Xəbərlər



Akupunktura nədir? - Qədim Çin təbabətinin möcüzəvi təsiri
Akupunktura nədir? - Qədim Çin təbabətinin möcüzəvi təsiri


Akupunktura (iynə batırma) ənənəvi Çin təbabətinin bir qolu olub, müalicə məqsədi ilə bədənin xüsusi nöqtələrinə, xüsusi iynələrin batırılması ilə həyata keçirilir.

Bir müalicə üsulu kimi akupunktura yüzilliklərlə inkişaf edib. Yalnız 1951 ci ildə Çində (Pekin şəhərində) akupunktura metodları üzrə Eksperimental İnstitut yaradıldı, 1955-ci ildə isə Elmi Tətqiqat İnstitutuna çevrildi. Təxminən elə həmin vaxtlardan akupunktura, bütün dünyada əlavə müalicə metodu kimi geniş miqlasda istifadə olunmağa başlandı.

Hal hazırda Çində, Yaponiyada, Koreyada akupunktura xroniki xəstəliklərin müalicəsində tətbiq olunur. Bu ölkələrdə akupunktura sakitləşdirici və tonuslandırıcı metod kimi də geniş istifadə olunur. Həmçinin cərrahiyyədə və tibbin digər sahələrində iynəbatırmadan istifadə edirlər.

Hər bir insanın bədənində 650 nöqtə mövcuddur ki, bunlara təsir edərək müxtəlif xəstəlikləri müalicə etmək, orqanizmin ümumi vəziyyətini, həyat enerjisini tənzimləmək mümkündür.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu metod bədənin bir çox fərqli nöqtəsinə edilə bilər, lakin ən təsirli nöqtələri qulaqdadır. Qulaqdakı müəyyən nöqtələrə təzyiqlər müxtəlif orqanlar və bədənin digər hissələrinəmüsbət təsir göstərir. Bu metod həm də rahatlamaq ,stresdən azad olmaq və bədənin təsirini artırmaq üçün istifadə edilə bilər.

Qulaq akupunturu ( iynə batırma) nədir?

İynə batırma qulaqdakı nöqtələrə təzyiq nəticəsində bütün bədəni müalicə edə biləcək bir üsuldur. Qulaqda müəyyən maqnit sahələri var. Bu sahələr elektro-nevroloji ölçmələrlə qulaqdakı siqnalları ölçür. Bu siqnal nöqtələrindən bəzilərinə daimi kiçik iynələr, digərlərinə isə kiçik silahlar yapışdırılır. Gün ərzində bu nöqtələrə basır və müalicə etmək istədiyiniz yerləri xəbərdar edirsiniz.

Qulaqlar və ayaqlar bədənin başlanğıc və son yerləridir. Bu bölgələrdəki əsas nöqtələr sayəsində bütün maddələr mübadilənizdə aktiv fəaliyyət yarada bilərsiniz. Dəri xəstəlikləri, mədə ,vertebra, burun, qarın, əllər, gözlər və s. müxtəlif bölgələrdəki xəstəlikləri qulaqdakı nöqtələrdən stimullaşdırıla bilərsiniz .

Böyrəküstü bezlərdən allergiya nöqtələrinə, iştaha nəzarətdən stres pozğunluqlarına, yüksək təzyiqdən əzələ gərginliyinə qədər problemlər qulaq nöqtəsinə iynə batırma yolu ilə demək olar ki, ağrısız, acız, dərman olmadan müalicə edilə bilər. Bu üsulun bədənə heç bir kimyəvi maddə daxil olmur və düzgün aparıldığı müddətcə yan təsirləri yoxdur. Bunun üçün işini bilən bir həkimə müraciət etmək lazımdır.

Siqareti atmaq, arıqlamaq, miqren baş ağrısını aradan qaldırmaq kimi möcüzələri ilə məşhur olan bu metod əslində nəticələri gözlə görülən alternativ bir tibbi üsuldur. Əksər hallarda dərmanların əslinfə özümüzə aid olduğunu göstərən bir elmdir.
Baxış sayı: 120