• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Sinir sistemi xəstəliklərinə qarşı XALQ TƏBABƏTİ üsulları
Qrem Trampı yeni müharibəyə cəlb etmək istəyirmiş – Senatorun son PLANI
Bu, çox ağıllı strategiyadır, Rusiya belə zəifləyir
Bədənin bu hissələri kişilərdə və qadınlarda xərçəngə daha həssasdır
İran bu ölkələri hədələdi: Hədəf olacaqlar...
Rumıniyada nə baş verir? - Üç gündür PUA vururlar
Qəfil çəki artımı xəstəlik əlaməti ola bilər
İrəvan və Tehran razılaşdı: Araz üzərində ikinci körpü
İranın yeni planı: Bu boğazı da bağlayacaq
Xərcsiz müalicələr. Siz də faydalanın!
Tramp əmr verdi: İrana hücumlar dayandırılır
Makron və Paşinyan sülh prosesindən danışdı
İnfarkt niyə daha çox səhərlər baş verir? - Səbəbi budur
Pul xərcləyəndə qazananlar - Maliyyə baxımından ən zəkalı 3 BÜRC
Qan qrupu insult riskinə təsir edə bilər – Alimlərdən açıqlama
Tramp Aİ-ni hədələdi - Cərimələri ləğv etməsəniz...
Türkiyə bizdən 8 dəfə böyükdür, nəzərə almalıyıq
İlan sancması zamanı zəhərin özündən daha təhlükəli olan 5 SƏHV
Xəstə bağırsaqların 6 əlaməti
Netanyahu bu ölkəyə girərsə, həbs olunacaq – Rəsmən açıqlandı
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Xristofor Kolumb

Bioqrafiya

25-08-2021, 12:44

Xristofor Kolumb


Xristofor Kolumb - Amerika qitəsini kəşf edən ilk səyyah. Adı tarixdə 100 ən nüfuzlu şəxs və tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

Həyatı
Kolumb 1451-ci ildə oktyabrın 27-də İtaliyanın Genuya şəhərində doğulmuş, ömrünü İspaniyada başa vurmuşdur. O, ilk dəniz səyahətinə 1472-ci ildə doğma şəhərindən başlamışdı. 1476-ci ildə Portuqaliyaya gedən Kolumb ilk dəfə buradan uzaq dəniz səyahətinə çıxdı. İngiltərəyə, Atlantik okeanındakı , Qvineya körfəzinə üzdü. Bir müddət Madeyra adasında yaşadı.

Xristofor Kolumb Portuqaliyada ailə həyatı qurdu. hakiminin qızı ilə evləndi. 1479-cu ildən etibarən Kolumb birdəfəlik olaraq Portuqaliyada məskunlaşdı. Bu zaman geniş cografi biliklərə yiyələnən Kolumb, artıq dənizçilik işində də çox təcrübə toplamışdı. O, qəti olaraq yerin kürə formasında olmasına inanırdı. Bu dövrdə iki dövlət — İspaniya və Portuqaliya Hindistana dəniz yolu tapmaq üstündə bəhsə girmişdilər. Buna görə də Kolumb Hindistana dəniz yolunu tapmaq barədə öz layihəsini Portuqaliya kralı II Xuana (1481-1495) təqdim etdi. Amma kral bu layihəni rədd etdi. Bu səbəbdən Kolumb Portuqaliyanın rəqibi olan İspaniyaya köçmək qərarına gəldi. O, 1484-cü ildə İspaniyaya köçdü. Bundan iki il sonra o İspaniya kraliçası İsabellaya öz layihəsini təqdim etdi və kraliça bu layihəni bəyəndi. Amma o, bu səyahət üçün vəsait ayırmaqdan imtina etdi. Kolumb yenidən Portuqaliya kralına müraciət etdi və yenə də rədd cavabı aldı. Fransa da onun müraciətinə eyni münasibət göstərdi. 1492-ci ildə tale nəhayət Kolumbun üzünə güldü. İsabella ona vəsait ayıracağını bildirdi. Bunu eşidən Kolumb, olan dostları Pinson qardaşlarını da köməyə çağırdı.

