• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Eyni adamı dəfələrlə yuxuda görmək nə deməkdir?
Keçəlliyə çarə MİN illik bitkidən gəldi: Saç follikullarını yenidən aktiv böyüdə bilər
Fransanın Rusiya ilə bağlı sirri faş oldu - Moskva Makronu biabır etdi
Özbəkistanın iki kəndi Qırğızıstana verildi – SƏBƏB
Endokrinoloq hormonal balansı pozan vərdişləri açıqlayıb
Brüsseldə “Taliban”la qapalı görüş – Nə baş verir?
Rusiya Ukraynada niyə uğursuzluğa düçar olur?
Ağac yarpaqları ilə müalicə - Unudulan şəfa sirləri
Rusiya rəsmən açıqladı: Bu tarixdə Avropa ilə müharibə başlayacaq
ABŞ icazə verdi: İran 60 gün ərzində…
Hər gün ananas yeyənlər xəstəlik üzü görmür: İltihabın kökünü kəsən tropik möcüzə
Paşinyan Qarabağ ermənilərinə nifrət edir? – Sensasion hesabat hazırlandı
Bakıya içməli su bu qaydada veriləcək – Rəsmi
Arıqlamaq üçün ən yaxşı meyvələr hansılardır? - Mütəxəssislər izah edir
"Qanım şirindir" deyənlərin nəzərinə: Alimlər ağcaqanadların insan seçmə sirrini açdı
Ekspert izah edir: Yuxuya gedərkən hiss edilən ağrı xərçəngin əlaməti ola bilər
Yeni böhran: Polşa və Ukrayna düşmənə çevrilir?
Hindistan bunu etsə, müharibəyə başlayacağıq
Qabıqlanma, sədəf, eqzema: Saç və dəri sağlamlığını məhv edir
Almaniyada Rusiya ilə bağlı qarşıdurma: Göbbelslə eyni dildən istifadə edirik
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Ən yayılmış qadın xərçəngi: simptomlar, müalicə, profilaktika

Səhiyyə

8-02-2023, 17:16

Ən yayılmış qadın xərçəngi: simptomlar, müalicə, profilaktika



Qadınlarda süd vəzisi xərçənginin əmələ gəlməsi ya bilavasitə qadın orqanizmi, yəni daxili ( endogen) faktorlarla, ya da ətraf mühitdən təsir edən amillərlə əlaqədardır.

Daxili faktorlar dedikdə, qadın reproduktiv sisteminin vəziyyəti, menstruasiya dövrünün erkən, yəni 12 yaşdan tez başlanması, menopauzanın gec-təxminən 50-55 yaşdan sonra yaranması, doğuşların sayının az olması, sonsuzluq, ginekoloji anamnezli bir neçə abortun, o cümlədən ilkin doğuşun 35 yaşdan sonra olması nəzərdə tutulur.

Bununla yanaşı, qadınların laktasiya dövründə körpələrinə süd verməkdən imtina etməsi, qaraciyər, qalxanvarı vəzi, böyrək, böyrəküstü vəz, hipofiz və hipotalamusun xəstəlikləri, piylənmə, bəzi ginekoloji problemlər də bu faktorlara aiddir. Bundan başqa vaxtında aşkar olunmamış və müalicə edilməmiş hormonal dəyişikliklər, yumurtalıqlarda gedən dishormonal proseslər, xroniki iltihabi xəstəliklər və s. də süd vəzisi xərçənginin əmələ gəlməsinə səbəb olur. Həmçinin saz intensivlikli faktorlara süd vəzinin travma almasını, mastitləri, süd vəzisində nə vaxtsa aparılmış əməliyyatları, həmin orqandakı axardaxili papillomaları, bəzi xoşxassəli şişləri nümunə göstərmək olar. Bu problemlər uzun müddət aşkar və müalicə olmadıqda xərçəng əmələ gətirə bilir.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının süd vəzi cərrahiyyəsi şöbəsinin müdiri, Onkologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Nigar Mehdiyeva məlumat verib.

- Süd vəzisi xərçənginə ən çox hansı yaş qruplarında rast gəlinir?

- Süd vəzisi xərçənginə ən çox ortayaşlı və yaşlı qadınlar arasında rast gəlinir. Kişilər arasında da bu xəstəlik müşahidə olunur. Lakin bu rəqəm ümumi nəticənin 0,7-1 faizinə bərabərdir. Qadınlarda erkən rast gəlinən süd vəzisi xərçəngi 40 yaşadək olan dövrü əhatə edir. Bunların əksəriyyəti irsi genetik mutasiyalar nəticəsində yaranır. Lakin bu o demək deyil ki, əgər nəsildə kimdəsə, bu xəstəlik varsa, həmin nəslin bütün qadınlarında xərçəng aşkar olunacaq. Birinci dərəcəli qohumlar arasında müşahidə olunan müəyyən əlamətlər ailə həkiminin nəzarəti altında olmağı tələb edir. Xərçəngin hansısa növündən əziyyət çəkən hər bir şəxsin ailə üzvləri də mütəmadi olaraq həkim kontrolundan keçməli, genetik müayinə olunmalıdır. Çox yüksək risk qrupuna alkoqollu içki içənlər və siqaret çəkənlər aiddir. Bir çox ölkələrdə aparılan tədqiqatlar nəticəsində məlum olub ki, alkoqoldan və siqaretdən istifadəni azaltmaqla süd vəzisi xərçəngi riskini 6 faiz aşağı salmaq olar.

- Xəstəliyin simptomları hansılardır?

- Əfsuslar olsun ki, xəstəliyin erkən mərhələdə qeydə alınan spesifik simptomları yoxdur. Lakin əgər qadın süd vəzisində hər hansı törəmə hiss edirsə, gilədən xüsusilə qanlı ifrazat gəlirsə, daimi ağrılar, qızartı, süd vəzisinin ölçülərinin böyüməsi və ya kiçilməsi, şişkinlik, qoltuqaltı və körpüüstü nahiyələrdə böyümüş törəmələrin və ya limfa düyünlərində dəyişiklik hiss olunursa həkimə müraciət etmək lazımdır. Bundan əlavə gilə və ariolada hər hansı bir dəyişikliyin, pulcuqlamanın, yaralanmanın olması, dərinin, gilənin içəriyə çəkilməsi də xərçəngin simptomları arasındadır.

- Xəstəliyi ağırlaşmadan nə cür müəyyən etmək olar?

- Süd vəzi skrininqi onun erkən mərhələdə aşkar olunması üçün vacib üsullardandır. Həm xərçəngin yaranmasının, həm də gecikmiş hallarda aşkarlanmasının qarşısını almağa kömək edən bu metod illər ərzində özünü doğruldub. Ümumiyyətlə, 40 yaşdan sonra qadınlar ildə bir dəfə mamoqrafiya və ultrasəs müayinəsindən, 40 yaşadək olanlar isə heç bir patologiya yoxdursa, ildə bir dəfə ultrasəs müayinəsindən keçməlidirlər. Həmçinin mamoloqun nəzarəti altında olmaq tövsiyə edilir. Ümumiyyətlə, süd vəzisi xərçənginin müxtəlif formaları var. Aqressiv formasına interval xərçəngi də deyirlər. Yəni bu növ iki mamoqrafiya müayinəsi arasında meydana gəlir.

- Xəstəliyin hansı mərhələdə aşkarlanması müalicəni daha effektiv edir?

- Xəstəlik nə qədər tez aşkarlanarsa, müalicə bir o qədər effektiv və uğurlu olar. Ümumiyyətlə, xərçəngin inkişaf mərhələsinə keçməsi qənaətbəxş hesab edilmir. Birinci və ikinci A mərhələsində, o cümlədən epiteldaxili mərhələdə xəstənin 5 illik yaşam göstəriciləri 95-97 faizə bərabər olur. Dördüncü mərhələ uzaq metastazların olması mərhələsidir. Lakin bu ölüm hökmü kimi qəbul edilməməlidir. Müasir terapiyaların köməyi ilə xəstəlikdən əziyyət çəkənlər yaşamaq şansı əldə edirlər.

- Süd vəzisi xərçəngi ilə mübarizə aparan qadınların bir qorxusu var, həmin orqanın amputasiyası... Bu barədə nə deyə bilərsiniz?

- Süd vəzisi əməliyyatı radikal əməliyyatdır. Süd vəzisinin limfa düyünləri ilə birgə götürülməsi mastektomiyadır. Qadınlar kosmetik cəhətdən bu əməliyyata razılıq vermirlər. Mastektomiyadan getdikcə daha az hallarda istifadə olunur. İndiki zamanda bir sıra orqansaxlayıcı əməliyyatlar, kimyəvi dərman terapiyası, şüa terapiyası, hədəf terapiyası mövcuddur. Lakin bəzən müalicələr istənilən nəticəni vermədikdə xəstənin həyatı və sağlamlığı daha vacib olur ki, bu zaman mastektomiya əməliyyatı icra edilir.

- Sonda qadınlara tövsiyələriniz...

- İstənilən qadın 18 yaşdan başlayaraq öz orqanizminə diqqət yetirməlidir. Süd vəzisində hər hansı bir narahatlıq, problem varsa, həkimə, mamoloqa müraciət etməlidir. Bundan əlavə, qadınların özünümüayinə üsulları var. Güzgünün qarşısında dayanıb, əllər başın arxasında və beldə olan vəziyyətdə süd vəzilərinin forması, yerləşməsi, ölçüsü, gilələrin vəziyyəti, dəridə olan dartılma və yerdəyişmələrinə baxılmalıdır. Bu müayinə həm ayaq üstə, həm oturaq, həm də uzanıqlı vəziyyətdə aparılmalıdır. Ən yaxşısı duş alarkən sabunlu əllə süd vəzisinin yoxlanılması, bərkimə, ağrı, törəmə varsa, həkimə müraciət etmək vacibdir.

