Hidrogen peroksid və ya el arasında "perekis" tibdə müxtəlif məqsədlərlə geniş istifadə olunur.
Bu çox ucuz, lakin çox effektli müalicəvi vasitədir. Adətən müxtəlif məqsədlərlə apteklərdə satılan 3%-li məhluldan istifadə olunur.
- Saglamolun.az bildirir ki, məhlulun antiseptik və qankəsən xüsusiyyətləri var. Bu səbəbdən hidrogen peroksid dəridə kiçik yaralar, sıyrıntılar zamanı geniş istifadə olunur.
- Burun qanaxması zamanı məhlulda steril pambıq isladıb burun deşiklərinə qoyun. Bu qanaxmanı kəsir.
- Hidrogen peroksid körpələrdə göbək yarasının işlənməsi zamanı çox geniş istifadə olunur. Məhlul yaraya düşdükdə köpüklənir. Bu normaldır. Bu köpük buradan mikrobları, ölmüş hüceyrələri yuyub aparır.
- Yaraya sarıq yapışıbsa, hidrogen peroksidin köməyi ilə onu asanlıqla və ağrısız çıxartmaq olar. Sarığa məhlul tökün və səliqə ilə çıxardın.
- Hidrogen peroksid dişlərin ağardılması zamanı istifadə olunur.
- Angina, stomatit zamanı hidrogen peroksid qarqara üçün istifadə olunur. Bunun üçün 1 xörək qaşığı 3%-li məhlulu 1 stəkan ilıq suya əlavə edin və qarqara edin. Belə qarqaranın köməyi ilə həmçinin ağızdan gələn pis qoxunu yox etmək olar.
- Hər gün perekis əlavə olunmuş su ilə ağız boşluğunu və burunu yaxalamaq soyuqdəymə və virus xəstəliklərinin riskini azaldır.
- Hidrogen peroksidin köməyi ilə dəridə olan sızanaqları, civzələri müalicə etmək mümkünüdür. Bunun üçün məhlulda steril pambıq isladın və sızanaqlara vurun. Bunu tez-tez etmək olmaz, məhlul dərini qurudur, dəri qabıq verməyə başlayır.
- Hidrogen peroksid dırnaqlarda göbələk zamanı istifadə olunur.
- Məhlulun köməyi ilə qulaqları orada yığılan qulaq çirkindən təmizləmək mümkündür.
- Hidrogen peroksid diş fırçalarının dezinfeksiyası üçün istifadə oluna bilər. Dişləri yuyandan sonra fırçanı məhlul əlavə olunmuş su ilə yaxşı yaxalayın.
Bəzi KİV-lərdə müxtəlif xəstəliklər zamanı bu məhlulun daxilə qəbul etməyi tövsiyə edilir. Lakin nəzərinizə çatdıraq ki, ənənəvi tibb bunun əleyhinədir ki, hidrogen peroksid həzm sisteminin selikli qişalarına mənfi təsir edə bilər.