Şimali Amerikanın kəşfi
Nəhayət gözlənilən an gəlib çatır. 1492-ci il avqustun 3-də X.Kolumb İspaniyanın limanından uzaq səfərə çıxır. Onun komandası 90 nəfərdən və 3 gəmidən: "Santa Mariya", "" və "" gəmilərindən ibarət idi. 1492-ci ilin oktyabrının 12-sində gecə yarısı Matros Rodrigo "quru" deyə qışqırmağa başlayır. Bu zaman X. Kolumb çox sevinir. O, güman edir ki, Hindistana dəniz yolunu artıq tapıb. Amma onların gördükləri quru sahəsi Baham adalarından biri olan Sansalvador idi. X.Kolumb qiymətli daş-qaş axtarışı məqsədi ilə cənuba doğru üzür və oktyabrın 29-da Kuba adasını kəşf edir. O, burada heç bir şey tapa bilmədiyi üçün yenidən üzməyə başlayır və dekabrın 6-da Haiti adasını tapır. Bu zaman "Santa Mariya" gəmisi qəzaya uğrayır. O, burada 43 nəfər könüllü qoyub 1493-cü ildə İspaniyaya qayıtmaq qərarına gəlir.O, buranı Hindistan kimi tanıyır, ancaq onun səfərində iştirak edən Ameriqo Vespuççi buranın yeni torpaq olduğunu anlayır və X.Kolumbu inandıra bilir. Ancaq əslində 10-cu əsrdə skandivayalılar burada olmuşdu. Leyf Erikson materikin şimal-şərqinə dəfələrlə səyahət etmişdi. X.Kolumb bundan sonra "Baş Okean Admiralı"rütbəsinə qalxır.

Digər səyahətlər və ölümü
İkinci ekspedisiya (1493-1496)
Hindistan kimi qələmə verilən Amerika qitəsinə Xristafor Kolumbun ikinci ekspedisiyası 25.09.1493-cü il tarixində Kadis limanından başlayır. Müxtəlif mənbələrə görə 1500-2500 nəfərdən ibarət olan heyət arxadan əsən şimal-şərq passat küləklərinin təsiri altda 20 gün ərzində Atlantik okeanını üzüb keçərək Mori-Qalant adasında sahilə çıxırlar. Noyabrın 4-də Qvadelupa adasını kəşf edirlər. Toxunan örtüklərin gözəlliyinə görə İspaniyadan heç də geri qalmayan bu ada digərlərindən inkişaf səviyyəsinə görə fərqlənirdi. Daha sonra Haiti adalarına üzərək, sonradan Saabo dağlarında qızıl axtaranların mərkəzinə çevrilən İzabella şəhərinin əsasını qoyurlar. Uzun müddət qızıl axtarmaqdan nəticə əldə edə bilməyən Kolumb gələcəkdə ekspedisiyanın xərcini ödəyəcəyi barədə krala göndərdiyi məktub artıq avropalıların Amerikada müstəmləkəçilik siyasətinin başlanğıcından xəbər verirdi. Bu dövrdən soyğunçuluq və quldurluq Amerikada macəra axtaranların məqsədinə çevrilməyə başladı. 1 may 1493-cü ildə "Hindistanın materik torpağına keçmək üçün" qərbə doğru hərəkət etməklə Kubanın cənub-şərq sahillərini tədqiq edilir. 1494-cü il iyun ayının 12-də Kolumb bütün ekspedisiya heyətinə bu quru sahənin materikin bir hissəsi olması haqqında and içdirərək gələcək təhlükəsizliyini təmin edir. Həmin ərəfədə Kolumbun qardaşı Bartolomey Espanyolanın cənubunda Santo-Dominqo şəhərinin əsasını qoyur. Ekspedisiyanın göndərdiyi az miqdarda qızıl, mis, qul kimi hindlilər kralı təmin etmədiyindən, həmçinin ekspedisiya xərcləri ödənilmədiyindən Kral-Kolumb müqaviləsi pozulur. Kolumb təcili olaraq 17 gəmidən 5-ini saxlamaqla (500 nəfər), 20 ilə geri qayıdır. O, Haiti adalarındakı Espanyolanın mərkəzində bibliya çarı Salomonun qızıl çıxartdığı Ofir ölkəsini tapdığını söyləməklə yenidən müqavilənin şərtlərini bərpa etməyə nail olur. Beləliklə, Xristofor Kolumb növbəti ekspedisiyanı təşkil etməyə hazırlaşır.

Üçüncü ekspedisiya (1498-1500)
Üçüncü ekspedisiya çox çətinliklə olsa da, Kolumb 1498-ci il may ayının 30-da 6 kiçik gəmidə 300 nəfər heyətlə Qvadalkvivir çayının mənsəbindən "Qərbi Hindistan"a yola düşür. İyulun 31-də Trinidad adasını kəşf edərək, cənuba üzməklə Orinoko çayının deltasına yaxınlaşır. Kolumb yeni torpaqlar kəşf etdiyi ərəfədə 1498-ci ildə portuqallar artıq Hindistana Afrikanın cənubundan dəniz yolu açmışdılar. Bu hadisə İspaniya kralı tərəfindən Kolumbun, qardaşları Bartolome və Diaqonun həbs olunmasına səbəb olur. Lakin az sonra yeni torpaqların kəşfində maraqlı olan maliyyəçilərin təkidi ilə üçü də azad olunurlar.

Dördüncü ekspedisiya (1502-1504)
Kolumbun üçüncü ekspedisiyasından sonra, İspaniyadan Antil adalarına kütləvi axın başlanır. 1502-ci ilin aprelində Kolumb yenidən səyahətə çıxmağa nail olur. O, Karib dənizini keçməklə Mərkəzi Amerikada boğaz axtarmaqla daha qərbə üzmək cəhdi göstərir. Bu dövrdə yeni torpaqların kəşfi ilə yanaşı yerli əhalinin ispanlar tərəfindən kütləvi qırğını başlamışdır. İspanların baş keşişi həmvətənlərinin "Qərbi Hindistan"da törətdikləri vəhşilikləri belə xatırlayır: "Xristianlar kəndlərə gedərək heç kimi sağ qoymur, hətta öz aralarında hindliləri bir zərbə ilə iki yerə bölə bilmələri, yaxud boyunlarını vura bilmələrinə dair mərcləşirdilər. Onlar hər kəsi məhv edirdilər. Hər 13 nəfərdən biri tonqalda yandırılır, bəzilərinin isə bədəninə saman sarıyıb yandırırdılar. Onlar hər bir xristianın öldürülməsində hindlilərin əli olarsa, əvəzində 100 nəfər öldürülməsi haqqında aralarında razılığa gəlmişdilər". Espanyolanın kəşfindən cəmi 20 il sonra adada 15 min yerli əhali sayılan hindi qalmışdır. Bundan 30 il sonra isə adanın əhalisi son nəfərinə kimi məhv edildi. Bir qədər sonra materiklərin əsas hissəsinin kəşf olunması, avropalılar tərəfindən hindilərin bütövlükdə yer üzündən silinməsi təhlükəsinə gətirib çıxartdı. Xristofor Kolumb həqiqi Hindistanı kəşf edə bilmədi. Lakin əvəzində İspaniyaya yeni torpaqlar, yeni sərvətlər mənbəyi bəxş etdi. İstədiyinə nail ola bilməyən Kolumb ruh düşkünlüyü ilə geri qayıdaraq İspaniya əyalətlərindən birində yaşamalı olur. Kral bütün müqavilələri qüvvədən saldığına görə müflisləşir və Kolumb ruhdan düşmüş, məyus olmuş halda 1506-cı ilin 20 mayında İspaniyanın Valyadolid şəhərində vəfat edir. Xristofor Kolumb ömrünün sonuna qədər Asiya qitəsinə çatdığına və Hindistanı kəşf etdiyinə əmin olmuşdur.

Oxunub: 1 728
Paylaş:
Digər xəbərlər

Klinika / Əfsanələr və miflər

6-02-2021, 09:29

Nefertiti və Kleopatra gözəllik üçün hansı bitkidən istifadə edirdilər?

Maraqlı

4-12-2020, 13:57

Acı yaşıl bibərin faydaları

Araşdırma

9-08-2020, 10:24

Siqaretdən bu gün imtina edin!

Maraqlı

25-08-2019, 20:06

Qadınları qul kimi satan, körpələri itlərinə yedizdirən SƏYYAH - Kolumb GENOSİDİ

Maraqlı

25-09-2018, 18:49

ÜMUMDÜNYA DƏNİZ GÜNÜ!

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Sinir sistemi xəstəliklərinə qarşı XALQ TƏBABƏTİ üsulları
Qrem Trampı yeni müharibəyə cəlb etmək istəyirmiş – Senatorun son PLANI
Bu, çox ağıllı strategiyadır, Rusiya belə zəifləyir
Bədənin bu hissələri kişilərdə və qadınlarda xərçəngə daha həssasdır
İran bu ölkələri hədələdi: Hədəf olacaqlar...
Rumıniyada nə baş verir? - Üç gündür PUA vururlar
Son xəbərlər
  • Bu gün, 21:09
    Sinir sistemi xəstəliklərinə qarşı XALQ TƏBABƏTİ üsulları
  • Bu gün, 20:16
    Qrem Trampı yeni müharibəyə cəlb etmək istəyirmiş – Senatorun son PLANI
  • Bu gün, 19:47
    Bu, çox ağıllı strategiyadır, Rusiya belə zəifləyir
  • Bu gün, 18:21
    Bədənin bu hissələri kişilərdə və qadınlarda xərçəngə daha həssasdır
  • Bu gün, 17:24
    İran bu ölkələri hədələdi: Hədəf olacaqlar...
  • Bu gün, 16:10
    Rumıniyada nə baş verir? - Üç gündür PUA vururlar
  • Bu gün, 15:31
    Qəfil çəki artımı xəstəlik əlaməti ola bilər
  • Bu gün, 14:03
    İrəvan və Tehran razılaşdı: Araz üzərində ikinci körpü
  • Bu gün, 13:41
    İranın yeni planı: Bu boğazı da bağlayacaq
  • Bu gün, 12:13
    Xərcsiz müalicələr. Siz də faydalanın!
  • Bu gün, 11:50
    Tramp əmr verdi: İrana hücumlar dayandırılır
  • Bu gün, 10:31
    Makron və Paşinyan sülh prosesindən danışdı
  • Bu gün, 09:06
    İnfarkt niyə daha çox səhərlər baş verir? - Səbəbi budur
  • Dünən, 22:07
    Pul xərcləyəndə qazananlar - Maliyyə baxımından ən zəkalı 3 BÜRC
  • Dünən, 21:30
    Qan qrupu insult riskinə təsir edə bilər – Alimlərdən açıqlama
  • Dünən, 20:46
    Tramp Aİ-ni hədələdi - Cərimələri ləğv etməsəniz...
  • Dünən, 19:19
    Türkiyə bizdən 8 dəfə böyükdür, nəzərə almalıyıq
  • Dünən, 18:17
    İlan sancması zamanı zəhərin özündən daha təhlükəli olan 5 SƏHV
  • Dünən, 15:23
    Xəstə bağırsaqların 6 əlaməti
  • Dünən, 14:45
    Netanyahu bu ölkəyə girərsə, həbs olunacaq – Rəsmən açıqlandı
  • Dünən, 13:13
    İsraillə Türkiyə arasında müharibə başlayır? – Bu ölkə uğrunda toqquşma…
  • Dünən, 12:44
    Əllərinizdə bu əlamətlər varsa, diqqətli olun
  • Dünən, 11:23
    7 ölkə İranla savaşa girir? - Ekspert
  • Dünən, 11:21
    Yunanıstanın Türkiyəyə qarşı 3,5 milyardlıq planı: 2030-cu ildə hazır olacaq
  • Dünən, 09:02
    Yaddaşı gücləndirən meyvələr
  • 24-07-2026, 22:27
    İlin ikinci yarısı onlara uğur gətirəcək - 4 bürcü xoş günlər gözləyir
  • 24-07-2026, 21:49
    Uşağınız gecə yatağı isladır? - Səbəbi hər zaman tənbəllik və ya psixoloji problem deyil!
  • 24-07-2026, 20:11
    Qlobal neft tədarükü azalır - “Qara qızıl” bu qiymətə olacaq
  • 24-07-2026, 19:31
    İran ABŞ-a qarşı yeni planı işə saldı – İki ölkəyə hücumun pərdəarxası
  • 24-07-2026, 18:38
    Stomatoloq açıqladı: Bu diş problemləri irsi ola bilər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə