• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Ağac yarpaqları ilə müalicə - Unudulan şəfa sirləri
ABŞ icazə verdi: İran 60 gün ərzində…
Rusiya rəsmən açıqladı: Bu tarixdə Avropa ilə müharibə başlayacaq
Hər gün ananas yeyənlər xəstəlik üzü görmür: İltihabın kökünü kəsən tropik möcüzə
Paşinyan Qarabağ ermənilərinə nifrət edir? – Sensasion hesabat hazırlandı
Bakıya içməli su bu qaydada veriləcək – Rəsmi
Arıqlamaq üçün ən yaxşı meyvələr hansılardır? - Mütəxəssislər izah edir
"Qanım şirindir" deyənlərin nəzərinə: Alimlər ağcaqanadların insan seçmə sirrini açdı
Ekspert izah edir: Yuxuya gedərkən hiss edilən ağrı xərçəngin əlaməti ola bilər
Yeni böhran: Polşa və Ukrayna düşmənə çevrilir?
Hindistan bunu etsə, müharibəyə başlayacağıq
Qabıqlanma, sədəf, eqzema: Saç və dəri sağlamlığını məhv edir
Almaniyada Rusiya ilə bağlı qarşıdurma: Göbbelslə eyni dildən istifadə edirik
Yaxın Şərqdə yeni dövr: İran macərasının bədəli - ABŞ Ərəb monarxiyaları ilə qarşıdurmada
İnfarktdan sağ çıxan adamlar – Bir neçə saat əvvəl bunu yeyiblər
İran-ABŞ gərginliyi Bakıya nə vəd edir? – Kritik məqamlar
Zelenski bu ölkəni hədələdi: Ukrayna olmasa, sizi heç kim müdafiə edə bilməz
Kimlər qan üçün donor ola bilməz?
Bu xəstəlik daşıyıcıları hərbi xidmətə yararlıdır - Rəsmi
"İnqilab başladı, Makron devrildi!” - İki polis güllələndi
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Ermənilərin Qarabağdan böyük köçü başladı: 6100 avtomobil və 6660 erməni bu əraziləri tərk etdi

Xəbərlər

10-08-2021, 14:06

Ermənilərin Qarabağdan böyük köçü başladı: 6100 avtomobil və 6660 erməni bu əraziləri tərk etdi


Azərbaycanın ikinci Qarabağ müharibəsində qazandığı tarixi qələbədən sonra rəsmi Bakı "Qarabağ məsələsinin" birdəfəlik tarixdə qaldığını bildirdi və yeni geosiyasi reallıq yaratdı. Və hərçənd rəsmi Yerevan yekun sülh müqaviləsinin imzalanmasını hər cür əngəlləməyə və ləngitməyə çalışsa da , erməni siyasətçiləri Rusiya sülhməramlılarının nəzarətindəki ərazilərdə qalan yaşayış məntəqələrinin xüsusi statusu mövzusunu fırlatsa da, rəsmi Bakı vaxtilə Azərbaycan ərazilərində yaradılmış süni qurumun-keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv edilməsi barədə qərara yenidən baxmayacaq.

Ermənilər Qarabağı yeganə yolla-laçın dəhlizi ilə tərk edib gedir...

Bunu prezident İlham Əliyev özünün son müsahibələrindən birində bir daha təsdiq etdi. "Məntiq haradadır ki, 25 min adam üçün status yaradılsın?",-prezident iyulun 22-də AzTV-yə müsahibəsində bildirdi.

Bu rəqəm isə havadan götürülməyib. Azərbaycan dövlətinin başçısı qeyd edib ki, Azərbaycan Laçın dəhlizinin gündəlik monitorinqini aparır və Rusiya sülhməramlılarının nəzarətindəki ərazilərdə avtomobillərin hərəkəti haqda tam informasiyaya malikdir.

"Orada yaşayanların real sayı 25 min nəfərdir. Başqa rəqəmlər də səsləndirilib, müharibədən sonra 50 mindən çox adamın geri qayıtdığı deyilib. Mümkündür, amma o demək deyil ki, geri qayıdanların hamısı orada qalıblar. Qayıdıblar, sonra gediblər. İkincisi, bizim müxtəlif vasitələrimiz var, peykimiz var. Oradakı maşınların sayını bilirik, insanların hərəkətini görürük. Bizdə nə baş verdiyi barədə müxtəlif mənbələrdən toplanmış kifayət qədər məlumatlar var. Biz müharibədən əvvəl də bilirdik ki, orada nə baş verir",-Əliyev qeyd edib.

İlham Əliyev bildirib ki, hökumət Qarabağı tərk edənlərin sayı barədə dəqiq məlumatlara malikdir

İndi redaksiyamız Laçın dəhlizi ilə avtomobillərin hərəkətinə dair ətraflı statistikanı əldə edib. Beləliklə, son bir ayda dəhlizlə Ermənistandan gələn 15 min avtomobil daxil olub, 21100 avtomobil çıxıb. Fərq isə böyükdür-6100 avtomobil. Statistika əhalinin hərəkəti məsələsinə də aydınlıq gətirir: göstərilən müddət ərzində Rusiya sülhməramlılarının nəzarətindəki zonaya 15 700 nəfər daxil olub, 22 360 nəfər çıxıb.

Yəni Qarabağdakı ermənilərin sayı sürətlə azalır və əhalinin bu hiss olunacaq axınının səbəbi sabaha inamsızlıq və qeyri-müəyyənlikdir.

Bunu "Komsomolskaya Pravda" qəzetinin müxbiri Darya Aslamovaya separatçıların nümayəndəsi, özünü oyuncaq qurumda "xarici işlər naziri" adlandıran David Babayan da etiraf edir. Darya Aslamova bu günlərdə dərc edilmiş səs-küylü reportajında ermənilərin Qarabağdan köçünə xüsusi diqqət ayırır.

Hər tərəfdə Azərbaycan qoşunlarıdır. Xankəndi sakinləri sabaha ümidlərini itiriblər...

"Bu doğrudur. Əhalinin köçü başlayıb. İnsanlar sadəcə olaraq yaşamaq istəyirlər. Hər kəs özünü missioner və ya apostol hesab etmir. Ermənilər çıxıb gedəcəklər, cəbhə boşalacaq. Bizim üçün başa düşmək vacibdir ki, ruslar bura həmişəlik gəliblər",-Babayan etiraf edir.

Qarabağda qalan ermənilər ümidlərini Rusiya sülhməramlılarına bağlayıblar, amma bununla belə başa düşürlər ki, onlar regiona həmişəlik gəlməyiblər.

Belə ki, "Artsax TV" kanalının aparıcısı Tsovinar Barxudaryan "Eurasianet" portalına müsahibəsində deyir ki, Qarabağ ermənilərinin çoxu çamadan əhval-ruhiyyəsindədir.

"Gələcək aydın deyil. İnsanlar düşünürlər ki, qalsınlar, yoxsa getsinlər. Biz hətta bilmirik ki, bir həftə sonra nələr olacaq, nəinki dörd il sonra",-o deyir.

Yerevan rəsmiləri gizlətmirdilər ki, müharibə zamanı Qarabağdan ermənilərin yarıdan çoxu Ermənistana qaçıblar. O vaxtdan bəri bir qismi qayıdıb: əmək və sosial məsələlər naziri Mmesrop Arakelyan yanvar ayında geri qayıdanların sayı barədə fantastik rəqəm açıqlamışdı, 95 min nəfərin geri qayıtdığını demişdi. Sakinlərin geri qaytarılması ilə məşğul olan Rusiya sülhməramlılarının məlumatlarına görə isə, geri qayıdanların sayı 52 min nəfər idi.

Lakin bir çox yerli sakinlərdə bu nisbi sevindirici xəbərlər şübhə yaradır. "Rəqəmlər şişirdilib",-beynəlxalq hüquqdan dərs deyən və müharibəyə görə evlərini tərk edənlərə kömək edən təşkilatın əməkdaşı, 26 yaşlı Yana Avanesyan deyir.

Prezident İlham Əliyev də 50 min nəfərin qayıtdığı haqda rəqəmləri şərh edib: "Qayıdanlar o demək deyil ki, orada qalıblar".

Ağdərədə yaşayan 60 yaşlı Liliya Matevosyan gizlətmir ki, yerli ermənilərin bütün ümidləri Rusiya sülhməramlıları ilə bağlıdır: "Əgər ruslar burada olmasaydı insanların çoxu artıq getmişdi".

"Biz axşam yatırıq, bilmirik ki, sabah nə olacaq. Hara gedək? Getməyə yer yoxdur",-Xankəndi bazarında quru meyvə və bal satan İrina Parsadanova adlı yaşlı qadın deyir.

Yana Avanesyanla birlikdə işləyən gənclərin çoxu bilmir ki, nə etsin-qalsın, yoxsa getsin.

"Və səndə xüsusi mənəvi haqq yoxdur ki, onlardan qalmağı xahiş edəsən. Situasiya indi xaotikdir, insanlar gündəlik qayğıları ilə məşğuldur və biz baş verənlərin tam miqyasını hələ dərk etmirik",-könüllü bildirir.

Qız həmçinin Ermənistan hökumətinin insanların Qarabağa qayıtmasını stimullaşdıran səylərinə, o cümlədən kirayə haqqının və kommunal xidmətlərin subsidiyalaşdırılmasına, itirilmiş evlərə görə kompensasiyanın ödənilməsinə də tənqidi yanaşır. Deyir ki, bu insanları güzəştlərlə ələ almağa bərabərdir, hansı ki, bunun əvəzində müharibənin nəticələrinin aradan qaldırılması üçün uzunmüddətli strategiya işləyib hazırlanmalı idi.

Başqa sözlə, gözlərimiz önündə tarixi hadisə-ermənilərin Qarabağdan köçü baş verir. Onların hər biri qəlbində dərk edir ki, bura onların evi deyil. Bu torpaqların əsl sahibləri var və onlar həmişəlik qayıdıblar. Nə Ermənistan hökumətinin Qarabağ ermənilərini ələ almaq cəhdləri, nə Rusiya sülhməramlılarının mandatı situasiyanı dəyişmək gücündə deyil. Bu haqda Qarabağda qalan ermənilərin də özləri artıq açıq danışırlar... virtualaz.org

Oxunub: 836
Paylaş:
Digər xəbərlər

Xəbərlər

23-07-2021, 13:23

Laçın dəhlizi NƏZARƏTİMİZDƏ: Rusiya razılığa gəlir - DETALLAR

Xəbərlər

26-06-2021, 07:38

Xankəndidə Azərbaycan pasportundan imtina edən ermənilərin BÖYÜK KÖÇÜ BAŞLADI – FOTO

Xəbərlər

11-02-2021, 20:31

Rusiyadan SON DƏQİQƏ Qarabağ AÇIQLAMASI: Ermənistanla Azərbaycan RAZILAŞIB Kİ...

Manşet / Xəbərlər

2-09-2018, 11:42

İlham Əliyev: Rusiya Dağlıq Qarabağ nizamlanmasında vacib rol oynayır

Manşet / Gündəm / Xəbərlər

10-05-2018, 08:27

Rəsmi Ankara: Azərbaycan əraziləri azad edilmədən...

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Ağac yarpaqları ilə müalicə - Unudulan şəfa sirləri
ABŞ icazə verdi: İran 60 gün ərzində…
Rusiya rəsmən açıqladı: Bu tarixdə Avropa ilə müharibə başlayacaq
Hər gün ananas yeyənlər xəstəlik üzü görmür: İltihabın kökünü kəsən tropik möcüzə
Paşinyan Qarabağ ermənilərinə nifrət edir? – Sensasion hesabat hazırlandı
Bakıya içməli su bu qaydada veriləcək – Rəsmi
Son xəbərlər
  • Bu gün, 15:32
    Ağac yarpaqları ilə müalicə - Unudulan şəfa sirləri
  • Bu gün, 14:42
    ABŞ icazə verdi: İran 60 gün ərzində…
  • Bu gün, 14:32
    Rusiya rəsmən açıqladı: Bu tarixdə Avropa ilə müharibə başlayacaq
  • Bu gün, 12:43
    Hər gün ananas yeyənlər xəstəlik üzü görmür: İltihabın kökünü kəsən tropik möcüzə
  • Bu gün, 10:21
    Paşinyan Qarabağ ermənilərinə nifrət edir? – Sensasion hesabat hazırlandı
  • Bu gün, 10:10
    Bakıya içməli su bu qaydada veriləcək – Rəsmi
  • Bu gün, 09:07
    Arıqlamaq üçün ən yaxşı meyvələr hansılardır? - Mütəxəssislər izah edir
  • Dünən, 22:49
    "Qanım şirindir" deyənlərin nəzərinə: Alimlər ağcaqanadların insan seçmə sirrini açdı
  • Dünən, 21:55
    Ekspert izah edir: Yuxuya gedərkən hiss edilən ağrı xərçəngin əlaməti ola bilər
  • Dünən, 20:56
    Yeni böhran: Polşa və Ukrayna düşmənə çevrilir?
  • Dünən, 19:32
    Hindistan bunu etsə, müharibəyə başlayacağıq
  • Dünən, 18:13
    Qabıqlanma, sədəf, eqzema: Saç və dəri sağlamlığını məhv edir
  • Dünən, 17:39
    Almaniyada Rusiya ilə bağlı qarşıdurma: Göbbelslə eyni dildən istifadə edirik
  • Dünən, 16:01
    Yaxın Şərqdə yeni dövr: İran macərasının bədəli - ABŞ Ərəb monarxiyaları ilə qarşıdurmada
  • Dünən, 15:28
    İnfarktdan sağ çıxan adamlar – Bir neçə saat əvvəl bunu yeyiblər
  • Dünən, 14:08
    İran-ABŞ gərginliyi Bakıya nə vəd edir? – Kritik məqamlar
  • Dünən, 13:52
    Zelenski bu ölkəni hədələdi: Ukrayna olmasa, sizi heç kim müdafiə edə bilməz
  • Dünən, 12:41
    Kimlər qan üçün donor ola bilməz?
  • Dünən, 11:35
    Bu xəstəlik daşıyıcıları hərbi xidmətə yararlıdır - Rəsmi
  • Dünən, 10:16
    "İnqilab başladı, Makron devrildi!” - İki polis güllələndi
  • Dünən, 09:07
    Sinir problemlərinin arxasında bu 3 xəstəlik gizlənə bilər
  • 21-06-2026, 22:13
    “Yadplanetlilərin hücumu” - Milyonlarla braziliyalıya mesaj göndərildi
  • 21-06-2026, 21:51
    Beynin "Ölü nöqtəsi" varmı? - Alimlər tapıb
  • 21-06-2026, 20:32
    Trampın təhdidləri danışıqları dayandırdı - İran məkanı tərk etdi
  • 21-06-2026, 19:02
    Netanyahu xalqla “toqquşdu” – İranla bağlı inanılmaz nəticə
  • 21-06-2026, 18:25
    Menstruasiya sancılarından əziyyət çəkənlərin diqqətinə: Bu qidalar ağrını ikiqat artırır
  • 21-06-2026, 17:17
    Bakıda su niyə yoxdur? – ADSEA-dan açıqlama
  • 21-06-2026, 16:14
    ABŞ-İran arasında yeni razılaşma: İsveçrə görüşü nəyi dəyişəcək?
  • 21-06-2026, 15:34
    Ayaqdakı bu simptom ürək xəstəliyinin əlaməti ola bilər
  • 21-06-2026, 14:40
    ABŞ imzala dedi, biz də imzaladıq - Pezeşkian
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə