Xəbərlər



Ürək və damarlar üçün SUPER-MƏHSUL
Ürək və damarlar üçün SUPER-MƏHSUL

Mütəxəssislər yayda daha çox gilas yeməyi tövsiyə edirlər.

Ailehekimiklinikasi.az saglamolun.az-a istinadən bildirir ki, diyetoloqlar B qrupu vitaminləri, karotinoidlər, dəmir, fosfor, pektinlər, qidalı liflərlə zəngin olan gilası ürək və damarlar üçün çox faydalı hesab edirlər.

Gilas damarları təmizləyir, möhkəmləndirir, damarların elastikliyini artırır, damarların partlaması riskini azaldır, ürəyin sağlamlığını qoruyur, orqanizmə ümumi tonuslaşdırıcı təsir edir.

Həmçinin qilas pektinlərlə zəngindir. Pektinlər orqanizmi ziyanlı maddələrdən təmizləyir.

Kimə olmaz?

Faydalı xüsusiyyətlərə baxmayaraq artıq çəki, diabet, bağırsaq keçirilməzliyi, köpdən əziyyət çəkənlər, kiçik yaşlı uşaqlar və hamiləliyin 3-cü üçaylığında gilas yeməyi tövsiyə edilmir.
Baxış sayı: 46