Xəbərlər



Kaliy orqanizmə nə üçün lazımdır?
Kaliy orqanizmə nə üçün lazımdır?

Sizə insan orqanizmi üçün daha bir lazımlı mikroelement olan "kaliy" haqda məlumat vermək istəyirik.

O, orqanizmin su balansına, ürəyin işinə, əzələ və sinirlərin fəaliyyətinə cavabdeh sayılır. Həmçinin şişləri azaldır, təzyiqi normallaşdırır,şlaklardan azad edir və spazmları azaldır. Eyni zamanda beyni oksigenlə təmin edərərək həm fiziki, həm də əqli yorğunluğu azaldır. Bu mikroelementdən orqanizmində 250 qr vardır.

İnsan sağlamlığını qorumaq üçün gündəlik olaraq kaliy tərkibli məhsullar qəbul etməlidir. Gündəlik norma 1-2 qr təşkil edir. Orqanzimdə onun miqdarı fəsillərə uyğun dəyişərək, yaz aylarında az, payizda isə 2 dəfə artır.

Bədəndə bu mikroelement çatışmadıqda bu kimi əlamətlərlə qarşılaşa bilərsiniz: quru dəri, yaraların gec sağalması, qırılan saçlar, şişlər və əzələ ağrıları. Həmçinin bu çatışmazlıqdan təzyiqin aşağı olması, sümüklərin zəifləməsi, yuxusuzluq və depressiya kimi nəticələrə gətirə bilər.

Belə hallarda kaliy tərkibli qida məhsullarının rasionunuza artırılması məsləhət görülür. Hansı qida məhsullarında kalinin miqdarı çoxdur?

Bunlara ilk öncə meyvə və tərəvəzlər aid edilir. Həmçinin paxlalılar və dənli bitkilərdə də kalinin miqdarı çox sayılır.

Tərkibində bu mikroelementi zəngin olduğu meyvə və giləmeyvələr: portağal və mandarin, üzüm, alma, çiyələk, banan, yemiş, qarpız, itburnu, alça, qara və qırmızı qarağat. Kaliy həmçinin xiyar, kələm, turp, yulaf yarması və qozda var.

Qida məhsullarının tərkibində olan kaliy ziyansız sayılır, çünki sidiklə tez bir zamanda orqanizmdən xaric edilir. Lakin böyrəküstü vəzin normal işləmədiyində ürək funksiyasının pozğunluğuna, sidik ifrazının çoxalmasına və yüksək həyəcana səbəb ola bilər. Kalinin bədəndə normadan çox olması , hiperkalimiya da, bədənə ziyan vura bilir. Belə hallarda hüceyrələrin zədələnməsi, maddələrdə turşu-qələvi tərkibli pozuntuları, böyrək işinin pozulamsı, şok, yuxusuzluq, aritmiya, mədə pozuntuları kimi problemlər ola bilir.

Bu element idmançılar üçün mütləq sayılır, belə ki fiziki məşğələlər zamanı ürək damar sisteminə yük düşür. Bu mikroelemet isə orqanların işini normallaşdıraraq, ürək ritmi və arterial təzyiqi tənzim edir.
Baxış sayı: 21