Xəbərlər



Qripin müalicəsində bu dərmanlardan istifadə etmək olmaz - Həkimdən xəbərdarlıq
Qripin müalicəsində bu dərmanlardan istifadə etmək olmaz - Həkimdən xəbərdarlıq


"Qrip və digər virus infeksiyalarının müalicəsində antibiotik tərkibli dərmanlar təyin edilə bilməz”.

Sfera.az bildirir ki, bunu həkim-terapevt Rəhilə Əliyeva deyib. O, bunun yanlış yanaşma olduğunu vurğulayıb:

"Yalnız virus xəstəliklərin gedişinə bakterial infeksiya qoşulduğu zaman antibiotik tərkibli vasitələrdən istifadə etmək olar. Qripin müalicəsində antibiotiklərin heç bir rolu yoxdur. Qrip və virus zamanı vitaminlərdən istifadə edərək immun sistemini gücləndirmək daha məqsədə uyğun sayılır”.

Mütəxəssis qeyd edib ki, insanlar müəyyən miqdarda vitaminlər qəbul edərək immun sistemini gücləndirə və xəstəliklərdən uzaq ola bilərlər.
Baxış sayı: 134