Oxunub: 1 308
Paylaş:
Digər xəbərlər

Səhiyyə

20-04-2020, 18:51

Qadınlarda hormonal pozulmalar və sonsuzluq

Səhiyyə

16-10-2019, 18:30

Bu 5 amil süd vəzisi xərçəngini yaradır

Səhiyyə

8-07-2019, 14:17

Ana tərəfdən nəsildə süd vəzisi xərçəngi varsa...

Səhiyyə

5-05-2019, 11:20

Ana tərəfdən nəsildə süd vəzisi xərçəngi varsa...

Araşdırma

2-04-2019, 09:41

Süd vəzisi xərçəngi bu İKİ SƏBƏBDƏN YARANIR: 200 min qadın... – ŞOK TƏDQİQAT

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Eyni adamı dəfələrlə yuxuda görmək nə deməkdir?
Keçəlliyə çarə MİN illik bitkidən gəldi: Saç follikullarını yenidən aktiv böyüdə bilər
Fransanın Rusiya ilə bağlı sirri faş oldu - Moskva Makronu biabır etdi
Özbəkistanın iki kəndi Qırğızıstana verildi – SƏBƏB
Endokrinoloq hormonal balansı pozan vərdişləri açıqlayıb
Brüsseldə “Taliban”la qapalı görüş – Nə baş verir?
Son xəbərlər
  • Dünən, 22:39
    Eyni adamı dəfələrlə yuxuda görmək nə deməkdir?
  • Dünən, 21:22
    Keçəlliyə çarə MİN illik bitkidən gəldi: Saç follikullarını yenidən aktiv böyüdə bilər
  • Dünən, 20:03
    Fransanın Rusiya ilə bağlı sirri faş oldu - Moskva Makronu biabır etdi
  • Dünən, 19:24
    Özbəkistanın iki kəndi Qırğızıstana verildi – SƏBƏB
  • Dünən, 18:53
    Endokrinoloq hormonal balansı pozan vərdişləri açıqlayıb
  • Dünən, 17:31
    Brüsseldə “Taliban”la qapalı görüş – Nə baş verir?
  • Dünən, 16:20
    Rusiya Ukraynada niyə uğursuzluğa düçar olur?
  • Dünən, 15:32
    Ağac yarpaqları ilə müalicə - Unudulan şəfa sirləri
  • Dünən, 14:32
    Rusiya rəsmən açıqladı: Bu tarixdə Avropa ilə müharibə başlayacaq
  • Dünən, 13:42
    ABŞ icazə verdi: İran 60 gün ərzində…
  • Dünən, 12:43
    Hər gün ananas yeyənlər xəstəlik üzü görmür: İltihabın kökünü kəsən tropik möcüzə
  • Dünən, 10:21
    Paşinyan Qarabağ ermənilərinə nifrət edir? – Sensasion hesabat hazırlandı
  • Dünən, 10:11
    Bakıya içməli su bu qaydada veriləcək – Rəsmi
  • Dünən, 09:07
    Arıqlamaq üçün ən yaxşı meyvələr hansılardır? - Mütəxəssislər izah edir
  • 22-06-2026, 22:49
    "Qanım şirindir" deyənlərin nəzərinə: Alimlər ağcaqanadların insan seçmə sirrini açdı
  • 22-06-2026, 21:55
    Ekspert izah edir: Yuxuya gedərkən hiss edilən ağrı xərçəngin əlaməti ola bilər
  • 22-06-2026, 20:56
    Yeni böhran: Polşa və Ukrayna düşmənə çevrilir?
  • 22-06-2026, 19:32
    Hindistan bunu etsə, müharibəyə başlayacağıq
  • 22-06-2026, 18:13
    Qabıqlanma, sədəf, eqzema: Saç və dəri sağlamlığını məhv edir
  • 22-06-2026, 17:39
    Almaniyada Rusiya ilə bağlı qarşıdurma: Göbbelslə eyni dildən istifadə edirik
  • 22-06-2026, 16:01
    Yaxın Şərqdə yeni dövr: İran macərasının bədəli - ABŞ Ərəb monarxiyaları ilə qarşıdurmada
  • 22-06-2026, 15:28
    İnfarktdan sağ çıxan adamlar – Bir neçə saat əvvəl bunu yeyiblər
  • 22-06-2026, 14:08
    İran-ABŞ gərginliyi Bakıya nə vəd edir? – Kritik məqamlar
  • 22-06-2026, 13:52
    Zelenski bu ölkəni hədələdi: Ukrayna olmasa, sizi heç kim müdafiə edə bilməz
  • 22-06-2026, 12:41
    Kimlər qan üçün donor ola bilməz?
  • 22-06-2026, 11:35
    Bu xəstəlik daşıyıcıları hərbi xidmətə yararlıdır - Rəsmi
  • 22-06-2026, 10:16
    "İnqilab başladı, Makron devrildi!” - İki polis güllələndi
  • 22-06-2026, 09:07
    Sinir problemlərinin arxasında bu 3 xəstəlik gizlənə bilər
  • 21-06-2026, 22:13
    “Yadplanetlilərin hücumu” - Milyonlarla braziliyalıya mesaj göndərildi
  • 21-06-2026, 21:51
    Beynin "Ölü nöqtəsi" varmı? - Alimlər tapıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə