ARB TV-nin “Səhər-səhər” verilişində əməkdar artist Könül Kərimova tənqid edilib.
Metbuat.az xəbər verir ki, proqramın aparıcısı Rövşanə Ağasəfqızı müğənninin montaj olunduğunu göstərən kollaj vasitəsilə fotoşəkillərini efirin manitorlarına verib və tənqid edib:
“Xanım müğənnilərin şəkillərini fotoşop etməsi nəyə lazımdır?! Könül Kərimova özü yaraşıqlı xanımdır, onun elə ətli-canlı olmasının da bir marağı var. Bəlkə heç özü eləməyib? Açıq-aydın görünür ki, necə montaj ediblərsə qapı da əyilib”.