Bu təbii qarışım iltihab, mikrob, bakteriya əleyhinə güclü vasitədir. Sintetik antibiotiklərdən fərqli olaraq, heç bir əks təsiri yoxdur, mədə-bağırsağı pozmur, qaraciyəri yükləmir.
Sarıkök – 150-dən çox aktiv maddəni özündə birləşdirir. Güclü kanserogen əleyhinə - onkoloji xəstəliklərə qarşı təsiri var.
Sarıköklə təmiz balı qarışdırdıqda, siz dünyanın super dərmanını əldə etmiş olacaqsız.
Medicina.az dərmanın reseptini təqdim edir.
150 qr təmiz bala 1 xörək qaşığı sarıkök qatıb qarışdırıb şüşə bankaya tökün. İstifadəsi: 1-ci gün yarım çay qaşığı hər saatda. 2-ci gün: yarım çay qaşığı hər 2 saatdan bir. 3-cü gün: yarım çay qaşığı gündə 3 dəfə.
Qarışımı birbaşa udmayın, ağızda saxlayıb əridin.