Xəbərlər



SON DƏQİQƏ: Sərnişin avtobusu yandı - Ölü və yaralılar var - ANBAAN VİDEO
SON DƏQİQƏ: Sərnişin avtobusu yandı - Ölü və yaralılar var - ANBAAN VİDEO


Türkiyənin Balıkesir vilayətində insan tələfatı ilə nəticələnən dəhşətli hadisə baş verib.

Redaktor.az yerli mənbələrə istinadən xəbər verir ki, hərəkətdə olan sərnişin avtobusunda baş verən yanğın nəticəsində 1-i uşaq olmaqla azı 5 nəfər həyatını itirib. Yaralılar var.

Dərhal hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb edilib. Onların səyi nəticəsində digər sərnişinlər xilas edilib. Hadisənin səbəbləri araşdırılır.

Baxış sayı: 1 094