• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
20 il beyinsiz yaşadı
Baş və boyun xərçənginə niyə gec diaqnoz qoyulur?
Ərazi bütövlüyümüz belə bərpa olunmalıdır - Paşinyan
Güclü immunitetin resepti: hər gün bir kasa qatıq və bir stəkan kefir
Rusiya ilə sülh danışıqları dayandırılıb – Kislitsya
Onların həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır
Meyvələri qaynar su ilə yumaq sağlamlıq üçün təhlükəlidir
İrandan Zəngəzur dəhlizi ilə bağlı yeni AÇIQLAMA
C-130 təyyarəsinə xarici müdaxilə… – İlkin hesabat yayıldı
Eksimer lazer əməliyyatı nədir? Hansı riskləri var?
Təyyarə qəzasının səbəbi bu ola bilər – Yeni versiya ortaya çıxdı
İsrail İranla uzun sürəcək müharibəyə hazırlaşır
Endokrinoloq hormonal balanssızlığın təhlükəli əlamətlərini açıqladı
Bu ay hansı BÜRCLƏRİN xəyalları gerçəkləşəcək?
Baş beyin şişi niyə yaranır və müalicəsi mümkündürmü?
Tramp Suriya Prezidenti ilə razılığa gəldiyini elan etdi - Yeniləndi
Qaragöl döyüşlərində nə baş verib? – Ordumuz irəliləyərkən...
Ürəyi 35 dəqiqə dayanan kişi möcüzəvi şəkildə həyata qaytarıldı
Azərbaycandan Türkiyəyə uçan hərbi təyyarə qəzaya uğradı: ölənlər var
İşdən icazə almaq asanlaşdı – Yenilik
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Ata Abdullayevin SENSASİON ifadəsi - Kimlərlə iş birliyi edib?

Xəbərlər

18-03-2021, 10:49

Ata Abdullayevin SENSASİON ifadəsi - Kimlərlə iş birliyi edib?


Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılan Ata Abdullayev barəsində Səbayel Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə; təkrar törədildikdə) maddəsi ilə ittiham edilir. İttiham təsdiqini taparsa, onu 5 ildən 10 ilə qədər həbs cəzası gözləyir. Bu, Ata Abdullayevin istintaqa təqsirləndirilən şəxs qismində cəlb edildiyi ilk iş deyil. 2009-cu ilin yayında təhlükəsizlik orqanı tərəfindən onu 10 nəfərlik dəstənin üzvü kimi saxlayıblar. O dövrdə Ata Abdullayev istintaqla o dərədəcə əməkdaşlıq edib ki, son nəticədə yüngül cəza ilə yaxasını kənara çəkə bilib. Ata Abdullayevin üzvü olduğu mütəşəkkil dəstə aviaşirkətlərin internet səhifəsinə qeyri-qanuni daxil olub. Bu yolla ABŞ və digər xarici ölkə vətəndaşlarına məxsus kredit kartlarından pul ödənişləri aparıb elektron aviabiletlər əldə ediblər. Sonradan biletləri real dəyərindən ucuz qiymətə, nağd pula digər şəxslərə satıblar. Nəticədə aviaşirkətə 100 min manata yaxın zərər dəyib...

A.Abdullayevin istintaqa verdiyi ifadə:

- Mən Şetu və Samsonu Bakıya dəvət etmişəm, onların pasportlarının surətini əldə edib istintaqa təqdim etmişəm, onlar Bakıya gələn kımı istintaqa xəbər verəcəyəm. Tahir Əmirquliyevi 2008-ci ilin sentyabr ayından tanıyıram. Onunla məni əslən Ağcabədi rayonundan olan, Moskva şəhərində yaşayan Sahib Cəfər oğlu Muradov tanış edib. Sahib Həcc ziyarətində olduğu üçün onu hamı Hacı Sahib kimi tanıyır. Mən Tahirlə tanış olduqdan sonra onun Moskvadan Bakıya və Bakıdan Moskvaya uçması üçün 2008-ci ilin oktyabr ayının əvvəllərində və ortalarında 2 dəfə elektron bilet satmışam. Hətta bir dəfə onu aeroporta gedib özüm yola salmışam. Bundan başqa, Tahir Əmirquliyevin sifarişi ilə onun dediyi şəxslərə, yəni Mirdamət Ağayev adlı dindar bir şəxsə, həmçinin onun yanında olan 2 nəfər, təxminən 18-19 yaşlarında şəxslərə, Fuad Müzəffər oğlu Namazova, Hacıqabuldan Hikmət adlı şəxsə, ümumiyyətlə isə onun sifarişi ilə 10-dan çox şəxsə elektron aviabilet satmışam. Bu biletlərin pulunu həmin şəxslərin əvəzindən mənə Tahir Əmirquliyev ödəyib. Tahirin bu işdə marağı o idi ki, məndən alıb satdığı biletlərə görə hər biletin satış qiymətindən özünə mənfəət götürürdü. Nə qədər götürməsini mən bilmirəm, amma bilirəm ki, Tahir həmişə çalışırdı ki, məndən biletləri ucuz qiymətə alsın, deyirdi ki, o da gəlir əldə etmək istəyir. Mən də ona biletləri mümkün qədər ucuz qiymətə satırdım. Onun vasitəsilə elektron aviabilet satdığım digər şəxslərin adlarını xatırlamıram. Tahirdən başqa mən Hacı Sahibdən də sifarişlər qəbul edirdim. Onun özünə, bacısına, bacısı oğluna və digər sifariş etdiyi şəxslərin də Bakıdan Moskvaya və əksinə uçmaları üçün elektron aviabiletlər satmışam. Hacı Sahibin mobil telefon nömrəsinin əvvəli 92 65 58-dir. Sonrakı rəqəmlərini xatırlamıram. Onun nömrəsi indi bağlıdır. Tahirin nömrəsi isə 8926-341-15-02-dir. Tahir, Sahib, Vaqif bilirdi ki, biz biletləri qanunsuz alıb-satırıq.

2008-ci ilin noyabr-dekabr aylarında Binə Hava Limanından şirkət meneceri olan bir nəfər türk tanışımı yola salırdım. Onun üçün "Sindibad” aviakassasından qanuni bilet almışdım. Həmin şəxsin adını xatırlamıram. O, "AZAL”ın Bakı-Ankara avia reysinə gecikirdi. Məni aeroportda gömrük işçiləri də tanıyırlar. Çünki dəfələrlə futbol komandalarının futbolçularını yola salmışam. Mən gömrük işçilərindən birinə yaxınlaşıb içəri, yəni biletlərin qeydiyyat yerinə keçmək istədiyimi bildirdim. Həmin gömrük işçisi mənə dedi ki, növbə rəisinə deyim, sonra səni içəri buraxaram. O, növbə rəisindən icazə alıb məni içəri buraxdı. Gömrük işçisini və növbə rəisini şəxsən tanımıram və adlarını bilmirəm. İçəri keçib qeydiyyat şöbəsinə yaxınlaşdım. Orada bir qadın oturmuşdu. Mənə dedilər ki, Hacıya yaxınlaş və onu mənə göstərdilər. Bildirdilər ki, Hacı sərnişin daşınması üzrə qeydiyyat şöbəsinin rəis müavinidir. Mən ona yaxınlaşıb tanış oldum, ona dedim ki, mənim adım Atadır. O da mənə adını deyib, bildirdi ki, Hacı Muraddır. Mən Murada dedim ki, ömrü boyu futbolçuları yola salmışam. Mənim bir nəfər adamım gələcək, onu yola salarsan. Murad da bildirdi ki, məni aeroportda görüb, tanıyır. Mənə dedi ki, həmin vaxt parlamentin sədri uçur, reysi bağlayır. Adamım qeydiyyat qurtaranadək çatsa, onu yola salar, əgər geciksə, onu gözləməyəcək. Reysi bağladı. Ancaq necə oldusa, 15-20 dəqiqə reysi yubatdı. Mənim yola saldığım türk gəlib çıxdı və onu qarşılayıb yola saldı. Bunun üçün mən onun stolunun üstünə 25 ABŞ dolları qoydum, Hacı Murad həmin pulu götürüb qeydiyyatdakı qadının stolunun üstünə qoydu. Murad özünün telefon nömrəsini mənə verdi. Onun nömrəsi 050-214-lə başlayır. Axır rəqəmlərini xatırlamıram. Muradın başqa bir telefon nömrəsi 050-216-05-30 və ya 050-206-05-30-dur. Öz telefonumdan çıxarıb, onun dəqiq nömrəsini istintaqa bildirəcəm. Bundan sonra Murada dedim ki, şəhərə gələndə mənə zəng elə, görüşək, sənə yaxşı bir iş verəcəm. Bu danışığımızdan bir həftə-10 gün sonra o, şəhərə gəlib mənə zəng etdi. Onunla 28 May küçəsi 11 saylı evin 20-ci mənzilindəki çayxanamızda görüşdük. Təxminən nahar fasiləsi vaxtı idi. Murad dedi ki, acmışam, yemək hazırlat, mən toyuq bişirtdirdim, aşağıdakı otaqda oturub yemək yedik. Mən Murada dedim ki, mənim tez-tez Bakıdan xaricə uçan adamlarım olacaq, onların yükü çox olanda qiymətində onlara güzəşt edərsənmi, təyyarədə onlara yaxşı yer verərsinizmi. Murad da dedi ki, heç bir problem yoxdur, edərəm, ancaq bu işdə mənim xeyrim nə olacaq. Mən ona təklif etdim ki, "Türk Hava Yolları” ilə yola salacağım hər bir şəxs üçün ona 50 ABŞ dolları, "AZAL” və "Aeroflot”la yola saldığım adamlar üçün isə 25 ABŞ dolları ödəyəcəyəm. Murad da mənim təklifimlə razılaşdı. Əvvəl 5-6 nəfəri yola saldım. Onunla yola saldığım şəxslərdən Mirdaməd Ağayevi və onunla uçan 2 nəfər uşağı, yəni Elçin Paşayev, Xaləddin Paşayev, Vaqif Qubatovu, mənim özümü, anamı, yoldaşımı, gəlinimizi, qardaşım Elnuru, Hacı Sahibi və onunla birlikdə uçan 5 nəfərə yaxın şəxsləri, Emin Abdullayevi və adlarını xatırlamadığım çoxlarını göstərə bilərəm.

Mənim qanunsuz elektron aviabilet aldığım şəxsləri qeydiyyatdan keçirib yola salmaqda köməklik etdiyinə görə 2009-cu ilin yay aylarından, təxminən avqust ayından 2009-cu ilin yanvar ayının əvvəllərinədək olan dövr ərzində Hacı Murada 2 min ABŞ dolları, ondan da bir az çox pul vermişəm. Mən özüm və ailə üzvlərim uçanda o, məndən daha çox pul alırdı. Bəzən olurdu ki, bir nəfərə görə 100 dollar alırdı. Bəzən olurdu ki, elektron biletlə yola saldığım sərnişinlər həmin biletlə uça bilməyib geri qayıdırdılar. Onda Hacı Murad mənimlə görüşüb dedi ki, sənin yola saldığın şəxslər üçün biletləri kim yazır, mən də ona dedim ki, gələrsən yanıma, görüşüb sənə deyərəm. Murad mənim yanıma gəldi və onunla görüş zamanı mənə dedi ki, yola saldığın adamların biletlərinin dəyəri oğurlanmış kredit kartları ilə ödənilib. Mən ona dedim ki, ola bilməz. Həmin vaxt 2008-ci ilin yay-payız ayları idi. Mən qısaqol köynək geyirdim. Onun yanında Vaqifi yığdım. Ondan soruşdum ki, mənim vasitəmlə satdığı elektron biletlərin dəyəri oğurluq kredit kartları ilə ödənilir? Vaqif isə mənə dedi ki, ola bilməz, sərnişinin adı pozulub, tez adı mənə ver, yenidən onun adına bilet yazım. Həmin gün 3 nəfər sərnişin dala qayıtmışdı. Bundan sonra Hacı Murad mənə dedi ki, sən mənə az pul verirsən, mən bu pulla razılaşmıram, mənə sərf eləmir, bu xidmətimə görə mənə çox pul verməlisən. Dedi ki, verdiyin pul heç mənim benzinimi ödəmir. Murad mənə dedi ki, indən sonra sənin yola saldığın adamların adlarını 6-8 saat qabaq mənə de ki, mən onların uçub-uçmayacaqlarını sənə bildirim. Onunla razılaşdıq və həmin görüşdən sonra belə də etdik.

Xidmətlərinə görə ona verdiyim pulları da həmişə gəlib 28 May küçəsindəki obyektimizdə götürüb. Onunla həmişə obyektimizin qabağında görüşüb pulu vermişəm. Elektron bilet satıb, yola saldığım şəxslər bəzən mənə zəng edib deyirdilər ki, qeydiyyat şöbəsinə yaxınlaşıb, qeydiyyatdan keçmək istəyirlər, lakin adları uçacaq şəxslərin siyahısında yoxdur. Mən Hacı Murada zəng edirdim. O, hansısa kodu yığıb, onların adını tapır və qeydiyyatdan keçirib uçmalarını təşkil edirdi. Bəzən isə özü növbədə olmayanda başqa şəxslərə zəng edib tapşırırdı, həmin şəxslər də mənim adamlarımın uçmasına kömək edirdi. Lakin mən həmin şəxsləri tanımıram və adlarını bilmirəm. Murad 2008-ci ilin noyabr ayının axırları, dekabr ayının əvvəllərində məni metronun "Gənclik” stansiyasının yaxınlığındakı meydana çağırdı, maşını dayanacaqda saxlayıb mənimlə görüşdü. Onun qara rəngli, "Lexsus” markalı, 003 nömrə nişanlı maşınında oturduq. Məndən telefonumu aldı və batareyasını çıxarıb salona atdı. Sonra isə öz telefonunun da batareyasını çıxarıb atdı. Bundan sonra mənə dedi ki, sənin xəbərin var, bütün Bakı səni tanıyır, MTN bu işdə adamlar həbs edir, hamı bilir, sən bu işlərlə məşğulsan. Mən dedim ki, Murad, burada nə var ki, sən özün bilirsən ki, bu işlər necə gedir, qiymətini qaldırmaq istəyirsən, əgər bunu istəyirsənsə problem deyil, qaldır, amma belə hərəkət eləmə. Bundan sonra ona kontur istəyəndə əlavə olaraq kontur alıb göndərirdim, 25 dollar yox, bir az çox pul göndərirdim. Yenə də o, mənim göndərdiyim sərnişinlərə uçmaqda köməklik göstərməkdə davam etdi. 2008-ci ilin dekabr ayından sonra da Murad mənim göndərdiyim sərnişinləri yola salırdı. "Sibir hava yolları” ilə yola saldığı sərnişinlər üçün isə 30 dollar alırdı. Bəzən olurdu ki, 3-4 gün sərnişin olmurdu, özü tez-tez mənə zəng edib deyirdi ki, sərnişin göndər, kasıbçılıqdır. Hacı Murad hava limanında növbədə olur. O, əvvəllər Səbayel rayonu 39-cu polis bölməsinin rəisi olub, hazırda təqaüddə olan Dədəhəsən Rzayevin kürəkənidir, onun qızı ilə evlənib. Bəzən sərnişin olmayanda Murad mənə zəng edib deyirdi ki, 10 nəfərlik boş yer var, sən müştərilərin üçün səhəri günə bilet yazdır, mənə de, mən onların biletlərinin tarixlərini bu günə dəyişərəm. Elə də edirdik. Mən bu günə bilet istəyənlər üçün səhərə bilet yazdırırdım, Murad isə onları həmin günə dəyişdirib uçuşlarını təşkil edirdi. Murad biletləri aeroportda kassada işləyən Həcixanım adlı qadın vasitəsilə dəyişdirirdi. Həmin Həcixanıma hələ də 25 ABŞ dolları borcluyam, lakin Həcixanım bizim elektron biletləri qanunsuz əldə etdiyimizi bilmirdi...


("Yeni Müsavat")

Oxunub: 775
Paylaş:
Digər xəbərlər

Xəbərlər

16-03-2021, 10:53

Ata Abdullayev bu KRİMİNAL DƏSTƏNİN üzvü olub

Xəbərlər

12-02-2021, 12:02

Müharibədən öncə oğurluqda təqsirləndirilən qazi həbs edildi - 3 medal alıb - FOTO

Xəbərlər

27-12-2018, 10:12

Azərbaycanda daha bir general həbs olundu - SON DƏQİQƏ!

Manşet / Gündəm / Xəbərlər

15-06-2018, 11:49

Uşaqları döyən tərbiyəçi ilə bağlı qərar verildi - Həbs

Manşet / Xəbərlər

30-05-2018, 08:23

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Şirvan şəhər şöbəsinin əməkdaşı tutulub.

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
20 il beyinsiz yaşadı
Baş və boyun xərçənginə niyə gec diaqnoz qoyulur?
Ərazi bütövlüyümüz belə bərpa olunmalıdır - Paşinyan
Güclü immunitetin resepti: hər gün bir kasa qatıq və bir stəkan kefir
Rusiya ilə sülh danışıqları dayandırılıb – Kislitsya
Onların həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır
Son xəbərlər
  • Dünən, 22:02
    20 il beyinsiz yaşadı
  • Dünən, 21:34
    Baş və boyun xərçənginə niyə gec diaqnoz qoyulur?
  • Dünən, 20:23
    Ərazi bütövlüyümüz belə bərpa olunmalıdır - Paşinyan
  • Dünən, 18:14
    Güclü immunitetin resepti: hər gün bir kasa qatıq və bir stəkan kefir
  • Dünən, 17:15
    Rusiya ilə sülh danışıqları dayandırılıb – Kislitsya
  • Dünən, 16:38
    Onların həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır
  • Dünən, 15:22
    Meyvələri qaynar su ilə yumaq sağlamlıq üçün təhlükəlidir
  • Dünən, 14:04
    İrandan Zəngəzur dəhlizi ilə bağlı yeni AÇIQLAMA
  • Dünən, 13:55
    C-130 təyyarəsinə xarici müdaxilə… – İlkin hesabat yayıldı
  • Dünən, 12:03
    Eksimer lazer əməliyyatı nədir? Hansı riskləri var?
  • Dünən, 11:21
    Təyyarə qəzasının səbəbi bu ola bilər – Yeni versiya ortaya çıxdı
  • Dünən, 10:17
    İsrail İranla uzun sürəcək müharibəyə hazırlaşır
  • Dünən, 09:16
    Endokrinoloq hormonal balanssızlığın təhlükəli əlamətlərini açıqladı
  • 11-11-2025, 22:41
    Bu ay hansı BÜRCLƏRİN xəyalları gerçəkləşəcək?
  • 11-11-2025, 21:18
    Baş beyin şişi niyə yaranır və müalicəsi mümkündürmü?
  • 11-11-2025, 20:07
    Tramp Suriya Prezidenti ilə razılığa gəldiyini elan etdi - Yeniləndi
  • 11-11-2025, 19:15
    Qaragöl döyüşlərində nə baş verib? – Ordumuz irəliləyərkən...
  • 11-11-2025, 18:08
    Ürəyi 35 dəqiqə dayanan kişi möcüzəvi şəkildə həyata qaytarıldı
  • 11-11-2025, 17:42
    Azərbaycandan Türkiyəyə uçan hərbi təyyarə qəzaya uğradı: ölənlər var
  • 11-11-2025, 16:16
    İşdən icazə almaq asanlaşdı – Yenilik
  • 11-11-2025, 15:51
    Hər gün qəhvə və çay içmək bu riski azalda bilər
  • 11-11-2025, 14:22
    İsraildən Livana yeni tələb – Hər evdə axtarış aparılsın
  • 11-11-2025, 13:07
    Qazaxıstanda qəzaya uğrayan təyyarəmizə bu üç abidədən biri ucaldılacaq
  • 11-11-2025, 12:53
    Divertikulit Nədir? Əlamətləri, Səbəbləri və Müalicəsi
  • 11-11-2025, 11:12
    Şaraya qarşı 2 sui-qəsd cəhdinin qarşısı alındı
  • 11-11-2025, 10:25
    Paşinyandan yeni həmlə – Ermənistan üçün növbəti hədəf elan olundu
  • 11-11-2025, 09:09
    Hər gün limon suyu içməyin bədənə 7 təsiri
  • 10-11-2025, 22:39
    Süni intellekt xərçəngi əvvəldən proqnozlaşdırmağı öyrəndi
  • 10-11-2025, 21:10
    İstirahət günlərində nəyə görə xəstələnirik?
  • 10-11-2025, 20:23
    Əliyev onların səhvini belə düzəltdi: Azərbaycan üçün fəlakət ssenarisi…
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə