Ukrayna prezidenti Volodimir Zelenskinin hərbi formada yayılan fotosu sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.
Sfera.az xəbər verir ki, Ukrayna prezidentinin hərb maşınların və hərbçilərin yanında gülümsəyərək yayılan fotosu sosial şəbəkə istifaəçiləri tərəfindən birmənalı qarşılanmayıb.
Belə ki, insanların əksəriyyəti prezidentin xalqın yanında olması ilə bağlı şərhlər verib. Lakin eyni zamanda Ukraynadakı mövcud vəziyyətlə əlaqədar Zelenskini qınayanlar da olub.