• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Təsdiqləndi: Yek kürəsinin bu qədər ömrü qalıb - Dağılmanın iki ssenarisi
Yatarkən etdiyiniz bu vərdiş sızanaqlara səbəb olur
Türkiyənin taleyini dəyişən olay: Ordu hərəkətə keçdi, sistem yeniləndi, iki il sonra…
Prezident Şuşada xüsusi vurğuladı: Avropa niyə Azərbaycana üz tutur? – Səbəblər
Diş minasını zədələməmək üçün bunları edin
Vuçiçin Kiyevə səfərinə Moskvadan reaksiya gəldi: Hər şey mümkündür
Türkiyə Yunanıstandakı çoxsaylı hədəfləri vura bilər - Afinada narahıtlıq
İsti hava insult riskini artırır - Həkimdən açıqlama
3 il əvvəl ortaya çıxdı, Bakıya qarşı proses başladı – Əliyevdən mühüm ANONS
Neftlə bağlı görünməmiş ssenari – Bir addım hər şeyi dəyişə bilər
Akupunktura nədir? - Hansı xəstəliklərə faydalıdır?
İranın "intiqam siyahısı" yayımlandı: Onlar ilk sıradadır
Yaponiya İkinci Dünya müharibəsindən bəri ilk dəfə bunu edəcək
Yaddaşı gücləndirmək istəyirsiniz? Günə bu qidalarla başlayın
Şirvanşahlar Sarayının 600 illik sirri açıldı: Qədim ovdanda...
Antibiotiklər niyə hər xəstəlikdə təsir etmir?
Serbiyadan Avropa İttifaqına qeyri-adi təklif: Bizi birləşdirin
Netanyahudan İrana: O günlər artıq geridə qaldı!
Limon otu xəstəliklərlə mübarizədə yeni ümid ola bilər
Küveytdə HHM-lər işə düşdü: Hədəflər zərərsizləşdirilir!
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Türkiyə Ermənistanı Rusiyanın ƏLİNDƏN ALIR? – Ərdoğan Paşinyana “SINAQ MÜDDƏTİ” qoyub

Xəbərlər

23-09-2021, 13:11

Türkiyə Ermənistanı Rusiyanın ƏLİNDƏN ALIR? – Ərdoğan Paşinyana “SINAQ MÜDDƏTİ” qoyub



Ermənistanın indiki rəhbəri sələfləri kimi “ikili” oyun oynayır, sülhdən danışsa da “2 erməni dövləti” xəyalı ilə yaşayır; Paşinyanın nala-mıxa vurmaq limiti bitir…
Gözlənildiyi kimi, Ermənistan formal “müstəqilliyinin” 30-cu ildönümünü matəm ovqatında qeyd elədi. Bir sıra avantürist erməni siyasətçiləri, həmçinin baş nazir Nikol Paşinyan həmin gün növbəti dəfə boş vədlərlə bədbəxt erməni xalqına yenə əsassız ümidlər verməyə çalışsalar da, bu, reallığı təbii ki, dəyişməyəcək. Ona görə ki, erməni cəmiyyətinin əksəriyyəti 44 günlük müharibədə Azərbaycanın möhtəşəm hərbi qələbəsindən və Türkiyənin bölgədə möhkəmlənməsindən sonra vəziyyətin fərqindədir.

Bu səbəbdən erməni elektoratının yarıdan çoxu 20 iyun 2021-ci il parlament seçkilərində kapitulyant Nikol Paşinyanın partiyasına səs verib onu qalib elədi. Yəni müharibəni yox, sülhü seçdi – Paşinyan bu dəstəyin mahiyyətini hələ də düz-əməlli anlamasa da, sülh yolunda, qonşularla barışıq yolunda 11 aydır real addımlar atmasa da.

Məsələn, srağagün İrəvanın Respublika Meydanında keçirilən “Müstəqillik günü” ilə bağlı tədbirdə çıxışı zamanı Paşinyan revanşist-radikal erməni xadimlərdən geri qalmayaraq və erməni xalqının sülh istəyinin əleyhinə gedərək, ölkəmizə qarşı ərazi iddiasını növbəti dəfə rəsmən bəyan edib, belə bir populist ifadə işlədib: “Biz məğlubiyyətimizi qələbəyə çevirməliyik. İki erməni dövləti var olduqca (?! – red.) qəhrəmanlarımız sağdır, ölməyib. Qarabağ və Ermənistan respublikaları inkişaf edirsə, demək, onlar boş yerə qurban getməyiblər. Çünki söhbət onların uşaqlarının, qardaşlarının və bacılarının vətənindən gedir”.

“İki erməni dövləti”ndən dəm vuran bu anormal (birini qurdular, qaldı o biri) guya indi Türkiyə ilə barışıq yolu tutmaq, onun lideri Ərdoğanla görüşmək istəyir…

*****

Diqqətçəkicidir ki, eyni gündə ABŞ-ın İrəvandakı səfiri Linn Treysi Ermənistan İctimai TV-yə müsahibəsində bu tezisi, yəni Ermənistanın Azərbaycana əsassız ərazi iddiasını, revanşizmi körükləyən növbəti fitnəkar fikir söyləyib. Sitat: “Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin eləməsi münaqişənin nizamlanmasının əsas prinsiplərindən biri olub və olaraq qalır”.

Hansı “Dağlıq Qarabağ xalqı”, hansı “öz müqəddəratı təyinetmə”?! Erməni ağzı ilə danışan bu yaşlı amerikalı qadın diplomat ağılınımı itirib, görəsən, yoxsa fil qulağında yatır, 11 ayda bölgədə hansı böyük geosiyasi gəlişmələrin baş verməsindən, o sırada artıq nəinki “Dağlıq Qarabağ xalqı”, ümumiyyətlə, Dağlıq Qarabağ anlayışının mövcud olmamasından, yalnızca Qarabağ inzibati-iqtisadi zonasının mövcudluğundan bixəbərdirmi?

Yəqin ki, ikincidir. Yoxsa ki, xanım Treysi, üstəlik, 10 noyabr üçtərəfli bəyanatını sırf “atəşkəs sənədi” adlandırmaqla onu əhəmiyyətsiz saymazdı. Halbuki heç Treysinin təmsil elədiyi dövlətin prezidenti Co Bayden, dövlət katibi Entoni Blinken belə mənasız və gerçəklə əlaqəsi olmayan ifadələr işlətmir…

*****

Bu yerdə “İt hürər, karvan keçər” deyib, eyni gündə baş vermiş başqa qat-qat önəmli açıqlamaya keçək.

Ərdoğan BMT-dəki çıxışında Azərbaycandan danışdı

Srağagün Türkiyə lideri Ərdoğön Treysinin vətəni ABŞ-da, Nyu-York şəhərində BMT Baş Məclisinin sessiyasındakı çıxışı zamanı bütün dünyaya bəyan elədi ki, Azərbaycan BMT TŞ-nin Qarabağa dair uzun illər yerinə yetirilməyən məlum qətnamələrinə uyğun surətdə özünün müdafiə hüququndan istifadə edərək işğala son qoyub. Bu, həm də ABŞ və onun İrəvandakı ifrat ermənipərəst səfirinə aydın mesajdır ki, “qatar” çoxdan gedib, yaxanızı cırmayın, erməni separatizminə və faşizminə dəstək verməkdən əl çəkin və beynəlxalq hüquqa, o sırada ölkələrin ərazi bütövlüyünə, vaxtilə özünüzün də səs verdiyiniz BMT qətnamələrinə sayğılı olun! Necə ki, Krım məsələsində Rusiyaya qarşı bu xüsusda Vaşinqton prinsipial mövqe tutur, hətta Moskvaya qarşı 8 ildir sanksiyalar tətbiq edir.

Bəs işğalçı Ermənistana, erməni separatizminə gələndə nə üçün ABŞ rəsmiləri valı çevirir, Azərbaycanı az qala, “işğalçı” qismində görürlər? Nədən erməni revanşistlərini ümidləndirib böyük sülhün əldə olunmasına, beləliklə də Ermənistanın öz əsas qonşuları Türkiyə və Azərbaycanla barışığına əngəl yaradır, erməni toplumunu təzədən radikallaşdırırlar?..

*****

Qriqori Trofimçuk: “Mixail Qorbaçov Azərbaycan üçün ikinci Hitlerdir” | Alpaninfo

Bu arada Ankara-İrəvan, Bakı-İrəvan barışığı üçün dialoqun mümkünlüyündən danışan rusiyalı politoloq Qriqori Trofimçuk bildirib ki, hazırda Paşinyan Rusiya təsirindən uzaqlaşmaq üçün situasiyanı düzgün tutmağa və ya hələlik Moskvanı dolayı yolla şantaj eləməyə çalışır.

KAİM.az-ın məlumatına görə, bu barədə o, Minval.az-a açıqlamasında söyləyib.

“Əslində Paşinyan həmişə bu üslubda hərəkət edib, burada qeyri-adi bir şey yoxdur. Daha maraqlısı, Ankaranın 2-ci Qarabağ müharibəsindən sonra Paşinyana təkliflər verməklə kölgədən çıxmasıdır. Ancaq Paşinyan konkret şərtləri yerinə yetirməklə”, – analitik deyib.

Beləliklə, Trofimçuka görə, Ankara Paşinyana “sınaq müddəti” qoyub və o da bu şərtləri yerinə yetirməyə hazır olduğunu əməldə tez bir zamanda təsdiqləməlidir.

“Söhbət ilk növbədə dəhlizlərin və kommunikasiyaların açılmasından gedir – hansı ki, həm də elə Moskvanın planına daxildir. Ərdoğanın özü prosesə qoşulduqdan sonra Paşinyanın nala-mıxa vurmağa vaxtı qalmayacaq və bunu özü də görünür yaxşı başa düşür”, – deyə ekspert vurğulayıb və onu da qeyd edib ki, “müəyyən qüvvələr nisbəti yarananda Türkiyə Ermənistanı Moskvanın əlindən almağa” çalışacaq.

*****

İqor Korotçenko Azərbaycanın öz əsgər və zabitlərinin həyatını qorumasına imkan verən amillər barədə danışıb - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu yerdə əlavə edək ki, digər bir tanınmış rusiyalı analitik İqor Korotçenko öz telegram kanalında yazmışdı ki, Nikol Paşinyan etibarlı adam deyil və ilk fürsətdəcə Rusiyaya “atacaq”.

Bunun belə olub-olmadığını yəqin ki, yaxın zamanlarda biləcəyik. Hələliksə Paşinyan da sələfləri kimi “ikili” oyununu oynamaqdadır. Yoxsul erməni xalqına yalnız növbəti fəlakət vəd edən, hətta barıt qoxusu verməyə başlamış qorxulu oyun… //musavat.com

Oxunub: 1 020
Paylaş:
Digər xəbərlər

Xəbərlər

8-06-2021, 02:22

Paşinyanın gizli ləqəbi açıqlandı: “Çaqqal” - Erməni baş nazir BU ÖLKƏNİN GİZLİ AGENTİ İMİŞ

Xəbərlər

25-05-2021, 07:55

Paşinyanın sonunu gətirəcək SENSASİON AÇIQLAMA

Xəbərlər

28-10-2020, 00:53

Nikol Paşinyan Azərbaycana qarşı növbəti dəfə belə SƏRSƏMLƏDİ

Xəbərlər

16-02-2020, 16:50

Paşinyan bu reaksiya ilə qarşılaşacağını gözləmirdi - SƏRT AÇIQLAMA

Xəbərlər

6-08-2019, 06:26

Paşinyan növbəti dəfə Azərbaycana MEYDAN OXUDU

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Təsdiqləndi: Yek kürəsinin bu qədər ömrü qalıb - Dağılmanın iki ssenarisi
Yatarkən etdiyiniz bu vərdiş sızanaqlara səbəb olur
Türkiyənin taleyini dəyişən olay: Ordu hərəkətə keçdi, sistem yeniləndi, iki il sonra…
Prezident Şuşada xüsusi vurğuladı: Avropa niyə Azərbaycana üz tutur? – Səbəblər
Diş minasını zədələməmək üçün bunları edin
Vuçiçin Kiyevə səfərinə Moskvadan reaksiya gəldi: Hər şey mümkündür
Son xəbərlər
  • Bu gün, 22:15
    Təsdiqləndi: Yek kürəsinin bu qədər ömrü qalıb - Dağılmanın iki ssenarisi
  • Bu gün, 21:28
    Yatarkən etdiyiniz bu vərdiş sızanaqlara səbəb olur
  • Bu gün, 20:35
    Türkiyənin taleyini dəyişən olay: Ordu hərəkətə keçdi, sistem yeniləndi, iki il sonra…
  • Bu gün, 19:26
    Prezident Şuşada xüsusi vurğuladı: Avropa niyə Azərbaycana üz tutur? – Səbəblər
  • Bu gün, 18:44
    Diş minasını zədələməmək üçün bunları edin
  • Bu gün, 17:51
    Vuçiçin Kiyevə səfərinə Moskvadan reaksiya gəldi: Hər şey mümkündür
  • Bu gün, 16:20
    Türkiyə Yunanıstandakı çoxsaylı hədəfləri vura bilər - Afinada narahıtlıq
  • Bu gün, 15:15
    İsti hava insult riskini artırır - Həkimdən açıqlama
  • Bu gün, 14:41
    3 il əvvəl ortaya çıxdı, Bakıya qarşı proses başladı – Əliyevdən mühüm ANONS
  • Bu gün, 13:11
    Neftlə bağlı görünməmiş ssenari – Bir addım hər şeyi dəyişə bilər
  • Bu gün, 12:34
    Akupunktura nədir? - Hansı xəstəliklərə faydalıdır?
  • Bu gün, 11:06
    İranın "intiqam siyahısı" yayımlandı: Onlar ilk sıradadır
  • Bu gün, 10:43
    Yaponiya İkinci Dünya müharibəsindən bəri ilk dəfə bunu edəcək
  • Bu gün, 09:00
    Yaddaşı gücləndirmək istəyirsiniz? Günə bu qidalarla başlayın
  • Dünən, 22:30
    Şirvanşahlar Sarayının 600 illik sirri açıldı: Qədim ovdanda...
  • Dünən, 21:21
    Antibiotiklər niyə hər xəstəlikdə təsir etmir?
  • Dünən, 20:58
    Serbiyadan Avropa İttifaqına qeyri-adi təklif: Bizi birləşdirin
  • Dünən, 19:32
    Netanyahudan İrana: O günlər artıq geridə qaldı!
  • Dünən, 18:04
    Limon otu xəstəliklərlə mübarizədə yeni ümid ola bilər
  • Dünən, 17:10
    Küveytdə HHM-lər işə düşdü: Hədəflər zərərsizləşdirilir!
  • Dünən, 16:49
    Ceyhun Bayramovun “Zəngəzur dəhlizi” açıqlaması İrəvanı silkələdi - Paşinyan izahat versin
  • Dünən, 15:52
    Panik atak və infarktı necə ayırd etmək olar?
  • Dünən, 14:08
    ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi
  • Dünən, 13:46
    Əliyevin Şuşadan dünyanı silkələyən bəyanatı...
  • Dünən, 12:21
    Qarın köpünün 5 gizli səbəbi
  • Dünən, 11:24
    Tramp Konqresi məlumatlandırıb: 60 günlük əməliyyat planı
  • Dünən, 10:43
    Qapıları bağlayırıq – Rusiya Avropada ən böyük müttəfiqini itirdi
  • Dünən, 09:07
    Yayda qida zəhərlənməsi – İlk yardım və nə vaxt həkimə müraciət etməli?
  • 13-07-2026, 22:19
    Dünyada ilk dəfə robot cərrahi əməliyyat etdi - İnsan köməyi olmadan
  • 13-07-2026, 21:21
    Qan şəkərini tarazlıqda saxlamaq üçün 3 sadə vərdiş
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə