• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
120 il yaşamaq üçün nə edək?
İnsulin müqavimətini qırıb geri çevirmək mümkündürmü?
Beynəlxalq silahlı qruplaşma yaradılıb Ukraynaya yeridilsin - YENİ TƏKLİF
Leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq
Qan durulaşdırıcı içənlərin bilməli olduğu - 7 vacib şərt
İrəvanda skandal: Paşinyanla bağlı qərar verildi, tarix açıqlandı
Netanyahudan SENSASİYA: İsrail bundan imtina edə bilər
Balın dəri üçün faydaları - Necə istifadə etməli?
ABŞ-dan əməliyyat: bu ölkəyə 2 min əsgər göndərdi
Paşinyan Ursula fon der Lyayenin yanında Moskvaya mesaj göndərdi: Yolumuz budur
Bədən xərçəngi neçə il əvvəl xəbər verir?
Cərimələrlə bağlı şok statistika: Zibil atmağa görə 15 min dollar cəza…
Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi
Həddindən artıq istilərdə nə yeməli, nə içməli ? - Düzgün qidalanma
Panik atakla mübarizə üçün ən təsirli üsullar
10 saniyəlik, 2 barmaqla aparılan test: gizli ürək problemlərini göstərə bilər
İran qonşularını hədələdi: ABŞ-ın himayəsi altında təhlükəsiz olmayacaqsınız
Rusiyanın qonşusu hava məkanını bağladı - Təhlükə Ukraynadandır?
Qəfil və səbəbsiz arıqlama nədən xəbər verir?
Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

“Azərbaycan uşaq ədəbiyyatı antologiyası”nın banisi Firidun bəy Köçərlinin doğum günüdür - FOTO

Bioqrafiya

26-01-2023, 16:11

“Azərbaycan uşaq ədəbiyyatı antologiyası”nın banisi Firidun bəy Köçərlinin doğum günüdür - FOTO


Bu gün Azərbaycan ədəbi tənqidi və ədəbiyyatşünaslığının görkəmli simalarından biri, ictimai xadim, “Azərbaycan uşaq ədəbiyyatı antologiyası”nın banisi Firidun bəy Köçərlinin anadan olmasının 160-cı ili tamam olur.

XIX əsrin sonlarından başlayaraq Azərbaycan türklərinin etnik və mədəni-siyasi qüdrətini, milli varlığını bütün dünyaya tanıtmaq üçün fədakarlıqla fəaliyyətə başlayan ziyalı şəxsiyyətlərdən biri olan Firidun bəy Köçərli ömrünün 40 ilini millətinin maariflənməsi və tərəqqisinə həsr edib.

Firidun bəy Köçərli ədəbi fikir tariximizdə ən ali məqam sahibi kimi xatırlanır və bu gün də mənsub olduğu xalqının yaddaşında yaşayır.

Oxu.Az Azərbaycanın ziyalı mütəfəkkiri olan Firidun bəy Köçərlinin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.

Firidun Əhməd bəy oğlu Köçərli 1863-cü il yanvarın 26-da Azərbaycanın dilbər guşələrindən olan Şuşa şəhərində ziyalı bəy ailəsində anadan olub. Ədibin “Köçərli” kimi tanınmasının tarixi kökləri onun ulu babalarından olan Məhəmməd bəy Cavanşir mahalının Köçərli kəndindən Şuşaya pənah gətirməsinə, şəhərin şimal-qərbində yurd salmasına dayanır. Sonralar onun övladları Köçərli kimi tanınıblar.

Firidun bəyin uşaqlığı qışda Əyricə kəndində, yaz-yayda Şuşada keçib. Atası onda şeirə, ədəbiyyata həvəs oyatmaq, ona fars dilini öyrətmək məqsədi ilə 1872-ci ildə Şuşada Mirzə Kərim Münşizadənin mədrəsəsinə qoyur. Firidun bəy dörd il bu mədrəsədə ibtidai təhsil alaraq, Sədinin “Gülüstan” və “Büstan” əsərlərini, Füzulinin “Leyli və Məcnun” məsnəvisini öyrənir. 1876-cı ildə atasının arzusu ilə doğma şəhərində fəaliyyət göstərən rus məktəbinə daxil olur. Həmin məktəbin üçüncü sinfində oxuyarkən Qoridə yerləşən Zaqafqaziya Müəllimlər Seminariyasının müəllimi, məşhur rus pedaqoqu A.O.Çernyayevskinin (1840-1897) Qafqaz şəhərlərini dolaşaraq Qori Müəllimlər Seminariyası üçün tələbələr cəm etdiyini görən F.Köçərlinin təhsilini daha da artırmağa marağı oyanır. 1879-cu ildə Qori Müəllimlər Seminariyasına oxumağa gedir.

“Azərbaycan uşaq ədəbiyyatı antologiyası”nın banisi Firidun bəy Köçərlinin doğum günüdür - FOTO


(1915-ci il, Firidun bəy Köçərli Şuşada qohumları ilə)

İrəvanı tərk etdikdən sonra yenidən təhsil aldığı məktəbə qayıdan Firidun bəy Köçərli 1895-ci ildən 1918-ci ilə qədər məzunu olduğu seminariyada dərs deyib. 1897-ci ildə Vəkilovlar nəslindən olan Badisəba xanımla ailə həyatı qurur. Hətta 1910-cu ildə F.Köçərlini Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı təyin ediblər. Burada çalışdığı illərdə həmvətənlərinin seminariyada təhsil almasına yardımçı olan Firidun bəy Köçərlinin uzun sürən səylərindən sonra Qazaxda Müəllimlər Seminariyası açılıb. Firidun bəy Köçərli millətinin təəssübkeş ziyalılarından idi. O, xalqının gənc və yeniyetmə övladlarının maarifləndirilməsi, təhsil alması və mədəni inkişafında gecə-gündüz məşəl kimi alovlanırdı.

“Azərbaycan uşaq ədəbiyyatı antologiyası”nın banisi Firidun bəy Köçərlinin doğum günüdür - FOTO


(1920-ci il, həyat yoldaşı Badisəba xanım Köçərli ilə birlikdə)

Köçərlini İrəvanda təkcə pedaqoq kimi tanımırdılar. Firidun bəy 23 yaşında İrəvanda teatr tamaşası təşkil edir. Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyasının tamaşası İrəvan əhalisinin həyatında böyük mədəni hadisəyə çevrilir. 1918-ci ildə Firidun bəyin təşəbbüsü ilə seminariyanın Azərbaycan bölməsi Azərbaycanın Qazax şəhərinə köçürülüb. Sonradan Qazaxda ilk uşaq evi açır. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının üzvü seçilir və İstiqlal bəyannaməsini imzalayır. 1919-cu il fevralın 1-də Müsavat partiyasının səyyar bürosunun Mərkəzi Komitəsinin təşəbbüsü ilə təşkil edilmiş Qazax şöbəsinə sədr seçilir. Sovet işğalına qədər o, Qazax Müəllimlər Seminariyasının müdiri vəzifəsində (1918-1920) işləyib.

Böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayev Firidun bəy Köçərlinin xidmətlərini nəzərə alaraq deyib ki, bir institutun görə bilmədiyi işi o, təkbaşına görüb. Bu görkəmli maarifçi iyirmi ildən çox Qoridə, on il İrəvan gimnaziyasında, iki ilə yaxın Qazax seminariyasında azərbaycanlı gənclərin təlim-tərbiyəsi ilə məşğul olub və “Azərbaycan ədəbiyyatı” kimi çox sanballı elmi əsər yazıb.


(Qazax Müəllimlər Seminariyasının binası)

Görkəmli ədəbiyyatşünasın dilə dair görüşlərində mətbuat dili məsələləri də mühüm yer tuturdu. O, M.F.Axundzadə və M.Şahtaxtinskidən sonra Azərbaycan mədəniyyətinin inkişafı naminə əlifba islahatı aparılması yolunda çalışan xadimlərdəndir. Azərbaycan dilini başqa dillərin zərərli təsirindən qorumaq üçün F.Köçərli, Y.V.Çəmənzəminli, Ü.Hacıbəyli, Ö.F.Nemanzadə və başqa mütərəqqi ziyalılardan ibarət cəbhə yaradıldı. Bu cəbhənin işi Azərbaycan ədəbi dilini canlı xalq dilinə getdikcə daha artıq yaxınlaşdırmaq, inkişaf etdirmək idi. Onlar dili millətin əvəzsiz sərvəti hesab edirdilər. F.Köçərli müasir ziyalılara və tələbələrinə Azərbaycan dilini yaxşı bilmək, onun canlı üslubunda yazıb yaratmaq üçün M.P.Vaqif, M.V.Vidadi, H.Zərdabi, S.Ə.Şirvani, A.Bakıxanov, Q.Zakir, M.F.Axundzadə kimi yazıçıların əsərlərini oxuyub öyrənməyi məsləhət görürdü.

Görkəmli ədəbiyyatşünas alim, tənqidçi və maarif xadimi Firidun bəy Köçərlinin elmi fəaliyyəti Azərbaycan tarixinin qiymətli səhifələrindən, onun “Azərbaycan ədəbiyyatı” monoqrafiyası isə milli ədəbiyyatşünaslığın yeni istiqamətində inkişafında böyük rol oynayan və özünün saysız-hesabsız müsbət, mütərəqqi cəhətləri ilə bu gün də əhəmiyyətini, təravətini itirməyən əsərlərdən biridir. Bu xidmətlərinə görə Firidun bəy 1899-cu ildə III dərəcəli “Müqəddəs Anna”, 1902-ci ildə isə II dərəcəli “Müqəddəs Stanislav” ordenləri ilə təltif edilib.

Təəssüf ki, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra başlanan faciə və məqsədli terror qurbanlarından biri də Firidun bəy Köçərli oldu. O, sovet hakimiyyətinin elə ilk aylarında repressiyaya məruz qaldı. Belə ki, 1920-ci ilin mayında Qazax kommunistləri Köçərlini və Müsavatın digər üzvlərini xalqa xəyanətdə, milli nifaq törətməkdə ittiham etdilər. Müsavatçı olduğu üçün ona “əksinqilabçı” və “millətçi” damğası vuraraq günahlandırırlar. İttihamların hamısını rədd etməsinə baxmayaraq, Gəncə Fövqəladə Komissiyası Firidun bəyi ölüm cəzasına məhkum edib.

1920-ci ildə Gəncədə baş verən antisovet üsyanı zamanı XI Qızıl Ordunun 20-ci diviziyasının hökmü əsasında mayın 24-də evinin qarşısında həbs edilib. Erməni Sarkis Danilyanın diktəsi ilə haqqında verilən saxta hökmə əsasən, Firidun bəy Köçərli iyunun 4-də 58 yaşında güllələnib.

Ədibin xatirəsi Azərbaycan xalqı və dövləti tərəfindən əziz tutulur. Azərbaycan Respublikası Mərkəzi Komitəsinin 1967-ci il 12 sentyabr tarixli Sərəncamına əsasən, Firidun bəy Köçərlinin adı Respublika Uşaq Kitabxanasına verilib, onun kitabları nəşr etdirilib, haqqında çoxlu məqalə, kitab, dissertasiya yazılıb, ədəbi irsi araşdırılıb və tədqiq olunub.

Oxunub: 855
Paylaş:
Digər xəbərlər

Bioqrafiya

26-06-2022, 16:21

Azərbaycan uşaq ədəbiyyatının banisi - Abdulla Şaiq

Bioqrafiya

26-08-2020, 17:35

Mehriban Əliyevanın doğum günüdür

Bioqrafiya

16-08-2020, 17:35

Mehriban Əliyevanın doğum günüdür

Manşet / Mədəniyyət

5-09-2018, 11:41

Qazax Müəllimlər Seminariyası

Manşet / Bioqrafiya

3-07-2018, 12:03

Dilarə Əliyeva

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
120 il yaşamaq üçün nə edək?
İnsulin müqavimətini qırıb geri çevirmək mümkündürmü?
Beynəlxalq silahlı qruplaşma yaradılıb Ukraynaya yeridilsin - YENİ TƏKLİF
Leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq
Qan durulaşdırıcı içənlərin bilməli olduğu - 7 vacib şərt
İrəvanda skandal: Paşinyanla bağlı qərar verildi, tarix açıqlandı
Son xəbərlər
  • Dünən, 22:28
    120 il yaşamaq üçün nə edək?
  • Dünən, 21:53
    İnsulin müqavimətini qırıb geri çevirmək mümkündürmü?
  • Dünən, 20:40
    Beynəlxalq silahlı qruplaşma yaradılıb Ukraynaya yeridilsin - YENİ TƏKLİF
  • Dünən, 19:32
    Leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq
  • Dünən, 18:09
    Qan durulaşdırıcı içənlərin bilməli olduğu - 7 vacib şərt
  • Dünən, 17:57
    İrəvanda skandal: Paşinyanla bağlı qərar verildi, tarix açıqlandı
  • Dünən, 16:14
    Netanyahudan SENSASİYA: İsrail bundan imtina edə bilər
  • Dünən, 15:38
    Balın dəri üçün faydaları - Necə istifadə etməli?
  • Dünən, 14:32
    ABŞ-dan əməliyyat: bu ölkəyə 2 min əsgər göndərdi
  • Dünən, 13:50
    Paşinyan Ursula fon der Lyayenin yanında Moskvaya mesaj göndərdi: Yolumuz budur
  • Dünən, 12:52
    Bədən xərçəngi neçə il əvvəl xəbər verir?
  • Dünən, 11:49
    Cərimələrlə bağlı şok statistika: Zibil atmağa görə 15 min dollar cəza…
  • Dünən, 10:27
    Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi
  • Dünən, 09:03
    Həddindən artıq istilərdə nə yeməli, nə içməli ? - Düzgün qidalanma
  • 2-07-2026, 22:52
    Panik atakla mübarizə üçün ən təsirli üsullar
  • 2-07-2026, 21:30
    10 saniyəlik, 2 barmaqla aparılan test: gizli ürək problemlərini göstərə bilər
  • 2-07-2026, 20:46
    İran qonşularını hədələdi: ABŞ-ın himayəsi altında təhlükəsiz olmayacaqsınız
  • 2-07-2026, 19:20
    Rusiyanın qonşusu hava məkanını bağladı - Təhlükə Ukraynadandır?
  • 2-07-2026, 18:27
    Qəfil və səbəbsiz arıqlama nədən xəbər verir?
  • 2-07-2026, 17:14
    Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?
  • 2-07-2026, 16:31
    “WhatsApp”dan yenilik: sizə yazmaq istəyən əvvəlcə bunu etməli olacaq
  • 2-07-2026, 15:24
    Şüyüd çayı təkcə köp üçün deyil - Kimlər içməlidir?
  • 2-07-2026, 14:09
    Aİ-nin Cənubi Qafqaza investisiya mesajı: Azərbaycan üçün hansı imkanlar açılır?
  • 2-07-2026, 13:27
    Rusiya ilə münasibətləri pisləşdirmək istəmirik – Paşinyan
  • 2-07-2026, 12:21
    QASTRİTin kartof şirəsi ilə müalicəsi
  • 2-07-2026, 11:37
    Azərbaycan nadir ölkələrdəndir ki... - Lyayendən mühüm açıqlama
  • 2-07-2026, 10:13
    Vensdən xəbərdarlıq: ABŞ-İran müharibəsi yenidən başalaya bilər
  • 2-07-2026, 09:09
    Bu bitki yağı bədəndə iltihabı azaldır
  • 1-07-2026, 22:04
    Bütün xərçəng hallarının 95%-nin səbəbi budur
  • 1-07-2026, 21:08
    İnsan neçə dəqiqəyə yuxuya getməlidir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə