Xəbərlər



Çin sularında iki gəmi toqquşdu - 12 balıqçı itkin düşdü
Çin sularında iki gəmi toqquşdu - 12 balıqçı itkin düşdü

Çinin şərqində yerləşən Çjezyan əyalətinin sahillərində iki gəmi toqquşub. 12 nəfər itkin düşüb.

“RİA Novosti”nin məlumatına görə, bu barədə yerli rəsmilər məlumat verib.

İnsident yerli vaxtla 01:09 radələrində (Bakı vaxtı ilə 21:09) baş verib. Balıqçı gəmisi iri laynerlə toqquşaraq batıb. Gəminin göyərtəsində 14 nəfər olub. Onlardan yalnız iki nəfərin həyatını xilas etmək mümkün olub. Qalan balıqçılardan hələ də xəbər yoxdur.

Davam edən xilasetmə-axtarış əməliyyatına 20 balıqçı və xilasedici gəmi, iki helikopter səfərbər olunub.

Qəzanın səbəbləri hələlik aydın deyil.
Baxış sayı: 113