• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Ermənistan həmin dəmir yolunu özü çəkəcək – Paşinyan açıqladı
Banklar şəxsi məlumatlarımızı niyə toplayır?
Kivini qabığı ilə yeməyin bu faydaları varmış...
Ay qırmızıya boyanacaq: Tarix və saat açıqlandı
Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun
Sərhəddə panika: Ermənilər “azərbaycanlılar edib” dedi, həqiqət ortaya çıxdı
Avropa böyük təhlükədə – İran bu iki ölkəyə hücum edə bilər
Yorğunluq və qulaqda, başda küy bu xərçəngdən ola bilər
Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...
NATO qəfil hərəkətə keçdi: 50-dən çox təyyarə Rusiya sərhədlərinə uçdu
Avokado ilə birlikdə bu 4 qidanı yeyin: Ürək və beyin üçün faydalıdır
Neft ölkələri üçün yeni çağırış: 3 qüvvə rəqabəti artırır – 15 illik plan
ABŞ-ın daha bir müttəfiqi üsyan etdi: Tramp 350 milyard dolları niyə istəyib?
Böyrək xəstəliyi: Əllər və ayaqlardakı əlamətlər
Avropa çalxalanır: iki ölkəyə hücum gözlənilir – Bu dəfə Rusiya deyil…
Ermənistan Azərbaycanla bağlı bunu planlaşdırır - 5 il ərzində...
Mixək çayı yaddaşa və stressə fayda verə bilərmi?
Bu içkilər insult yaradır - Həkim açıqladı
Gərginliyi azaltmaq üçün İranla əlaqə saxlayırıq - Qahirə
Erməni ordusunda intiharlar: Paşinyan qərarını verdi...
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Uşaqlara əlavə qida verərkən bunlara diqqət edin - PEDİATR TÖVSİYƏSİ

Səhiyyə

21-11-2020, 15:34

Uşaqlara əlavə qida verərkən bunlara diqqət edin - PEDİATR TÖVSİYƏSİ


Körpənin baş-boyun idarəsini tamamlaması, əl və göz koordinasiyasının inkişafı, oturmağa başlaması, çeynəmə və udma funksiyasının inkişafı, əlavə qidalara başlanması üçün zəruri pillələrdir.

Əlavə qidalarla birlikdə əmizdirməyə davam edilməlidir. Körpənin artan enerji ehtiyaclarının qarşılanmasında sadəcə ana südünün artıq kafi olmaması, uşağı fərqli dadı olan qidalara və uşağın dişləmə, çeynəmə bacarıqlarının inkişafına köməkçi olmaq üçün 6-cı ayda əlavə qidalara başlanması lazımdır. Əlavə qidaların hazırlanması zamanı təmizlik qaydalarına riayət olunmalıdır. Əllər bol su və sabunla yuyulmalıdır. Çiy tərəvəz və meyvələr yaxşıca yuyularaq hazırlanmalıdır. Bütün əlavə qidalar əmziklə deyil, qaşıq və ya fincanla verilməlidir. Əlavə qidalar gündəlik olaraq və evdə hazırlanmalıdır. Təbii olmayan, market məhsulu olan əlavə qidaları bir yaşından əvvəl körpənizə verməyin (qatıq, meyvə suyu, şorba və s. özünüz evdə gündəlik olaraq hazırlayın). Əlavə qidalara keçərkən, xüsusilə qatı qidaların verilməyə başlandığı dövrdə körpələr dilləri ilə qidaları itələyə bilər. Körpələrin istəmədən etdikləri bu hərəkət ümumiyyətlə, 7-ci ayda düzəlir. Uşağın qidanı qəbul etmək istəmədiyini fikirləşməyin. Əlavə qidalar əvvəl püre kimi verilərkən, daha sonra əzilmiş, ardından kiçik parçalara bölünmüş şəkildə verilərək körpənin fərqli strukturlardakı qidaları alması təmin edilməlidir. Uzun müddət püre formasında qidalar alan körpələrdə qatı qidalara keçərkən çətinliklər yaşanır. Körpələr 9-10 aylıq olduqlarında öz özlərini bəsləməyə icazə verilməli, qısa müddət üçün də olsa digər ailə fərdləri ilə süfrəyə oturdulmalı və evdə hazırlanmış qidalara öyrəşdirməyə başlanmalıdır.

Əlavə qida verərkən diqqət yetirmək lazım olan məqamlar:

Qidalar qaşıqla və ya fincanla, başlanğıcda az miqdarda verilərək zamanla artırılmalıdır. Yeni qidalar körpə ac ikən və günorta yeməyində sınanır. Fərqli qidalar ən az 3, əsasən 7 gün arayla sınanır. Verilən hər əlavə qida tək başına başlamalı və allergik simptomlara səbəb olub-olmadığı təqib edilməlidir. Qidalar təmiz və təzə bişmiş olmalıdır. Körpələr bəzi yeni qidaları qəbul etməyə bilərlər. Bu vəziyyətdə uşaq məcbur edilməməli və 2-3 həftə sonra təkrar sınanmalıdır. Duzlu, ədviyyatlı, allergiya vermə ehtimalı yüksək olan qidaları körpələrə vermək olmaz. Həddindən artıq lifli qidalar ilk 12 ayda məsləhət deyil. Alma və şaftalı püresi, düyü unu ilə pudinq, yoqurt və tərəvəz püresi ilk başlanacaq əlavə qidalardır. Allergiya vermə riski yüksək olan sitrus bitkiləri, yumurta, çörək, balıq və ət ilk veriləcək qidalar arasında olmamalıdır .

Hansı əlavə qidalar verilə bilər?

Başlanğıc əlavə qidalar qida dəyəri yüksək, yumşaq konsistensiyada, həzmi asan və aşağı allergik xüsusiyyətdə olmalıdır. Bu dövrdə veriləcək əlavə qidalar sıra ilə meyvə suyu və ya püresi, qatıq, tərəvəz püresi, şorbalar, pudinq, cem, bəhməz və körpə biskvitidir. Bir yaşına qədər olan dövrdə körpələrdə həzm problemlərinə, qan azlığına və allergik reaksiyalara gətirib çıxarması səbəbi ilə inək südü və baldan istifadə edilməməlidir.

Meyvə suyu və püresi: Körpəyə veriləcək ilk meyvə mövsümünə görə alma və ya şaftalıdır. Ərik, üzüm, banan, naringi, portağal, qarpız, qovun və kökün şirəsinə bir çay qaşığı miqdarında başlanır, daha sonra qədəri yavaş-yavaş artırılaraq püre şəklində 1-2 pay olaraq verilir. Uşaq meyvə suyunu qəbul etməkdə çətinlik çəkirsə, şirinləşdirmək üçün içinə cem və ya bəhməz qatıla bilər. Meyve püresi də eyni şəkildə qarışdırılaraq 1 pay olaraq verilə bilər. Meyvələr yaxşıca yuyulur, qabıqları soyulur, şüşə rəndədə rəndələnərək təmiz bir tənziflə suyu çıxardılaraq hazırlanır.

Qatıq: Körpələrin asan həzm edə bildiyi ən etibarlı əlavə qidalardandır. Ümumiyyətlə, 1-2 çay qaşığı olaraq başlanmalı, verilən miqdar hər gün yavaşca artırılaraq bir pay olaraq verilə bilər. Amma hər gün evdə təzə olaraq mayalanmalıdır.

Pudinqin hazırlanması: Üç çay qaşığı düyü unu, bir su stəkanı soyuq südün bir qismi ilə yaxşıca əzilir, qalan süd bu qarışığa əlavə edilir. Aramla yanan ocaqda bir az bərkiyənə qədər bişirilir, hazır olana yaxın iki çay qaşığı şəkər əlavə edilir. Əgər pudinq hazır südlərlə ediləcəksə, südün yerinə eyni miqdarda su və şəkərin yerinə 6 ölçü qaşığı uşaq yeməyindən istifadə etməklə eyni şəkildə bişirilir.

Tərəvəzlər: Qatıq, meyvə şirəsi və püresindən sonra mövsümünə görə tərəvəzlərin verilməsinə başlana bilər. Kartof, kök, balqabaq, gül kələm kimi tərəvəzlər püre formasına gətirilməlidir. İçinə qiymə və ya kərə yağı qatıla bilər. Evdə özümüz üçün hazırladığımız yeməklər 9 aydan sonra püre halına gətirilərək verilə bilər.

Dənli şorbalar: Qatıq, meyvə, tərəvəz püresindən sonra mərci kimi şorbalar verilə bilər. Şorbalara bir çay qaşığı duru yağ, 8-ci aydan sonra da qiymə qatıla bilər. Əvvəllərdə çörəksiz, sonra içinə çörək doğranaraq şorbalar verilə bilər. Bu şəkildə yavaşca qatı qidalara başlanılır.

Tərəvəz püresinin hazırlanması: Yarım kiçik kartof, yarım kiçik kök və bir çay qaşığı düyü yuyulur. Tərəvəzlərin qabıqları soyulur, kiçik parçalar halında doğranılır. Kiçik bir qazan içinə su qoyulur və digər bütün ərzaqlar əlavə edilir. Bir çay qaşığı duru yağ və ya zeytun yağı əlavə edilir. Qazanın ağzı bağlanılıb tərəvəzlər yumşalana qədər bişirilir. Bişdikdən sonra çəngəllə əzilərək körpəyə yedirilir.

Səhər yeməyi: 7-ci ayda körpə meyvə-tərəvəz püresinə alışdıqdan sonra nahara başlanılır. Bir kibrit qutusu qədər duzsuzlaşdırılmış ağ pendir, yaxşı bişmiş yumurta, bir çay qaşığı cem, ya da bəhməz, bir çay qaşığı kərə yağı, 2 -3 körpə peçenyesi su və ya cökə ilə əzilərək qarışdırılır, körpənin yeyə biləcəyi səviyyəyə gətirilərək körpəyə verilir. Bəzən içinə 2-3 ölçü uşaq qidası qatılaraq kalori və zülal tərkibini zənginləşdirə bilərsiniz.

Yumurta: Bərk bişmiş yumurta sarısı bir çay qaşığı olaraq nahara əlavə olunur, yavaş-yavaş miqdarı artırıla bilər. Birinci həftənin sonunda körpə tam bir yumurta sarısı yeyə bilər, bir yaşına qədər tam bişmiş yumurta verilməli, allergik yemək olduğundan yumurtanın ağı bir yaşına qədər verilməməlidir.

Plov, makaron, dolma: 8-ci aydan sonra qatıq ilə qarışdırılaraq bir payda verilə bilər.

Ət məhsulları (qırmızı ət, toyuq və ya balıq əti): 7-ci aydan etibarən şorbalarına və ya tərəvəz yeməklərinin içinə qiymə parçaları qatıla bilər, toyuq və ya balıq əti əzilərək püre halında tək başına və ya yeməklərin içində verilə bilər. Şorbalar və ya tərəvəz yeməkləri və ya toyuq suyu hazırlana bilər. 9-cu aydan sonra iki dəfəyə çəkilmiş qiymədən ədviyyatsız olaraq hazırlanmış küftə körpənin əlinə verilə bilər. Qansızlığın qarşısının alınması üçün ət məhsullarının körpənin qidalanmasında mütləq iştirak etməsi lazımdır.

Quru paxlalar: 7-ci aydan sonra pərdələri çıxardılıb əzilərək, püre halında az miqdarda başlanaraq verilə bilər. İçinə qiymə qatılaraq tərkibini zənginləşdirə bilərsiniz. Qidaların hazırlanmasında ədviyyat istifadə edilməməlidir. Az duzdan istifadə etmək olar.

Günay Rəsulova, pediatr

Lent.az

Oxunub: 1 034
Paylaş:
Digər xəbərlər

Maraqlı

27-04-2020, 10:52

16 saat tox qalmaq üçün sahurda bu qidaları yeyin — SİYAHI

Maraqlı

2-03-2020, 09:26

Körpənin əlavə qidaya hazır olmasını göstərən əlamətlər

Xəbərlər

6-05-2019, 14:13

16 saat tox qalmaq üçün sahurda bu qidaları yeyin — SİYAHI

Maraqlı

1-05-2019, 14:38

Körpənin əlavə qidaya hazır olmasını göstərən əlamətlər

Manşet / Gündəm / Araşdırma / Səhiyyə

1-10-2018, 00:41

Bir yaşına qədər körpəmizi ay ay necə bəsləməliyik?

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Ermənistan həmin dəmir yolunu özü çəkəcək – Paşinyan açıqladı
Banklar şəxsi məlumatlarımızı niyə toplayır?
Kivini qabığı ilə yeməyin bu faydaları varmış...
Ay qırmızıya boyanacaq: Tarix və saat açıqlandı
Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun
Sərhəddə panika: Ermənilər “azərbaycanlılar edib” dedi, həqiqət ortaya çıxdı
Son xəbərlər
  • Bu gün, 11:17
    Ermənistan həmin dəmir yolunu özü çəkəcək – Paşinyan açıqladı
  • Bu gün, 10:36
    Banklar şəxsi məlumatlarımızı niyə toplayır?
  • Bu gün, 09:00
    Kivini qabığı ilə yeməyin bu faydaları varmış...
  • Dünən, 22:22
    Ay qırmızıya boyanacaq: Tarix və saat açıqlandı
  • Dünən, 21:53
    Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun
  • Dünən, 20:38
    Sərhəddə panika: Ermənilər “azərbaycanlılar edib” dedi, həqiqət ortaya çıxdı
  • Dünən, 19:13
    Avropa böyük təhlükədə – İran bu iki ölkəyə hücum edə bilər
  • Dünən, 18:05
    Yorğunluq və qulaqda, başda küy bu xərçəngdən ola bilər
  • Dünən, 17:42
    Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...
  • Dünən, 16:24
    NATO qəfil hərəkətə keçdi: 50-dən çox təyyarə Rusiya sərhədlərinə uçdu
  • Dünən, 15:23
    Avokado ilə birlikdə bu 4 qidanı yeyin: Ürək və beyin üçün faydalıdır
  • Dünən, 14:11
    Neft ölkələri üçün yeni çağırış: 3 qüvvə rəqabəti artırır – 15 illik plan
  • Dünən, 13:36
    ABŞ-ın daha bir müttəfiqi üsyan etdi: Tramp 350 milyard dolları niyə istəyib?
  • Dünən, 12:20
    Böyrək xəstəliyi: Əllər və ayaqlardakı əlamətlər
  • Dünən, 11:30
    Avropa çalxalanır: iki ölkəyə hücum gözlənilir – Bu dəfə Rusiya deyil…
  • Dünən, 10:18
    Ermənistan Azərbaycanla bağlı bunu planlaşdırır - 5 il ərzində...
  • Dünən, 09:02
    Mixək çayı yaddaşa və stressə fayda verə bilərmi?
  • 19-08-2026, 21:52
    Bu içkilər insult yaradır - Həkim açıqladı
  • 19-08-2026, 20:50
    Gərginliyi azaltmaq üçün İranla əlaqə saxlayırıq - Qahirə
  • 19-08-2026, 19:45
    Erməni ordusunda intiharlar: Paşinyan qərarını verdi...
  • 19-08-2026, 18:04
    Bədəndə xərçəng necə başlayır? - Erkən xəbərdarlıq əlamətləri
  • 19-08-2026, 17:09
    Tokayevdən Nazarbayevə zərbə: Bu hüququndan məhrum edildi
  • 19-08-2026, 16:41
    Bu ölkədə hər 15 nəfərdən biri Azərbaycan dilində danışır
  • 19-08-2026, 15:47
    Alzheimer ağızdan başlayır?
  • 19-08-2026, 14:16
    İsrail Suriyadakı bazanı Türkiyəyə görə vurub - ŞOK SƏBƏB AÇIQLANDI
  • 19-08-2026, 13:49
    Qalibaf 6 şərti açıqladı: İran yerinə yetirilməsini gözləyir
  • 19-08-2026, 12:25
    Qaraciyərin pisləşdiyini göstərən 7 əlamət: səssizcə başlayır
  • 19-08-2026, 11:07
    İrana qarşı hiyləgər plan: Müəmmalı hücumun pərdəarxasında kim var?
  • 19-08-2026, 10:35
    Suriyada nüvə həyəcanı: Dəməşq qərarını verdi
  • 19-08-2026, 09:03
    Qan testiniz normaldır, lakin siz hələ də yorğunsunuzsa...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə