– Günəş girən evə doktor girməz (günəş girən ev, eyni zamanda təmiz olur, çünki mikroorganizmlər günəş şüası düşən yerdə yaşaya bilməz)
– Təmiz bir çevrə istəyirsən, öncə öz qapının önünü süpür.
– Təmizlik imandandır.
– Evini təmiz tut qonaq, özünü təmiz tut Əzrail gələ bilir.
– Qan tökənin qanı təmiz qalmaz
– Tacirin malı təmiz olsa yol üzərində hamıdan əvvəl yeyər.
– Təmiz bir vicdan qədər yumşaq yastıq yoxdur.
– İnsanı geyiminə görə qarsılayar, bilgisinə görə yola uğurlayarlar.
– Davamlı axan su yatağını və özünü təmiz tutar.
– Təmiz həyət evin bəzəyidir.
-Sağ baş yastıq istəməz.
-Sağlıq kimi dost, xəstəlik kimi düşmən, çocuq sevgisi kimi şirin, aclıq kimi acı yoxdur.
-Mədə xəstəliyin evi, pərhiz tədavinin başıdır.
-Sağlığı olanın umudu, umudu olanınsa her şeyi var deməkdir.
-Xəstə yatan ölməz əcəli yetən ölür.
-Hamama girən tərləyər.
-Xəstəlik, sağlıq bizim (insan) üçün.
-Həkimsiz, hakimsiz yerdə oturma.
-Sağlıq varlıqdan irəlidir.
-Ayağını sıcaq tut, başını sərin; könlünü fərah tut, düşünmə dərin.
-Günəş girməyən evə doktor girər.
-Can boğazdan gəlir.
-Ayağı yürütən başdır.
-Hər işin başı sağlıqdır.
-Xəstə olmayan sağlığın dəyərini bilməz.
-Sağlıqdan böyük zənginlik yoxdur.
-Xəstənin yaşı deyil, xəstəliyin yaşı önəmli.
-Sağlıq varlıqdan irəlidir.
-Xəstəlik, sağlıq bizim, yəni insan üçündür
-Ağacı qurd, insanı dərd yeyər.
Müəllif: Firəngiz Rüstəmova
"FOLK VƏ YA XALQ TƏBABƏTİ" kitabından