ABŞ-ın Arkanzas ştatında yaşayan 23 yaşlı Çastiti Patterson adlı qız 4 il əvvəl vəfat edən atasının telefon nömrəsinə hər gün mesaj ünvanlayıb.
Redaktor.az xəbər verir ki, atasının ölümündən təsirlənən gənc, mesajlarında gündəlik həyat tərzindən bəhs edib. Gənc, atasının vəfatının 4-cü il dönümündə yenə də onun nörməsinə “Sabah mənim üçün çox çətin gün olacaq” sözləriylə başlayan mesaj ünvanlayıb.
Lakin o, atasını itirəndən sonra ilk dəfə göndərdiyi mesaja cavab alıb. Sən demə, həmin nömrəni uzun müddətdir Bred adlı şəxs istifadə edir. Qızın mesajından duyğulanan Bred mesaja cavab yazıb.
Cavabında ”Sənin atan deyiləm. Lakin hər gün səndən mesaj alıram” yazan Bred bildirib ki, o, illər əvvəl övlad acısı yaşayıb. Patteronun mesajları isə onun acısına sanki məlhəm olub.