• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
ABŞ-la 7,5 milyardlıq saziş: Azərbaycan nələr alacaq?
Az yuxu yatanlar daha çox infarkt və insult keçirir?
Gecələr çığırmaq və əl-qol atmaq təhlükəli xəstəliyin əlaməti ola bilər
“Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi
Miqrant qalmaqalının pərdəarxası: Niyə İspaniyanın Afrikada torpaqları var?
Hansı idman növləri bel üçün zərərlidir? - Ortoped açıqladı
8 ölkə İsraillə bağlı birgə bəyanat yaydı
İrandan Fars körfəzi ölkələrinə xəbərdarlıq: ABŞ hücum etsə, enerji obyektləriniz vurulacaq
Şişkinlikdən çənə ağrısına qədər: Ürək problemlərinin 6 ilkin əlaməti
Pezeşkianın istefası ilə bağlı açıqlama: Dərhal Xameneidən üzr istənilməlidir
Azərbaycan da mövqeyini dəyişəcək - Çepa
Dişlərinizi yeməkdən dərhal sonra fırçalamayın
ABŞ və İran danışıqlarında həlledici mərhələ: Razılaşma yaxındır
Rusiyaya pul köçürmələri niyə dayandırıldı? - Rəsmi
Qaragilənin az bilinən faydaları
Diqqəti maqnit kimi özünə çəkən 3 bürc
Gənclər arasında artan böyrək xərçənginin yeni simptomları
Zelenski Azərbaycana təşəkkür etdi
İspanlar Mərakeşi ittiham edir: Miqrantlarla hökumətə təzyiq göstərir
Dırnaqlardakı bu xətlər ürək problemlərini göstərə bilər
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Putin şok planını BÜTÜN DÜNYAYA ELAN ETDİ: Qazaxıstandan sonra bu ölkələr...

Xəbərlər

10-01-2022, 19:50

Putin şok planını BÜTÜN DÜNYAYA ELAN ETDİ: Qazaxıstandan sonra bu ölkələr...


Qazaxıstanı müzakirə etmək üçün keçirilən KTMT toplantısında növbəti hədəf açıq şəkildə elan edildi: Özbəkistan.

Lukeşanko bildirdi ki, “Özbəkistan dərs çıxarmalıdır, məlumatımıza görə onların (terrorçuların) baxışları ora yönəlib”. Putin də Qazaxıstanda baş verənləri “beynəlxalq terrorizmlə” əlaqələndirdi. Bu, KTMT-nin müdaxiləsini legitimləşdirməklə yanaşı, region ölkələrini gözləyən “təhlükənin” də elan edilməsidir. Putin gerçək niyyətini də Lukaşenkonun dili ilə çatdırır.

Niyə Özbəkistan?

Özbəkistan 2012-ci ildə KTMT-dəki fəaliyyətini dayandırıb, Avrasiya İqtisadi İttifaqında müşahidəçi statusda təmsil olunsa da, Nazarbayev Qazaxıstanından belə daha müstəqil xəttə malik ölkədir.

Mərhum İslam Kərimovun zamanında Özbəkistan qapalı və Rusiya-Çin-Qərb üçbucağında balans siyasətinə üstünlük verirdi. Bu siyasi xətt daxildə iki klan arasında bölüşdürülmüşdü:

Səmərqənd klanı: Kərimovun da məxsus olduğu bu klanın əsas aparıcı şəxsi həmin vaxt baş nazir olan (hazırkı prezident) Şövkət Mirziyoyev idi; Mirziyoyev Putin hakimiyyətinə yaxın özbək milyarder Əlişir Usmanovla qohumluq əlaqələrinə malikdir, o cümlədən, Çinlə isti münasibətləri var, hələ Kərimovun zamanında Pekinlə ticarət şəbəkəsi formalaşdıra bilmişdi;

Daşkənd klanı: bu klanın əsas aparıcı şəxsi Şövkət Mirziyoyev baş nazir olduğu vaxt onun müavini olan Rüstəm Əzimov idi. Əzimov rəsmi Daşkəndin Qərbdəki bütün əlaqələrini həyata keçirirdi;

(Üçüncü, lakin daha zəif olan Fərqanə klanı da var).

Kərimov Səmərqənd və Daşkənd klanı arasında yaratdığı balansı klanlar üzərindən Rusiya-Qərb münasibətlərində də tətbiq edirdi. Onun ölümündən sonra daha güclü olan Səmərqənd klanının üzvü Şövkət Mirziyoyev prezident postuna gəldi və islahatçı lider kimi ölkəsi üçün müəyyən addımlar atdı da. 2017-ci ildə Rüstəm Əzimov postundan istefa verdi və hazırki prezidentə “sədaqət andı” içdi. Bundan sonra Qərbin Özbəkistanda təsir imkanları daha da zəifləyib, lakin Mirziyoyev Qərblə münasibətlərə də önəm verir. Və Özbəkistanı Rusiya-Çin-Qərb üçbucağında qoruya biləcək siyasət yürüdür.

Son dövrlər Daşkəndin Ankara ilə münasibətləri xüsusilə seçilir:

- Mirziyoyev ölkəsini 2019-cu ildə Türk Şurasına üzv etdi;

- Şuranın Türk Dövlətləri Təşkilatına çevrilməsinə, türk birliyi istiqamətində inteqrasiyaya töhfə verir;

- 2000-ci illərdən sonra Türkiyə ilə əlaqələri faktiki kəsən Kərimovdan fərqli olaraq, 2017-ci ildə Ankaraya səfər etdi və bu səfərlə münasibətlərdə yeni mərhələ başlandı;

- 2020-ci ildə Özbəkistan və Türkiyə arasında hərbi əməkdaşlıqla bağlı saziş imzalandı: bir il sonra Rusiya ilə də 5 illik hərbi əməkdaşlıq sazişini imzalamaqla balansı qorudu, hərçənd, hərbi və digər istiqamətlərdə Ankara-Daşkənd münasibətlərinin Daşkənd-Moskva münasibətlərinə nisbətən daha öndə olduğu müşahidə edilir;

“Niyə Özbəkistan” sualının cavabı bəllidir:

Birincisi, Qazaxıstandan sonra bölgədə türk birliyinin aparıcı ölkəsi ola biləcək potensiala sahibdir;

İkincisi, Moskvanın “ittifaq planı” Mərkəzi Asiyada Özbəkistansız yarımçıq qalacaq;

Üçüncüsü, Daşkənd bölgədə müstəqil oyunçu olmağa çalışır və bu, bölgəni üçüncü tərəflərə daim açıq saxlayır;

Qazaxıstan ssenarisini Özbəkistanda həyata keçirmək çətin deyil: Əfqanıstanda fəaliyyət göstərən ekstremist Özbəkistan İslam Hərəkatı “terror təhlükəsi”nin yaradılmasında potensial bəhanədir;

Özbəkistanda “terror təhlükəsi” artarsa, KTMT qüvvələri bu ölkə ilə sərhəd olan üzv ölkələrini qorumaq adı ilə sərhədlərə yeridilə bilər və Daşkənd həm “terrorun yayıldığı”, həm də “terrora məruz qalan” ölkə kimi rus ittifaqlarına yenidən daxil olmağa məcbur edilə bilər.

Hədəfdə olan digər ölkə kimi Qırğız Respublikası görünür: rəsmi Bişkek rus ittifaqında yer alsa da, yeni hakimiyyət müstəqil xətt yürütməyə meyllidir, xüsusilə prezident Japarovun millətçi keçmişi və mövcud mövqeyi bunu deməyə əsas verir. Japarovun KTMT-nin Qazaxıstanın müzakirə edildiyi iclasına qatılmaması da bu kontekstdə diqqət çəkir. Qırğız-Tacikistan sərhədindəki gərginlik müdaxilə üçün güclü əsaslardan biridir.

Asif Nərimanlı

(Publika.az)

Oxunub: 1 247
Paylaş:
Digər xəbərlər

Xəbərlər

27-11-2021, 00:10

SON DƏQİQƏ: Üçtərəfli görüşdən dərhal sonra Putin bunu ELAN ETDİ

Xəbərlər

20-05-2021, 09:23

Putin Əliyevə və Paşinyana niyə zəng etdi, Rusiya Qarabağda nə istəyir? - DETALLAR ÜZƏ ÇIXDI

Xəbərlər

18-04-2021, 15:49

Özbəkistan öz peyvəndinin istehsalına başlaya bilər

Xəbərlər

13-04-2021, 16:43

Əliyevlə Putin arasında KRİTİK MÜZAKİRƏ: Xalq hər şeyi bilməlidir - Prezident ELAN ETDİ

Xəbərlər

11-04-2021, 13:16

Özbəkistan Qarabağda bir məktəbi təmənnasız bərpa edəcək

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
ABŞ-la 7,5 milyardlıq saziş: Azərbaycan nələr alacaq?
Az yuxu yatanlar daha çox infarkt və insult keçirir?
Gecələr çığırmaq və əl-qol atmaq təhlükəli xəstəliyin əlaməti ola bilər
“Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi
Miqrant qalmaqalının pərdəarxası: Niyə İspaniyanın Afrikada torpaqları var?
Hansı idman növləri bel üçün zərərlidir? - Ortoped açıqladı
Son xəbərlər
  • Bu gün, 10:42
    ABŞ-la 7,5 milyardlıq saziş: Azərbaycan nələr alacaq?
  • Bu gün, 09:06
    Az yuxu yatanlar daha çox infarkt və insult keçirir?
  • Dünən, 21:10
    Gecələr çığırmaq və əl-qol atmaq təhlükəli xəstəliyin əlaməti ola bilər
  • Dünən, 20:25
    “Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi
  • Dünən, 19:32
    Miqrant qalmaqalının pərdəarxası: Niyə İspaniyanın Afrikada torpaqları var?
  • Dünən, 18:46
    Hansı idman növləri bel üçün zərərlidir? - Ortoped açıqladı
  • Dünən, 17:26
    8 ölkə İsraillə bağlı birgə bəyanat yaydı
  • Dünən, 16:10
    İrandan Fars körfəzi ölkələrinə xəbərdarlıq: ABŞ hücum etsə, enerji obyektləriniz vurulacaq
  • Dünən, 15:37
    Şişkinlikdən çənə ağrısına qədər: Ürək problemlərinin 6 ilkin əlaməti
  • Dünən, 14:44
    Pezeşkianın istefası ilə bağlı açıqlama: Dərhal Xameneidən üzr istənilməlidir
  • Dünən, 13:19
    Azərbaycan da mövqeyini dəyişəcək - Çepa
  • Dünən, 12:21
    Dişlərinizi yeməkdən dərhal sonra fırçalamayın
  • Dünən, 11:33
    ABŞ və İran danışıqlarında həlledici mərhələ: Razılaşma yaxındır
  • Dünən, 10:22
    Rusiyaya pul köçürmələri niyə dayandırıldı? - Rəsmi
  • Dünən, 09:00
    Qaragilənin az bilinən faydaları
  • 6-08-2026, 22:22
    Diqqəti maqnit kimi özünə çəkən 3 bürc
  • 6-08-2026, 21:34
    Gənclər arasında artan böyrək xərçənginin yeni simptomları
  • 6-08-2026, 20:57
    Zelenski Azərbaycana təşəkkür etdi
  • 6-08-2026, 19:35
    İspanlar Mərakeşi ittiham edir: Miqrantlarla hökumətə təzyiq göstərir
  • 6-08-2026, 18:17
    Dırnaqlardakı bu xətlər ürək problemlərini göstərə bilər
  • 6-08-2026, 17:10
    Rusiya qalib gələrsə, Putin xalqa görün nə paylayacaq
  • 6-08-2026, 16:03
    Bakıdan tarixi müdaxilə: Netanyahu son anda dayandı – Prosesin gizlinləri
  • 6-08-2026, 15:44
    Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
  • 6-08-2026, 14:26
    NATO-dan iki postsovet ölkəsinə pis xəbər – Gözlənilən olmadı
  • 6-08-2026, 13:48
    Paşinyan bu 6 nəfəri öz tərəfinə çəkir – Bakı hansı qərarı verəcək?
  • 6-08-2026, 12:33
    Sümükləri möhkəmləndirən qidalar
  • 6-08-2026, 11:39
    Bakıda yağış yağacaq - Bu tarixdə
  • 6-08-2026, 10:41
    Şimali Koreya Rusiyaya 120 ballistik raket yerləşdirib - Ukraynanı vuracaq
  • 6-08-2026, 09:08
    Bu 3 içki bədəndə suyu daha uzun saxlayır
  • 5-08-2026, 22:14
    Ölü qalaktikadan gələn sirli siqnal: Yerdən 2 milyard işıq ili uzaqlıqda yerləşir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə