Pakistanın Pəncab əyalətinin Qalyat rayonunda iki avtobus toqquşub.
Axar.az xəbər verir ki, qəzada avtobuslardan biri dərəyə düşüb.
Qəza nəticəsində 8 nəfər ölüb, 20 nəfər yaralanıb.
Hadisə yerinə xeyli sayda təcili yardım və polis qrupları cəlb edilib.
Səlahiyyətlilər avtobusların bir-biri ilə yarışdığı üçün qəzaya həddindən artıq sürətin səbəb olduğunu bildiriblər.