Moskva kliniki uşaq xəstəxanasının baş həkimi İsmayıl Osmanov uşaqlara gündə 1-dən artıq alma verməyi məsləhət görmür.
Milli.Az medicina.az-a istinadən bildirir ki, o, bunu almanın uşaq həzm sistemini pozması, alma tumlarında olan sinil turşusunun isə uşaq orqanizmi üçün təhlükəli olması ilə izah edib.
"Uşaq gündə 1 almanı və ya 1 almanın şirəsini içməlidir, meyvənin tumlarını isə çıxarmaq lazımdır. Alma tumları həm də nəfəs yollarında tez-tez ilişir. Ümumiyyətlə, alma mədə-bağırsağı pozur, uşaqlara stəkanla alma şirəsi vermək düzgün deyil".