İlin əvvəlindən doğulan üçəmlərin sayı açıqlanıb.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, cari ilin yanvar-mart aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 29 179 doğulan körpə qeydə alınmış və əhalinin hər 1 000 nəfərinə bu göstərici 11,8 təşkil edib.
Doğulanlar arasında cins nisbəti oğlanlarda 53,1 faiz, qızlarda isə 46,9 faiz olub. Körpələrdən 902-si əkiz, 42-si isə üçəm doğulanlardır.