərən 5 əlamət
ABŞ-la 7,5 milyardlıq saziş: Azərbaycan nələr alacaq?
Az yuxu yatanlar daha çox infarkt və insult keçirir?
Gecələr çığırmaq və əl-qol atmaq təhlükəli xəstəliyin əlaməti ola bilər
“Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi
Miqrant qalmaqalının pərdəarxası: Niyə İspaniyanın Afrikada torpaqları var?
Son xəbərlər
  • Bu gün, 12:57
    Bədəndə zülal çatışmazlığını göstərən 5 əlamət
  • Bu gün, 10:42
    ABŞ-la 7,5 milyardlıq saziş: Azərbaycan nələr alacaq?
  • Bu gün, 09:06
    Az yuxu yatanlar daha çox infarkt və insult keçirir?
  • Dünən, 21:10
    Gecələr çığırmaq və əl-qol atmaq təhlükəli xəstəliyin əlaməti ola bilər
  • Dünən, 20:25
    “Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi
  • Dünən, 19:32
    Miqrant qalmaqalının pərdəarxası: Niyə İspaniyanın Afrikada torpaqları var?
  • Dünən, 18:46
    Hansı idman növləri bel üçün zərərlidir? - Ortoped açıqladı
  • Dünən, 17:26
    8 ölkə İsraillə bağlı birgə bəyanat yaydı
  • Dünən, 16:10
    İrandan Fars körfəzi ölkələrinə xəbərdarlıq: ABŞ hücum etsə, enerji obyektləriniz vurulacaq
  • Dünən, 15:37
    Şişkinlikdən çənə ağrısına qədər: Ürək problemlərinin 6 ilkin əlaməti
  • Dünən, 14:44
    Pezeşkianın istefası ilə bağlı açıqlama: Dərhal Xameneidən üzr istənilməlidir
  • Dünən, 13:19
    Azərbaycan da mövqeyini dəyişəcək - Çepa
  • Dünən, 12:21
    Dişlərinizi yeməkdən dərhal sonra fırçalamayın
  • Dünən, 11:33
    ABŞ və İran danışıqlarında həlledici mərhələ: Razılaşma yaxındır
  • Dünən, 10:22
    Rusiyaya pul köçürmələri niyə dayandırıldı? - Rəsmi
  • Dünən, 09:00
    Qaragilənin az bilinən faydaları
  • 6-08-2026, 22:22
    Diqqəti maqnit kimi özünə çəkən 3 bürc
  • 6-08-2026, 21:34
    Gənclər arasında artan böyrək xərçənginin yeni simptomları
  • 6-08-2026, 20:57
    Zelenski Azərbaycana təşəkkür etdi
  • 6-08-2026, 19:35
    İspanlar Mərakeşi ittiham edir: Miqrantlarla hökumətə təzyiq göstərir
  • 6-08-2026, 18:17
    Dırnaqlardakı bu xətlər ürək problemlərini göstərə bilər
  • 6-08-2026, 17:10
    Rusiya qalib gələrsə, Putin xalqa görün nə paylayacaq
  • 6-08-2026, 16:03
    Bakıdan tarixi müdaxilə: Netanyahu son anda dayandı – Prosesin gizlinləri
  • 6-08-2026, 15:44
    Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
  • 6-08-2026, 14:26
    NATO-dan iki postsovet ölkəsinə pis xəbər – Gözlənilən olmadı
  • 6-08-2026, 13:48
    Paşinyan bu 6 nəfəri öz tərəfinə çəkir – Bakı hansı qərarı verəcək?
  • 6-08-2026, 12:33
    Sümükləri möhkəmləndirən qidalar
  • 6-08-2026, 11:39
    Bakıda yağış yağacaq - Bu tarixdə
  • 6-08-2026, 10:41
    Şimali Koreya Rusiyaya 120 ballistik raket yerləşdirib - Ukraynanı vuracaq
  • 6-08-2026, 09:08
    Bu 3 içki bədəndə suyu daha uzun saxlayır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə